Archive | Oktyabr 2014

KƏRBƏLA QİYAMININ MAHİYYƏTİ

10620773_754793451241416_7495898159131383991_nKərbəla qiyamının mahiyyəti haqqında – o tarixi hadisənin bütün yönlərini tanıtdıran kiçik və əhatəli bir məqalə yazmaq istədik. Çox düşündükdən sonra belə bir nəticəyə gəldik ki, o qiyamın mahiyyətini İmam Hüseyn (ə)-ın özündən başqa heç kim ətraflı şəkildə izah və bəyan edə bilməz. Buna görə də İmam Hüseyn (ə)-ın “Tuhəful-Üqul” kitabında yer alan və qiyamın mahiyyətini açıqlayan bir xütbəsini tərcümə edib sizə təqdim etmək qərarına gəldik. Xütbə böyük bir izdiham qarşısında söylənilmişdir. Oxumağa davam et

KƏRBƏLA QİYAMININ QISA TARİXİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur! 

Allahın salamı və rəhməti Onun Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə olsun! 

gulHicrətin 60-cı ilinin rəcəb ayında Müaviyənin ölümündən sonra oğlu Yezid xilafətə keçdi. Lakin Müaviyənin İslama qarşı münasibəti Yeziddən tamamilə fərqli idi. Müaviyə sırf dünyapərəst bir mövqe seçmişdi və o, dini məsələlərə çox etinasız yanaşırdı. Lakin buna baxmayaraq, zahirdə islami meyarlara riayət edirdi. Yezid isə Quran və Peyğəmbər (s) Sünnəsinin qanunlarını nəinki pozmaqla kifayətlənmir, açıq-aşkar dinin əsaslarını məsxərəyə qoyurdu. Vaxtını eyş-işrət, tar-kaman və musiqiyə sərf edərək meymun və it ilə əylənirdi. Yezid İslam hökumətində ilk hakim idi ki, çəkinmədən açıq şəkildə xalq arasında şərab içir, ən iyrənc və murdar cinsi pozğunluqlarla məşğul olurdu. Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

AİLƏ ƏLAQƏLƏRİ

İslamda-Evlilik-1SUAL: Nişanlıların evlilikdən əvvəlki sərgüzəştlərini və əlaqələrini bir-birinə danışmamağa haqları vardırmı?

CAVAB: Əgər evliliklərindən əvvəlki sərgüzəştləri və əlaqələri bir-birinə danışmağı şərt etsələr, bu şərtə əməl etmək vacibdir. Əgər şərt etməsələr, heç birinin şəri baxımdan digərinin keçmişi ilə maraqlanma fikrində olmağa haqqı yoxdur. Hərçənd ki hər iki tərəfə lazımdır ki, qarşılıqlı etimad əsaslarını möhkəmləndirsinlər və bu əsasların möhkəmlənməsinə və müştərək həyatın sabitləşməsinə təsir edən işlər haqqında söhbət etsinlər. Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

tesettur_giyim45e5ir45wwq SUAL: Qadının kişi qohumları ilə mehriban davranması və zarafat etməsi icazəlidirmi?

CAVAB: Əgər bu onun ərinə pis təsir edirsə və qəlbində xəstəlik olan şəxslərin ona tamah salmasına səbəb olursa, yaxud normal həddi aşırsa, icazəli deyil.

SUAL: Siz artıq qadınların şalvar geyinməsinə icazə vermisiniz. Artıq şalvar qadınlar və kişilər üçün ümumi bir paltara çevrilmişdir. Bədəni örtmədən onun geyinilməsi icazəlidirmi? Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

QADININ BƏZƏNMƏSİ

Qadinin bezenmesiSUAL: Qadının başqalarının nəzərini cəlb etməyən qolbaq üzük taxması icazəlidirmi?

CAVAB: “Mömin qadınlara de ki, … zinətlərini izhar etməsinlər (yəni açmasınlar), lakin o zinətlərdən zahir olanı istisnadır. …” (“Nur”, 31) ayəsindən belə başa düşürük ki, bədənin zahiri üzvlərinə (üzə və əllərə – X.Q.) zinət geyinmək icazəlidir. Yəni üzük taxmaq və s. zinətlərdən istifadə etmək icazəlidir. Bir şərtlə ki, bu zinətlər şəhvani hissləri hərəkətə gətirməsin.

SUAL: İslami hicabın həddi nədir?

CAVAB: Hicabın həddi iki xətt üzərindədir: bədənin örtülməsi və açıq-saçıq olub bəzənməmək. Oxumağa davam et

ƏDALƏTİN BİTDİYİ YERDƏ KAPİTALİZM BAŞLAYAR

Zehranın yazısıAmerikada harın və hakim siniflərə qarşı etiraz mitinqi keçirən işsiz və yoxsul insanlar bir dəfə belə bir maraqlı plakatla çıxış etmişdilər: “Vaxt gələcək aclar yemək üçün varlılardan başqa bir şey tapmayacaqlar!” Təbii ki, Amerikadakı kasıbları Somalidəki aclarla bir tutmaq olmaz və qərb ölkələrindəki yoxsulluq bizim anladığımız və təsəvvür etdiyimiz kasıbçılıqdan çox fərqlidir.

Avropada kasıb adam dedikdə orta səviyyədə yaşayışı olan: maşını və evi, işi-gücü, yayda dincəlmək, qışda soyuqdan qorunma imkanı olan insan başa düşülür. Azərbaycandakı kasıblar isə nəinki bu sadalananlara malik olmayan, hətta  normal su, elektrik, zəngin neft ölkəsinin vətəndaşı olsa da, evində qazla belə təmin olunmayan biçarə insanlardır. Bu səbəbdən də azacıq həyat şəraitini düzəldən, ailəsinin ən minimal ehtiyaclarını ödəyə bilən insanlar cəmiyyətmizdə az qala müqəddəs varlıqlar kimi qəbul olunur və onlara ehtiram göstərilir. İnsanlar pula sitayiş edənə qədər alçaldılıb, əzilə bildiyi qədər əzilib və əzilməkdədir. Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ÖVLADLIĞA GÖTÜRMƏYİN ŞƏRİ HÖKMÜ

cocukkkİslam dini nəsəb (nəsil, əcdad silsiləsi) mövzusu ilə geniş maraqlanmışdır, çünki onun miras, nəfəqələr (yaşamaq üçün lazım olan pul və ya şey), qohumluq və bunlardan başqa aid olan hərtərəfli müfəssəl məsələlər kimi şəri nəticələri vardır. Müasir dövrdə də övladı olmayan insanların övladlıq götürmələri barədə çox eşidirik. Bununla bağlı başqa məsələlər də vardır ki, bu barədə şəriətin rəyini bilmək maraqlı və vacibdir. Oxumağa davam et