PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT MƏYMUNƏ

HƏZRƏT  MƏYMUNƏ

PEYĞƏMBƏRİMİZİN SONUNCU HƏYAT YOLDAŞI

265058_127746327307376_897337_nHz. Məymunənin əsl adı Bərrə idi. Bacılarından Ümmülfəzl Peyğəmbərimizin əmisi Hz. Abbas ilə, digər bacısı Əsma isə Peyğəmbərimizin əmisi Əbutalibin oğlu Hz. Cəfər ilə evli idi. Rəsulullah bu üç bacıya “Möminə bacılar” ismini vermişdi.

Həzrət Məymunənin əri vəfat etdi və o, dul qaldı. Həzrət Abbas onun Peyğəmbərimizlə evlənməsini çox arzu edirdi. Buna görə də Rəsulullahı hər dəfə görəndə Məymunəni ona tərifləyər, onun yüksək əxlaq və fəzilətlərindən bəhs edərdi.

Peyğəmbərimiz ümrə üçün Məkkəyə gedirdi. Cuhfə mövqeyində istirahət üçün fasilə veriləndə Həzrət Abbas onun yanına gəldi və Peyğəmbərimizdən Həzrət Məymunə ilə evlənməsini istədi. O, belə dedi: “Ya Rəsuləllah, Məymunə bint Haris dul qaldı. Olar ki, onu nikahlayasınız?” Peyğəmbərimiz əmisinin bu məsələdəki israrını artıq rədd etmədi və onun bu təklifini qəbul etdi. Əmisi onun bu işə razılıq verməsinə çox sevindi.

Digər tərəfdən Həzrət Məymunə anamız da Peyğəmbərimizin onunla evlənmək istəməsi xəbərini eşidəndə çox şad oldu. Həmin vaxt o, dəvənin üzərində idi. Sevincindən: “Dəvə də, üzərindəki də Rəsulullahındır”, – deyərək məmnun olduğunu bildirdi.

Bu artıq Peyğəmbərimizin sonuncu evliliyi idi. Peyğəmbərimizə verilən evlənmə izni bitmişdi. Uca Allah bunu bir ayədə belə açıqladı: “Bundan sonra (bunlardan savayı) sənə (başqa) qadınlar halal olmaz. Bunları gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!”

Həzrət Məymunənin nikahını hicrətin 7-ci ilində dörd yüz dirhəm mehr müqabilində Həzrət Abbas kəsdi.

Məymunə anamız hicrətin 56-cı ilində 80 yaşında vəfat etdi. Allah ondan razı olsun!

İsmayıl Mutlu; “Xanım əshabələr”

Mütərcim: Məhbubə Kərimzadə 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma