MACARISTANLI AİŞƏNİN İMAN TARİXÇƏSİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

AishaAdım Aişədir, özüm Şimali Macarıstandanam. İslam dini haqqında orta məktəbdə tarix dərslərində məlumat almışdım. Belə ki, Macarıstan 150 il Türkiyənin işğalı altında olub.

Məktəbi bitirdikdən sonra mən molekulyar biologiyanı öyrənmək üçün universitetə qəbul oldum və orada bir çox əcnəbi müsəlman tələbələrlə rastlaşdım. Mənim üçün həmişə maraqlı idi ki, niyə müsəlmanlar öz dinləri ilə fəxr edir. Katolik olsam da, dinimə aid bəzi şübhələrim var idi.

Dostlarımla tez-tez bu haqda söhbət edərdik. Bir gün nahar vaxtı azan səsləndi, yoldaşlarımdan biri onu dayandırmağımı istədi, mən isə etiraz etdim, çünki azan səsindən çox təsirlənmişdim, sanki bir şey qəlbimi titrətmişdi. 

Yayda mən nə üçünsə Quran proqramını yüklədim. Onu ərəbcə dinləyir, ingilis dilində üzündən oxuyurdum. Sonra İslam haqqında çox şey düşündüm və bu barədə mütaliə etməyə başladım.

2 ay düşündükdən sonra İslamı qəbul etdim. 2 yoldaşımın qarşısında şəhadət gətirdim: “La İlahə İlləllah Muhəmmədun Rəsulullah”, – dedim. Beləcə mən mədəniyyətimə, ailəmə və nəhayət, anama zidd olaraq İslamı seçdim.

Ramazan ayında qərara gəldim ki, yeni həyatıma – İslam dininə Ramazan ayında başlayım. Əlhəmdülillah! Buna nail oldum.

Avqustun 4-də namaza başladım. Başlanğıcda bu mənim üçün çox çətin idi, çünki ətrafımda praktiki (dinin qaydalarına əməl edən) müsəlman yox idi və mən heç kəsdən məlumat ala bilmirdim.

İnternetdən özüm namaz qılmağı öyrəndim, çünki heç kəs mənə namazı necə qılmağı, dəstəmaz almağı, qüsl etməyi və digər qaydaları öyrətməmişdi.

Bir dəfə bir dostum, həqiqətən, məndə ruh düşkünlüyü yaradaraq dedi ki, guya mən heç vaxt İslamı başa düşməyəcəm, çünki müsəlman olaraq doğulmamışam. Mən ona oruc tutmağa hazırlaşdığımı deyərkən o dedi ki, oruc sadəcə ac qalmaq deyil. O an mən bir az çəkindim. Əcəba, mən heç vaxt namazı ərəbcə qılmağı öyrənməsəm və ya düzgün icra edə bilməsəm, hicab örtməsəm və ya heç vaxt namazım, səccadəm olmasa, necə olar?!

İbadətə başlarkən düşünürdüm ki, Allah o an mənə “gülümsəyir”, çünki namazın sözlərini bir kağıza yazıb sağ əlimdə tutmuşdum və ucadan oxuyurdum. Əmin idim ki, məzəli görünürəm. Lakin sonra mən ərəbcə namazı əzbərlədim. Feysbukda bir çox müsəlman dost qazandım. Onlaynda müsəlman bacılar mənə sevgi, cəsarət bəxş edirdilər. İlk dəfə Quran-kərimi İordaniyadan poçt vasitəsilə aldım, çünki vətənimdə ala bilmirdim.

Anamla çox acınacaqlı günlərimiz oldu. Müsəlman olduğumu qəbul edə bilmirdi və deyirdi ki, mən vətənimi, onu, dinimi tərk edərək terorist olacam. Məni namaz qılarkən və eləcə də hicabda görməyə dayana bilmirdi. Soyuducuda donuz məhsullarını saxlayırdı və mən onları yeməkdən imtina edərkən bu, böyük bir mübahisəyə səbəb olurdu. Lakin bizim ciddi problemlərimiz olsa da, mən ona qarşı heç vaxt kobud olmadım. Əlhəmdülillah, nəhayət, o sakitləşdi və görünür ki, məni müsəlman kimi qəbul edib. Buna görə Allaha şükür edirəm. İndi örtünərək evdən çıxarkən o mənə bir söz demir. Həyatım boyu atamla danışmamışdım və o məni görmək istəmirdi. İndi isə İslama görə mən özüm ona doğru addım atdım. İndi atam tez-tez bizə baş çəkir.

Həyatım böyük bir imtahandır. Lakin mən hər şeyə səbir və ümid edirəm. Mən inanıram ki, Allahın mənim üçün “yazdığı fərmanı” dəyişə bilmərəm, lakın daha gözəl bir yaşam tərzini seçə bilərəm. Çalışıram ki, daha yaxşı müsəlman olum və dinimi başa düşmək üçün daha çox öyrənirəm.

İndi mən Debrekenddə başqalarına da yardım edirəm. Qaçqın düşərgələrindəki insanlar üçün geyim dəsti proyekti təşkil edirəm. Orada müharibə səbəbilə evsiz qalan bir çox müsəlman var. Biz onlara baş çəkir, qadın və uşaqlara pakistan çörəyi bişirir, onları sevindiririk. Əvvəllər məni qəzəbləndirən sözlərə səsimi ucaldardım. İndi isə hər yerdə davranışımla nümunə oluram. Yenicə İslamı qəbul etmiş xanımlara da kömək etməyə səy göstərirəm. Hal-hazırda Quranı oxuya bilmək üçün ərəb dilini öyrənirəm. Beləcə, Quran və Sünnəyə əməl etməyə calışıram.

Tərcümə etdi: Gülnarə Məmmədova

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma