MÖMİNLƏRİN ANALARININ BƏZİ XÜSUSİYYƏTLƏRİ

namaz_qadin_00Peyğəmbərimizin xanımları üçün digər xanımlardan fərqli olaraq bəzi özəl vəziyyətlər vardır. Bunları belə sadalaya bilərik:

Peyğəmbərimizin vəfatından sonra evlənə bilməzlər

Bir qadın ərindən ayrıldıqdan və ya əri vəfat etdikdən sonra şəriətə görə gözləməsi lazım olan müddət (iddə müddəti) bitdikdən sonra bir başqa kişi ilə evlənə bilər. Bu onun ən təbii haqqıdır, lakin bu hökmün bir istisnası vardır: Peyğəmbərimizin xanımları. Onların Peyğəmbərimizin vəfatından sonra bir başqa kişi ilə evlənmələri caiz deyildir. Həmçinin bir ayədə bu həqiqət belə bildirilir: “Ey iman gətirənlər! … Sizə Allahın Rəsuluna əziyyət vermək və özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Şübhəsiz ki, bu, Allah yanında (günah olaraq) böyükdür!” (“Əhzab”, 53)

Peyğəmbərimizin xanımları başqa bir kişi ilə evlənməməklə Peyğəmbərimizin xanımı və möminlərin anası olma vəsflərini qiyamətə qədər davam etdirirlər.

Əl və üzlərini örtmələri də vacibdir

Hənəfi və Maliki məzhəblərinə görə həddi-büluğa çatmış qızın əlindən və üzündən başqa bütün vücudunu örtməsi vacibdir. Bu məzhəblərə görə əl və üz təsəttürə daxil deyildir. Lakin bu, Peyğəmbərimizin xanımları üçün belə deyildir. Onların digər qadınlardan fərqli olaraq əllərini və üzlərini örtmələri də fərzdir. Bu mövzudaalimlərin ittifaqı vardır. Peyğəmbərimizin xanımlarının nə şahidlik edəndə, nə də başqa bir səbəbə görə əl və üzlərini açması icazəli deyildir.

Onlardan bir söz soruşanda pərdə arxasından soruşmaq lazımdır

Peyğəmbərimizin xanımları ilə bağlı digər bir xüsusiyyət də ondan ibarətdir ki, onlardan bir söz soruşanda pərdə arxasından soruşmaq lazımdır. Bununla bağlı ayədə belə bildirilir: “Ey iman gətirənlər! … Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda pərdə arxasından soruşun. Bu həm sizin qəlbləriniz, həm də onların qəlbləri üçün daha təmiz bir davranışdır. …” (“Əhzab”, 53)

Yaxşılıqları üçün iki misli savab, pislikləri üçün iki misli günah yazılır

Peyğəmbərimizin xanımları ilə bağlı başqa bir xüsusiyyət hər hansı bir günah işlədiklərində iki misli günah qazanmaları; hər hansı savab işlədiklərində isə iki qat savab qazanmalarıdır. Uca Allah Quran-kərimdə bununla bağlı olaraq belə buyurur: “Ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!

Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün (Cənnətdə) tükənməz ruzi hazırlamışıq.

Siz ey Peyğəmbər zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər. (Danışdığınız zaman) gözəl söz deyin!

Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey Əhli-Beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi aparmaq və sizi pakdan pak etmək istər!

Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah lütfkardır, xəbərdardır!” (“Əhzab”; 30-34)

İsmayıl Mutlu; “Xanım əshabələr”

Mütərcim: Məhbubə Kərimzadə 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma