XƏDİCƏ NƏRMİN ƏRBAKAN

NE-“Mömin kişilər və mömin qadınlar bir-birinin vəliləridirlər. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. …” (“Tövbə”, 71).

Bu xanımın həyatına nəzər salsaq bütün həyatının sanki bu ayə üzərində qurulduğunu görərik. Mübarizə yolunda olan insanların hər birini cihada təşviq etmiş, onları qorumuş və dəstək olmuşdur. Həmişə təmasda olduğu insanların elmə yiyələnməsi üçün əlindən gələni etmiş, onları doğru yola dəvət etmiş, xeyirli işlər görməyə sövq etmiş və haramlardan çəkindirmişdir. İbadətlərini tam dəqiqliklə icra etmiş, gecə namazlarına xüsusi diqqət yetirmişdir. Ömür boyu sübh namazına gecikəcəyini və ya namazının qəzaya gedəcəyini ehtiyat edərək sübhə qədər yatmamış, namazını qıldıqdan sonra istirahət etmişdir. Zəkatları hər zaman ən böyük dəqiqliklə hesablamış, fəqir və ehtiyacı olan insanları şəxsən axtarıb tapmış və onlara mümkün olan hər cür yardımı etmişdir…

“Hər dəfə alış-veriş edən zaman nə qədər ehtiyac sahibləri var, lakin bunları ala bilmirlər və hər dəfə soyuq havadan isti bir yerə girən zaman bu an soyuqda evsiz-eşiksiz olan, üşüyərək isti bir yerin həsrətini çəkən insanlar var, – deyə həyatım boyu kədərlənmişəm”, – deyər və göz yaşlarını saxlaya bilməzdi. Onun bu sözləri mübarizəsində, etdiyi yardımlarında və ibadətində nə qədər səmimi olduğuna bir işarədir. Onun şəxsiyyətini təsvir etmək üçün Qəlb gözü açıqdır demək kifayət edir.

Xədicə Nərmin Ərbakan 1943-cü ildə Balıkəsirli Saatçıoğlu ailəsində dünyaya gəlmişdir. İqtisadiyyat sahəsində təhsil almış və “Türkiyə Odalar və Borsalar Birliyi”ndə (TOBB) bir mütəxəssis kimi fəaliyyət göstərmişdir. 1967-ci ildə TOBB Sənaye Dairəsi Naziri Nəcməddin Ərbakan ilə ailə qurmuş, iki qız və bir oğul dünyaya gətirmişdir. Uşaqlarını Allah rizası üçün tərbiyə etmiş və yetişdirmiş, onlara ən vacib işin Allah rizasına yetişmək olduğunu aşılamışdır. İllər boyu ailənin məsuliyyətini öz çiyinlərində daşıyarkən bundan usanmamış, yorulmamış, bunu ibadət hesab etmiş və Allaha bunun üçün dua etmişdir.

NEXədicə Nərmin Ərbakan həyat yoldaşının siyasi həyatında ona ən böyük dəstəyi vermiş, “Milli Görüş” liderinə illər öncə “Bağımsızlar Hərəkatı”nın təməlini qoyarkən ilk inanan və ilk dəstək verən də o olmuşdur. “Rifahyol” hökuməti qurularkən həyat yoldaşının əvvəlcə baş nazir köməkçisi, sonra isə baş nazir olması ilə nəticələnən 1995-ci il seçkilərində əhəmiyyətli rol oynamışdır. O, “Milli Görüş” mübarizəsinə böyük dəyər vermiş, son nəfəsinə qədər də bu mübarizə üçün çalışmışdır. 2000-ci ildə Nəcməddin Ərbakana verilən bir illik həbs və ömürlük siyasət qadağasını da mətanətlə qarşılamışdır.

Nərmin xanım siyasəti Allah rizası üçün edən bir insan olmuşdur. Səadət Partiyasının qadın qollarına böyük dəstək verər, lakin heç zaman ön planda görünməzdi. Soruşulan zaman “mənim üçün  qulların təqdir etmələri və alqışlamaları vacib deyil. Mən axirətdəki məqam üçün çalışıram”, – deyə cavab verər və arxa planda Allah rizasını göz önünə alaraq işlərini davam etdirərdi. Dünyada gördüyü hər şeydə axirəti düşünər, Allahı xatırlayar, daha çox ölümdən və axirətdən bəhs edərdi. 62 illik ömrünün hər dəqiqəsi nəzakət, lətafət və mübarizə ilə dolu olan, həyatını ən son anadək Rəsulullahın Sünnəsinə uyğun keçirən bir insan idi Nərmin xanım.

Xədicə Nərmin Ərbakan 2005-ci ildə vəfat etmişdir. Uca Allah ona layiq olduğu məqamı nəsib etsin!

“Mənim əqidəmə görə şüurlu insan 4 cəhəti ilə seçilir; təmizlik, gözəl əxlaq, ibadətlərin dəqiqliklə yerinə yetirilməsi və cihad. Xədicə Nərmin xanıməfəndi bu xüsusların hər birinə təsəvvürlərə sığmayacaq dərəcədə dəqiqliklə əməl etmiş bir insan olub. Buna görə də mən onun bir övliya olduğu qənaətindəyəm” (Nəcməddin Ərbakan).

Kifayət Həsənli  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma