İSLAM CƏMİYYƏTİNDƏ QADININ ROLU (BİRİNCİ HİSSƏ)

musluman anneİslam cəmiyyətində qadınlar da kişilərlə bərabər həyatın hər bir sahəsində fəaliyyət göstərir, əhəmiyyətli rola malikdir. Hətta bəzi məsələlərin həllində qadınlar kişilərdən daha önəmli çıxış edirlər.

İslam dünyasında xanım əshabələr bu vəzifələrini mükəmməl şəkildə yerinə yetirdikləri üçün “Səadət dövrü” adlanan o mükəmməl dövr və “Səadət nəsli” deyilən o nümunəvi nəsil meydana gəlmişdir.

Gəlin indi də bizə hərtərəfli formada öz əməlləri və gördükləri işlərlə örnək olan əshabələrin yaşadığı cəmiyyətdə müsəlman qadınların nə kimi rola malik olduğuna nəzər salaq:

NƏSİL TƏRBİYƏSİ

Əshabə xanımlar istər cəmiyyətin üzləşdiyi hər hansı bir bəladan qurtuluşunda, ya da bədbəxt olmasında ən önəmli rolu oynayan nəsil islah etmə vəzifəsini öz boyunlarına götürdülər. Onlar övladlarını Allahın istədiyi şəkildə yetişdirmişdilər və onlara Allahın rizasının hər şeydən önəmli olduğunu öyrətmişdilər. Onlar övladlarını xeyirli işlər görməyə təşviq edib şər işlərdən çəkindirmişdilər. Xanım əshabələrin həyatında bu cür çoxlu nümunələr göstərmək olar. Bunlardan bir neçəsi haqqında geniş danışmaq istərdik:

Abdullah ibn Zeyd belə deyir: “Ühüd günü yaralanmışdım. Xurma ağacı kimi uzun boylu bir adam məni vurdu, sonra mənə tərəf baxmadan çıxıb getdi. Yaramdan dayanmadan qan axırdı. Rəsulullah (s) mənə: “Yaranı sarı!” – dedi. Anam yanıma gəldi. Yanında yaraları sarımaq üçün hazırladığı parçalar var idi. Anam yaramı yaxşı-yaxşı bağladı. Bu zaman Rəsulullah (s) dayanıb mənə baxırdı. Anam işini qurtardıqdan sonra mənə: “Oğlum, qalx və müşriklərlə vuruş!” – dedi. Rəsulullah (s): “Sənin çəkdiyini kim çəkə bilər, ey Ümmüəmir?” – deyə anama iltifat etdi. Həmin anda məni yaralayan adam oradan keçirdi. Rəsulullah (s) anama onu göstərərək: “Oğlunu vuran adam budur!” – dedi. Anam dərhal həmin adamın qarşısını kəsib bir zərbə ilə onu yerə sərdi. Bu zaman Rəsulullahın (s) güldüyünü gördüm”[1].

Xəndək günü Hz. Aişə və Səd ibn Muazın anası Mədinənin bir qalasında idi. Bu vaxt onların qarşısından Səd ibn Muaz keçdi. Üzərində qısa bir zireh var idi. Zireh qısa olduğuna görə Sədin çiyinləri və qolları açıqda qalmışdı. Əlində bir qılınc var idi və cihadda iştirak etməyi təşviq edən və əcəl gələndə ölümün çox gözəl olduğunu ifadə edən bir şeir də oxuyurdu: “Bir az gözləsə, bu savaş böyük bir qəhrəman görəcək. Ölümdə bir üzr yoxdur, məgər ki, əcəl gələcək”. Anası onu: “Oğlum, yüyür, Rəsulullaha (s) çat! Vallah, gecikdin!” – deyə səslədi.

Hz. Aişə belə deyir: “Sədin anasına: “Ey Ümmü Səd, əgər istəsəydin, Sədin zirehini daha böyük edə bilərdin” – dedim. Mən onun açıq qalan qollarından oxla vurulmasından qorxuram. Sədin anası: “Allahın hökmünü yerinə yetirir!” – dedi.

Səd o gün yaralandı”[2].

Budur, məhz belə xanımlar övladlarını Allahın sevgisini ən üstün tutacaq şəkildə yetişdirirdilər və lazım gələndə onları Allah yolunda ölümə və şəhid olmağa özləri göndərirdilər.

ƏRİNİN HAQLARINA RİAYƏT EDƏRƏK

ONA DƏSTƏK VƏ YARDIMÇI OLMAQ

Müsəlman xanım ərinin haqlarını yerinə yetirməklə onun düşmənlərinə və Şeytanın qurduğu tələlərə qarşı ən böyük yardımçısıdır. Saleh bir müsəlman qadın ərinin çətinliklərini yüngülləşdirir və onun işlərini asanlaşdırır. Allah yolundakı işlərində ona mane olmaz, əksinə ona dəstək olar.

Xanım əshabələr hər zaman ərlərinin ən böyük dəstəkçiləri olmuşlar. Onlar həyat yoldaşlarına qarşı vəzifələrində səhlənkarlıq etməmişlər. Xanım əshabələrin həyatında belə nümunələr çoxdur. Məsələn, Hind binti Əmr ibn Həzam. Ühüd savaşında əri, oğlu və qardaşı şəhid olduqda onlara qarşı son vəzifəsini yerinə yetirmək üçün cəsədlərini bir dəvəyə yükləyib Mədinəyə doğru yola düşdü. Ancaq əri Əmr ibn Cəmuh şəhid olmaq və Mədinəyə dönməməyi Allaha dua etdiyi üçün dəvə Mədinəyə deyil, Ühüdə geri döndü. Hind bint Əmr (r.a) vəziyyəti Rəsulullaha (s) danışdı. Allah Rəsulu (s): “Dəvəyə əmr olunub” – dedi və bu şəhidlər Ühüddə dəfn edildilər[3].

Bu mövzuda digər önəmli bir misal isə övladı öldüyü zaman Ümmü Süleymin bunu ərinə bildirərkən işlədiyi incə plandır.

Hadisə belə baş vermişdir: Əbutəlhənin Ümmü Süleymdən olan oğlu ölmüşdü. Ümmü Süleym qohumlarına: “Əbutəlhəyə oğlunun öldüyünü deməyin, bunu ona mən özüm xəbər verəcəyəm!” – dedi. Əbutəlhə evinə qayıtdıqda Ümmü Süleym onun üçün gözəl axşam yeməyi hazırlayıb verdi. Əbutəlhə doyunca yeyib-içdi. Sonra Ümmü Süleym hər zamankından daha cazibədar geyinib bəzəndi və Əbutəlhənin yanına gəldi. Əbutəlhə xanımı ilə cinsi əlaqədə oldu. Ümmü Süleym Əbutəlhənin qarnını doyurub digər hacətini də ödədikdən sonra ona: “Ey Əbatəlhə, əgər bir kimsə bir evə əmanət qoysa, aradan bir müddət keçdikdən sonra ora gəlib əmanəti geri istəsə, həmin ev əhlinin ona etiraz etməyə haqqı vardırmı?” – deyə soruşdu. Əbutəlhə: “Xeyr, haqqı yoxdur”, – deyə cavab verdikdə Ümmü Süleym: “Allah sənə verdiyi əmanəti – oğlunu – aldı. Oğlun üçün “həsbunəllah” (Allah bizə yetər) deyib mükafatını (savabını) yalnız Allahdan gözlə” – deyərək oğlunun ölüm xəbərini verdi[4].

Bu hadisədən də göründüyü kimi, xanım əshabə övlad itirmək kimi çox acı bir faciə ilə üzləşdikdə belə acısını bir tərəfə buraxıb ərinə təsəlli vermək üçün belə böyük fədakarlıq göstərmiş, bu qədər incə düşünə bilmişdi.

(ardı var)

“Rəsulullahın həyatı ilə İslamın hərəkat metodu”

Mütərcim: Fərəh Əlizadə

[1] Vaqidi, İbn Sad – Təbəqat

[2] Əhməd, VI, 141; İbn Hişam, III, 350

3 Makrizi – İmtaül Əsma

[4] Müslim

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma