Hz. Osman Ruqiyyə ilə birlikdə sıxıntılı, lakin məsud bir həyat yaşamışdı. Amma həm elə bir həyat yoldaşını itirməsi, həm də Rəsulullah ilə olan qohumluq əlaqəsinin kəsilməsi onu çox kədərləndirirdi. Bir dəfə Peyğəmbərimiz onun bu vəziyyətini gördükdə: “Ey Osman, nə üçün bu qədər kədərlisən?” – deyə soruşdu.
Hz. Osman: “Ya Rəsuləllah, mən kədərlənməyim, bəs kim kədərlənsin? Qızınızın vəfatı ilə yalqız qaldım. Daha da mühüm olanı sizinlə olan qohumluq əlaqəsi qopdu” – dedi.
Peyğəmbərimiz (s) Allahın Ümmügülsümü də ona nikahlamasını əmr etdiyini bildirərək müjdə verdi. Hz. Osman buna çox sevindi.
Qısa zamanda hazırlıqlar tamamlandı və toy tədarükü görüldü. Bu məsud evlilik hicrətin 3-cü ilində baş tutdu. Hz. Osman beləcə ikinci dəfə Peyğəmbərimizə kürəkən olmaq şərəfini qazandı. Bundan belə “Zinnureyn” (“iki nur sahibi”) ünvanı ilə çağırıldı.
Hz. Osman ilə Ümmügülsüm altı il birlikdə məsud bir həyat yaşadılar, lakin Ümmügülsüm də yoluxduğu xəstəlikdən qurtulmayaraq hicrətin 9-cu ilində vəfat etdi. Cənazə namazını Peyğəmbərimiz (s) qıldı. Ümmügülsümün vəfatı Peyğəmbərimizi də, Hz. Osmanı da kədərləndirdi. Bu arada Rəsulullah (s) “Əgər on qızım olsaydı, hamısını Osmana nikahlardım” – buyuraraq ona olan sevgisini ifadə etdi. Bu söz Hz. Osman üçün böyük bir təsəlli oldu.
İsmayıl Mutlu; “Xanım əshabələr”