Archive | Sentyabr 2014

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT ÜMMÜHƏBİBƏ

HƏZRƏT ÜMMÜHƏBİBƏ

İman və səbrin mükafatı

10698560_748823465171748_5451524742405355838_nƏsl adı Rəmlə olan Ümmühəbibə Əbusüfyanın qızı, Müaviyənin bacısı, Osmanın isə bibisi qızı idi. İlk müsəlmanlardan olub. Ümmühəbibə İslamla şərəfləndiyi zaman nə atası Əbusüfyan, nə də anası müsəlman olmamışdılar. Hətta atası müşriklərin başçısı idi. Buna görə də Ümmühəbibə dözülməz işgəncələrə məruz qalmışdı. Atası və yaxın qohumları onun dinindən dönməsini istəmişdilər. Lakin o, bütün işgəncələrə qarşı dözərək dinindən ən kiçik bir güzəşt belə vermədi. İşgəncələr dözülməz bir hal alanda ilk müsəlmanlardan olan həyat yoldaşı Übeydullah ibn Cəhş ilə birlikdə ikinci hicrət qrupu ilə Həbəşistana hicrət etdi. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT CÜVEYRİYƏ

HƏZRƏT CÜVEYRİYƏ

Əsarətdən səadətə

10703800_1689204124638869_4876291546068149622_nMədinədə qurulan İslam dövləti günlər ötdükcə daha da böyüyür, müsəlmanların sayı günbəgün artırdı. Bu vəziyyət başda Peyğəmbərimiz olmaqla müsəlmanları sevindirdiyi halda, özlərini küfrün qaranlığından heç cür qurtara bilməyən müşrikləri isə kədərləndirirdi. Onlar bundan narahat olub üzülsələr də, İslamın nurunu söndürə bilmək üçün müxtəlif yollar fikirləşir və bir çarə axtarırdılar.

Beləcə, müsəlmanların daha da çoxalmasına təhəmmül edə bilməyənlərdən biri də Bəni-Müstəliq rəisi Haris ibn Əbudirər idi. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – ZEYNƏB BİNT CƏHŞ

ZEYNƏB BİNT CƏHŞ

Nikahını Allah qıydı

 

Rəsulullah Zeynəbi Zeydlə evləndirir

10670131_748825951838166_2152724625271998877_nSevgili Peyğəmbərimiz (s) Cahiliyyə Dövründəki batil adətləri bir-bir aradan qaldırır, insanlara icazəli olan şəri yolu göstərirdi. Beləcə batil haqsızlıqların yerini haqq və ədalət prinsipləri tuturdu. Cahiliyyə Dövrünün yanlış adətlərindən biri də qulların və ya azad edilmiş kölələrin aşağı bir sinif olaraq tələqqi edilməsi idi. İslam qanunları isə bütün insanları bərabər sayır, “… Sizin Allah qatında ən şərəfliniz təqvaca ən üstün olanınızdır”[1] ayəsində üstünlüyün yalnız təqva ilə olduğu açıqlanırdı. Elə isə yanlış adətin aradan qaldırılması lazım idi. Buna görə də Allah Rəsulu (s) Qüreyş qəbiləsi kimi soylu bir ailəyə mənsub olan bibisi Üməymə bint Əbdülmüttəlibin qızı Zeynəbə[2] azad etdiyi köləsi və övladlığa götürdüyü Zeyd üçün elçiliyə getdi. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT ÜMMÜSƏLƏMƏ

HƏZRƏT ÜMMÜSƏLƏMƏ

Qəm-qüssədən sonra gələn səadət

10625077_748726975181397_4823088997269658902_nÜmmüsələmə (r.ə.) ilk müsəlmanlardandır. Elə ilk müsəlmanlardan olan Abdullah ibn Əbdüləsədlə də evli idi. Bu bəxtiyar ailə İslamı qəbul etməklə qohumlarının və digər müşriklərin dəhşətli işgəncələrinə məruz qaldılar, lakin əqidələrindən zərrə qədər də olsun dönmədilər. İşgəncələr dözülməz bir vəziyyət yaratdığı üçün Həbəşistana hicrət etdilər. Həbəş Nəcaşisi ona sığınan, ona pənah gətirən mühacirləri yaxşı qarşıladı. Onlardan heç bir yardımını əsirgəmədi. Ancaq vətənlərindən, Peyğəmbərimizdən uzaqda olmaq digər mühacirlər kimi Ümmüsələməni və həyat yoldaşını çox kədərləndirdi. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT ZEYNƏB

HƏZRƏT   ZEYNƏB

Düşkünlərin  anası

984188_689744701112395_7740234111802064118_nHz. Zeynəb bint Hüzeymə müsəlman olmamışdan əvvəl çox comərd bir həyat yaşayırdı. Yoxsullara, ehtiyacı olanlara yardım edər, onlara şəfqət və mərhəmət göstərərdi. Cahiliyyə Dövründə “Ümmül-məsakin”, yəni “Miskinlərin, düşkünlərin anası”, – deyə yada salınır və tanınırdı. Müsəlman olduqdan sonra alicənab bir insan kimi daha da artıq sevildi.

Hz. Zeynəb əshabələrdən Übeyd ibn Harislə evli idi. Birlikdə xoşbəxt bir həyat yaşayırdılar, çox təəssüf ki, bu, heç də uzun sürmədi. Hz. Übeyd Bədr savaşında ağır yaralandığı üçün müharibədən sonra vəfat etdi. Hz. Zeynəb dul qaldı. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI

HƏZRƏT HƏFSƏ

Hz. Ömərin qızı

0c102e3b1258d850f33e3e288931686dHz. Həfsə Hz. Ömərin qızıdır. Rəsulullaha (s) peyğəmbərlik verilməmişdən əvvəl Məkkədə anadan olmuşdu. O, birinci dəfə Hüneys ibn Hüzafə (r.ə.) ilə evlənmişdi. İlk müsəlmanların sırasında yer alan bu bəxtiyar ər-arvad müşriklərin dözülməz işgəncələrinə məruz qaldılar. Ona görə də mühacirət etməyə icazə veriləndən sonra birlikdə öz vətənlərini tərk edib Mədinəyə getdilər. Hz. Hüneys Bədr savaşına qatıldı. Qəhrəmancasına döyüşdü. Mədinəyə geri qayıtdığı vaxt bu müharibədə aldığı yaradan vəfat etdi. Beləcə, Hz. Həfsə gənc yaşında dul qaldı.

Hz. Ömər sevgili qızının dul qalmasını istəmirdi. Düşündü, fikirləşdi və onu Peyğəmbərimizin sevgili qızı Hz. Ruqiyyə vəfat etdiyi üçün dul qalan Hz. Osmana nikahlamağı qərara aldı. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI

HƏZRƏT AİŞƏ

Hz. Əbubəkrin qızı

lotus“Möminlərin anası Hz. Aişə” adı ilə nəşr etdiyimiz əsərimizdə Aişə anamızın həyatına geniş şəkildə toxunduq. Buna görə də onun həyatını təfsilatı ilə şərh etmədən qısa şəkildə bəzi məlumatlar verəcəyik. .

Hz. Xədicənin vəfatından sonra idi. Peyğəmbərimiz bir gün yuxusunda Hz. Cəbrayılı gördü. Cəbrayıl (ə) Peyğəmbərimizə mücrü içində bir qadın şəkli təqdim etdi: “Ey Allahın Rəsulu, bu qız Xədicəyə qarşılıq sənin hüzn və yalqızlığını bir az da olsa, yüngülləşdirib sənə həyat yoldaşı olacaq”. Peyğəmbərimiz ona təqdim edilən qızın üzünü açanda onun Hz. Aişə olduğunu gördü. Oxumağa davam et