BOLLİVUD YERİNƏ TƏSƏTTÜR VƏ İSLAM ÇAĞIRIŞI

Mursilin PirzadaHindistan Kəşmirinin sakini Mursilin Pirzada bütün ömrü boyu aktrisa olmağı və Bollivudda filmə çəkilməyi arzulamışdı, amma kino dünyasının “dadını” bilən kimi ikrah hissi keçirərək İslama doğru yönəldi. Nəticədə İslamnews saytının yazdığına görə onun həyatında Bollivudun yerini hicab və din tutdu.

Zəngin kəşmirli ailəsində böyüyən bu 23 yaşlı qız hələ bir neçə il bundan əvvəl İndian Express saytının məlumatına görə bahalı cinslərlə, təmtəraqlı və parlaq həyatla maraqlanır və Karina Kapur kimi o da hind kinematoqrafının parlaq ulduzlarından olmaq istəyirdi.

Valideynlərinin köməyi ilə kinorejissor Yaşa Çopranın yanında işə başladıqdan sonra filmlərin birində ona rejissor köməkçisi vəzifəsi təklif olundu. Bundan sonra isə başqa bir filmdə geyim üzrə rəssam kimi çalışdı və elə bu zaman da rejissor Maniş Şarmadan artıq aktrisalıq təklifi gəldi. Lakin kamera qarşısında birdən-birə özünü çılpaq və zəif hiss edən Mursilin artıq çəkilmək istəmədiyini rejissorlara bildirdi. Bollivudu tərk etdikdən sonra Mursilinin əlinə təsadüfən hindli imamın xütbələrindən ibarət bir videokasset keçdi. Bu imamın söylədiklərindən çox təsirlənən Mursilin İslamı yaşamağa, ibadət etməyə başladı və örtündü…

Daha önəmlisi isə Mursilin İslamın əsaslarını dərindən öyrənməyə, natiqlik dərsləri almağa başladı. İndi o, İslam çağırışları və dəvət mövzularında videofilmlər yazdıraraq həmyerlilərini İslam dini haqqında maarifləndirməklə məşğuldur. İnstaqramda onun artıq 19.000-dən çox izləyicisi vardır.

Zəhra Süleyman-Kıstı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma