ŞƏRQDƏ, QƏRBDƏ VƏ İSLAMDA QADIN

QƏRBDƏ QADIN

qad;n ve isƏfəndim, icazə verərsinizsə, projektorlarımızı şərqdən qərbə çevirək: qərb də həmin ölçülər içində ələ alındığı zaman vəziyyət belədir; iqtisadi sistemi ələ alaq. Qərbdə iqtisadi sistem bir qədər əvvəl şərqdə dediyimizin əksinədir. Qərbdə bir mülkiyyət əsası vardır. Bir qazanc sistemi vardır. İnsanlar özləri üçün bəzi nəticələr əldə edə bilir və bununla istədikləri şeylərə sahib ola bilirlər. Qərbdə sərmayə vardır və pulu pul gətirər, – sistemi bütün hökmü ilə caridir. Güclü sərmayə, yaxşı iş görə bilən təşkilat daha böyük qazanclar əldə edə bilir, insanlar istədikləri qədər əşyaya, mala, mülkə sahib ola bilirlər. Bu vəziyyətin verdiyi çox faydalı bir nəticə vardır. O da insan təbiətini, insan şövqünü işləməyə sövq etmiş olduğu üçün qərbdə istehsal çoxdur. Bu yüksək istehsal daha çox qazanc və daha yüksək həyat standartı gətirmişdir. Rifah və həyat standartı yüksəlincə dövlət mexanizmi həmin cəmiyyətin işləyə bilməyənlərinə, düşkünlərinə, yoxsullarına bu yüksək istehsaldan rahatlıqla böyük imkanlar ayıra bilir. Fəqir-füqəraya dövlət əli ilə böyük yardımların edilməsi mümkün olur.

Lakin məndən soruşsanız, deyərəm ki, bu iqtisadi həyat ideal bir həyat deyildir, çünki qərbdəki belə bir gedişat eyni ilə şərqdəki materialist əsaslara görə nizamlanmışdır. Bunun nəticəsi olaraq qərbdəki zənginlər yoxsullarla maraqlanmaq məsələsində özlərini borclu bilmirlər. Onlar da işləyib qazansınlar deyirlər. Yoxsulların qazanması dövlətin gücü ilə, dövlətin əlindəki daha rahat imkanlarla asanlıqla yerinə yetirilir, lakin bu qazanma, bu əlaqə, mənəvi baxımdan meydana gəlmir. Ümumiyyətlə, qərbdə insanların böyük qazanclar qarşısında öz nəfslərini saxlaya bilməməsi kimi bir təhlükə mövcuddur. Və bu gedişatın nəticəsi olaraq da qərbdə hər şey qazancla, pulla ölçüldüyü üçün insanlarda insaf dediyimiz xüsusiyyət qismən sönmüşdür. Qərbdə elədir ki, bir insan bir qəpik üçün qarşısındakı insana böyük əziyyət verər və o, qəpiyindən belə keçməz. Bu mövzuda sizlərə bir əhvalat danışım. Bir professor dostum, keçən gün Fransada mehmanxanaya gedib. O deyir: “Gəncliyimdə Fransada uzun müddət yaşamışam. O vaxt onları çox çəhrayi eynəklə görmüşdüm. Bir qədər yaşa dolduqdan sonra təkrarən oraya getdim. O zamanlar Fransada görmədiyim bəzi hadisələr diqqətimi cəlb etdi. Bir bazar günü idi. Qaldığım mehmanxananın pulunu verməli idim. Pul təsəvvür edək ki, 291 lirə ödənilməli idi. 290 lirə xırdalanmış və 1000 lirə bütöv pulum vardı. 290 lirəni verirəm, o hey 1 lirəni istəyir. Al bu 1000 lirəni xırdala dedim. Yaxşı, – dedi və xidmətçisini göndərdi. Yarım saat oldu gəlmədi. Bazar günü olduğu üçün pulu heç bir yerdə xırdalaya bilmirdi. Buna baxmayaraq, fədakarlıq edib 1 lirəsindən keçə bilmirdi”.

Qərbdə, həqiqətən, belə bir materialist quruluş və insaf baxımından qismən sönmüş bir sistem vardır. Bu vəziyyəti qərb ölkələrinə səyahət edən dostlarımızın bir çoxu canlı hadisələrdə görmüşlər.

Reallıqları təsbit edərək irəliləyək. Qərbdəki ictimai həyata gəlincə, orada ictimai həyatla bərabər bir ailə məfhumu mövcuddur. Mülkiyyət vardır. Hər bir kəs övlad və uşaq sahibidir. Bütün bunlarla formalaşmış nizamlı bir ailə sistemi vardır, lakin bu tam səadət gətirə billəcək bir quruluşda deyildir, çünki qərb mütləq qadının da kişi kimi eyni şərtlərlə işləməsini zəruri hesab edir. Həmçinin qərbdə böyük bir bölgəni əhatə edən katolik məzhəbinə görə ayrılma və boşanma yoxdur. Bir dəfə evləndikdən sonra ayrılma yoxdur. Boşandıqdan sonra da başqası ilə evlənmək mümkün deyil. Bundan başqa, yenə bu aləmdə ailədə hər iki tərəf də tamamilə bərabər şərtlərlə işləməyə məcburdur. Boşanma halında qadına nəfəqə verilmir. Qadın da işləyə bilən bir ünsür qəbul edildiyi üçün onun da işləyib qazanc əldə etməsi zəruri görülür və qadınla kişinin iş həyatında hər yerdə tamamilə bərabər olduqları iddia edilirsə də, “Şərq Bloku”na nisbətən, Qərbdə qadınlara bir az insaf və şəfqətlə münasibət göstərilir. Çox nadir hallarda onlara ağır işlər verilir. Daha rahat, qadın təbiətinə uyğun işlərdə işləyirlər.

“Qərb Bloku”nda dünyagörüşünə daha çox xristianlıq fikirləri hakimdir. Bu fikirlərə görə bir axirət düşüncəsi vardır. Lakin bu düşüncədə müsəlmançılıqda olduğu kimi bir şəffaflıq yoxdur. Qərbdə əsasən etiqadın təməlini təşkil edən bir təslis nəzəriyyəsi vardır. Bir vəhdət (tövhid) yoxdur. Cənabı-Haqqın birliyinə, əsas müqəddəs tək varlığın O olduğuna dair şəffaf bir əqidə yoxdur. Biz çox şükürlər olsun müsəlman diyarında böyüdümüz üçün bizə elə gəlir ki, bu düşüncələrə özümüz sahib olmuşuq, lakin bu aləmdə böyüməyən qərb insanın əsas təfəkkür sistemini, dünyagörüşü sisteminin son naqisliyini araşdırdığımız zaman orada bir bulanıqlıq, bir keşməkeşlik görürük və bunun, əlbəttə ki, böyük nəticələri olur. Bir qərb əsgəri hücuma keçdiyi zaman kimə yalvaracağını bilmədiyi üçün tərəddüd içindədir. Məryəm anayamı? Sayamı? Cənabı-Haqqamı yalvaracaq? Bu vəziyyət qarşısında tərəddüddədir, lakin bir müsəlman üçün belə bir vəziyyət yoxdur. Cənabı-Haqq birdir, təkdir, müqəddəsdir və etiqadda vəhdaniyyət (birlik) prinsipi əsasdır.

Qərbin ikinci böyük hüzursuzluk qaynağını ruhani sinfi təşkil etməkdədir. İnsanların içindən bir qrup bir təşkilata mənsub olmaqla özlərinə bəzi xüsusiyyətlər nisbət verir. Məsələn, bu sinfə daxil olmayan insanlar ruhani sinfinə günahlarını bağışlatdırmaq məcburiyyətindədirlər. Bu sinfə mənsub insanların başında dayanan bir papanın, dini əsaslarda istədiyi kimi fitva vermə səlahiyyəti vardır. Onun sözü eyni ilə bir qanun hökmündədir. Onun qarşısına başqa bir güc heç də çıxa bilməz. Ruhani sinfi özlərinin insanlarla Cənabı-Haqq arasında bir vasitə olduğunu qəbul edir. Bu vəziyyət qərbdə mənəvi hüzur və səadətin təsis olunmasına mane olan mühüm bir ünsürdür. Bu prizmadan qərbə baxdıqda oradakı qadının rolunu qısa şəkildə belə yekunlaşdırmaq mümkündür. Şərqlə müqayisədə, əlbəttə ki, çox irəlidədir və onunla müqayisədə daha xoşbəxtdir, lakin tam bir qənaətbəxşlik və hüzur gətirən vəziyyət mövcud deyildir, çünki qadın mütləq kişi ilə bərabər tutulma bahasına ən ağır işlərdə işləməyə məcburdur. Qadın mütləq gəlir gətirməlidir. Gəlir gətirmədikdə ailə quruluşunda bu baxımdan materialist tərzdə ona kiçik bir ünsür kimi baxılır. Bir kişi ailədə pul qazanmaqla ailəyə daha böyük mənfəət gətirdiyi haləti və ruhiyyəsi içindədir. Bu həqiqi səadətə geniş ölçüdə mane olur. Xristianlığın bəzi qaydaları, qadına onun təbiətinə və insan haqlarına uyğun gəlməyən bəzi məcburiyyətlər və mükəlləfiyyətlər yükləyir. Ümumiyyətlə, qərbdəki qadını tam bir xoşbəxt qadın olaraq qəbul etmək mümkün deyil. Sadəcə olaraq “Şərq Bloku”ndakı qadının vəziyyəti ilə müqayisə etdiyimiz zaman daha çox rifah içərisində, daha çox insani münasibət görən bir qadın vəziyyətindədir. Bu iki sistemi, bu iki tablonu müəyyənləşdirdikdən sonra, heç şübhəsiz, hamınız indi “yaxşı, elədirsə, həqiqi səadət, qadının həqiqi yeri haradadır?” – deyə maraqlanmağa başladınız.

(ardı var)

Prof. d-r Nəcməddin Ərbakan

Mütərcim: Xəyyam Qurbanzadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma