PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT SAFİYYƏ

HƏZRƏT SAFİYYƏ

ALLAH VƏ RƏSULUNU QÖVMÜNƏ TƏRCİH ETDİ

10417736_794374677252853_1989878147406505379_nXeybərin fəthində əsir alınanların arasında əsl adı Zeynəb olan Həzrət Safiyyə də var idi. Hz. Safiyyə yəhudi qəbilələrindən olan Bəni-Nadirin rəisi Hüyəy ibn Əhtəbin qızı idi. Hz. Harunun nəslindəndir. Xeybər yəhudilərinin rəislərindən olan Rəbi ibn Hukaykın oğlu Kinanə ilə evli idi. Əri Xeybər müharibəsində öldürülmüşdü.

Mücahidlər Mədinəyə qayıdarkən Peyğəmbərimiz Hz. Bilala Safiyyəni gətirməyi də tapşırdı. Bilal Peyğəmbərimizin istəyini yerinə yetirdi. Peyğəmbər (s) Safiyyə gələndən sonra İslamı ona başa saldı və belə bir təklif etdi: “Əgər müsəlman olsan, səninlə evlənəcəyəm. Yox, əgər dinində qalmağı seçsən, səni sərbəst buraxacağam. Beləcə, qövmünün yanına dönə biləcəksən”.

Safiyyə belə bir təklifə heç də təəccüblənmədi, çünki Peyğəmbərimizin xanımı olacağını yuxusunda görmüşdü. Heç tərəddüd etmədən tərcihini etdi və belə dedi: “Ey Allahın Rəsulu, siz məni İslama dəvət etməmişdən əvvəl mən müsəlman olmağı arzulamışdım və sizi təsdiq etmişdim. Yəhudilərlə mənim heç bir marağım qalmadığı kimi, artıq ona ehtiyacım da yoxdur. Xeybərdə nə atam, nə də qardaşım var. Siz məni küfrlə İslamiyyətdən birini seçmək arasında sərbəst buraxırsınız. Allah və Rəsulu mənim üçün sərbəst buraxılmağımdan və qövmümün yanına dönməkdən daha əzizdir”.

Sevgili Peyğəmbərimiz onun müsəlman olmasına görə çox məmnun oldu. Tez azadlığına qovuşdurdu, sonra da onunla nikah bağlayaraq onu mübarək xanımları arasına saldı.

Bu arada onun üzündə aldığı bir zərbənin izini gördü.

Peyğəmbərimiz: “Bu nədir?” – deyə soruşdu.

Hz. Safiyyə belə dedi: “Kinanə ilə evləndiyim ilk gecə bir yuxu gördüm. Mədinə tərəfdən bir ay gəlib qucağıma düşdü. Bu yuxunu Kinanəyə danışanda o hirsləndi: “Sən ancaq Hicaz hökmdarı Mühəmmədə qovuşmaq istəyirsən”, – dedi və üzümə bir şillə vurdu. Bu, həmin o şillənin izidir.

Safiyyə anamız gözütox bir qadın idi. Mədinəyə gələndə bütün zinət əşyalarını Hz. Fatiməyə və Peyğəmbərimizin xanımlarına hədiyyə etdi.

Hz. Safiyyə Peyğəmbərimizi çox sevər, ondan ayrılmaq istəməzdi. Bir gün Peyğəmbərimiz məsciddə etiqafda olduğu vaxt onu ziyarət etməyə getmişdi. Bir saata yaxın yanında qaldıqdan sonra evə qayıtmaq istədi. Rəsulullah da onu yola salmaq üçün ayağa qalxdı. Ümmüsələmənin otağının qarşısındakı məscid qapısına yaxınlaşanda Ənsardan iki kişi ilə qarşılaşdı. Əshabələr Peyğəmbərimizə salam verdilər və tez oradan ayrıldılar. Təbiidir ki, Peyğəmbərimizin onlar haqqında sui-zənn etməyəcəklərini bilirdilər. Lakin həm şeytanın qəlblərinə bir şübhə atması təhlükəsindən uzaqlaşdırmaq və həm də ümmətinə bir yol göstərmək üçün onların arxasınca belə səsləndi: “Tələsməyin, dayanın! Yanımdakı qadın Safiyyə bint Hüyəydir”.

Əshabələr: “Biz Allahı müqəddəs sayarıq”, – dedilər. Bununla Peyğəmbərimiz haqqında ağıllarına qətiyyən yanlış bir fikir gəlmədiyini ifadə etmək istədilər. Bundan sonra Peyğəmbərimiz onların timsalında bütün ümmətini belə xəbərdarlıq etdi: “Şeytan insanın vücudunda dolaşan qan kimidir. Mən haqlı olaraq şeytanın sizin qəlbinizə bir şübhə atmasından qorxdum”.

Hz. Safiyyə Peyğəmbərimizin xəstələnməsinə, onun bir yerinin ağrımasına təhəmmül edə bilməz, ona gələcək ağrıları özünün çəkməsini arzu edərdi. Peyğəmbərimiz vəfatından bir neçə gün əvvəl xəstələnəndə möminlərin anası pərvanə kimi ətrafına dolanmışdı. Safiyyənin gözləri yaşarmışdı. Bütün səmimiyyəti ilə belə demişdi: “Ey Allahın Rəsulu, kaş ki sizin bütün ağrınızı, acılarınızı mən çəkəydim”.

Safiyyə anamız hicrətin 52-ci ilində vəfat edib. Allah ondan razı olsun!

İsmayıl Mutlu; “Xanım əshabələr”

Mütərcim: Məhbubə Kərimzadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma