SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ÖVLADLIĞA GÖTÜRMƏYİN ŞƏRİ HÖKMÜ

cocukkkİslam dini nəsəb (nəsil, əcdad silsiləsi) mövzusu ilə geniş maraqlanmışdır, çünki onun miras, nəfəqələr (yaşamaq üçün lazım olan pul və ya şey), qohumluq və bunlardan başqa aid olan hərtərəfli müfəssəl məsələlər kimi şəri nəticələri vardır. Müasir dövrdə də övladı olmayan insanların övladlıq götürmələri barədə çox eşidirik. Bununla bağlı başqa məsələlər də vardır ki, bu barədə şəriətin rəyini bilmək maraqlı və vacibdir.

Bəzi alimlər belə bir fikir irəli sürürlər ki, İslam dini övladlığa götürməyi haram hesab etmişdir. Övladlığa götürmək deyildikdə bir şəxsin başqasının övladını özünə övlad seçməsidir. Allah onun bütün nəticələrini ləğv etmişdir. “Əhzab” surəsinin 4-cü və 5-ci ayələrində buyurulur: “Allah … övladlıqlarınızı sizə doğma oğul etməmişdir. Bunlar sizin ağızlarınıza gələn sözlərdən ibarətdir. Allah isə haqq deyir və doğru yola O, hidayət edir. Onları (övladlıqlarınızı) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. …”

Allah-Taala əmr etmişdir ki, kim bir şəxsi himayəyə götürərsə, onu özünə aid etməsin. Əgər onun tanınan atası vardırsa, o yalnız öz atasına aiddir. Əgər atası bilinməzsə, din qardaşı kimi çağırılmalıdır. Beləcə nəsəbin həqiqətlərini dəyişdirməyi insanlara qadağan etmiş və varislərin hüququnu zay olmaqdan və azalmaqdan qorumuşdur. Beləliklə, bu, övladlığın övladlığa götürmüş şəxsin məhrəmləri, oğulları və qohum-əqrəbaları ilə qarışmasının qarşısının alınması ilə nəticələnmişdir. İslam dinində övladlığa götürməyin hökmü haqqında Seyid Mühəmmədhüseyn Fəzlullah buyurur: “İslam dinində övladlığın, onu övladlığa götürmüş və tərbiyə etmiş şəxs üçün həqiqi övlad olması şəklində övladlığa götürmək yoxdur. Əgər övladlıq oğlan olarsa, onu övladlığa götürmüş şəxsə, onun övladlarına və zövcəsinə məhrəm olmur. Əgər qız olarsa, onu övladlığa götürmüş qadının özünə, övladlarına və ərinə məhrəm olmur. Onlar bir-birinə varis də ola bilməzlər. Mükəlləfin bu övladı öz adına qeydiyyata salması icazəli deyildir. Allah-Taala buyurur: “Allah … övladlıqlarınızı sizə doğma oğul etməmişdir. …”[1] Ayədəki “dəiyy” sözü “övladlıq, övladı olmayanların övlad kimi öz ailələrinə qəbul etdikləri uşaq” mənasını verir. Allah-Taala buyurur: “Onları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. …”[2]

Süd əmmə vasitəsilə övladlığa götürməyin mümkünlüyü barəsində verilən suala Seyid belə cavab verir: “Süd vermək vasitəsilə övladlığa götürmək mümkündür. Və bu, bir gecə-gündüz süd vermək, yaxud ona başqa bir yemək verməmək və ya başqa bir qadının südünü əmməmək şərtilə ona on beş dəfə süd vermək, yaxud onların ikisi arasında başqa bir yeməklə, fasilə salmasına baxmayaraq, ətə-cana gəlib sümüyü möhkəmlənənə qədər ona uzun müddət süd əmizdirmək və digər əlavə şərtlərlə olur. Şəri südvermə həqiqət tapdıqda süd verən qadın süd əmmiş uşağın anası olur və o qadının bütün yaxınları o uşağın yaxınlarına çevrilir. Həmin qadın o uşağa nisbətdə onu doğan qadın qəbul edilir. Lakin buna baxmayaraq, o uşağı öz adına qeydiyyata saldıra bilməz”.

Doğulduğu gündən övladlığa götürülmüş qız uşağını həddi-büluğa çatdıqdan sonra görmək barəsində suala Seyid belə cavab verir: “Sənin və sənin oğlanlarının qarşısında örtüyə riayət etməlidir. Sənin və sənin oğullarının ona hicabsız bir şəkildə baxmağınız haramdır. Lakin ortada məhrəmliyə səbəb olan süd vermənin olması istisnadır”[3].

“Milli Görüş” jurnalı № 2 (3)

Mütərcim: XƏYYAM QURBANZADƏ

[1] “Əhzab”, 4

[2] “Əhzab”, 5

[3] “əl-Məsailul-Fiqhiyyə”, s. 475-476

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma