ƏDALƏTİN BİTDİYİ YERDƏ KAPİTALİZM BAŞLAYAR

Zehranın yazısıAmerikada harın və hakim siniflərə qarşı etiraz mitinqi keçirən işsiz və yoxsul insanlar bir dəfə belə bir maraqlı plakatla çıxış etmişdilər: “Vaxt gələcək aclar yemək üçün varlılardan başqa bir şey tapmayacaqlar!” Təbii ki, Amerikadakı kasıbları Somalidəki aclarla bir tutmaq olmaz və qərb ölkələrindəki yoxsulluq bizim anladığımız və təsəvvür etdiyimiz kasıbçılıqdan çox fərqlidir.

Avropada kasıb adam dedikdə orta səviyyədə yaşayışı olan: maşını və evi, işi-gücü, yayda dincəlmək, qışda soyuqdan qorunma imkanı olan insan başa düşülür. Azərbaycandakı kasıblar isə nəinki bu sadalananlara malik olmayan, hətta  normal su, elektrik, zəngin neft ölkəsinin vətəndaşı olsa da, evində qazla belə təmin olunmayan biçarə insanlardır. Bu səbəbdən də azacıq həyat şəraitini düzəldən, ailəsinin ən minimal ehtiyaclarını ödəyə bilən insanlar cəmiyyətmizdə az qala müqəddəs varlıqlar kimi qəbul olunur və onlara ehtiram göstərilir. İnsanlar pula sitayiş edənə qədər alçaldılıb, əzilə bildiyi qədər əzilib və əzilməkdədir.

Uğursuz sosializmdən sonra qəddar kapitalizm dövrünü yaşayan bu ölkədə insanlıq Allahın ona bəxş etdiyi bütün ali dəyərlərdən asanlıqla vaz keçmiş, içindəki yaxşılıq məhv olub getmişdir. Adından da özünü büruzə verən, “kapital-pul-sərvət” anlayışları ndan başqa cəmiyyətə heç bir dəyər öyrətməyən, mənbəyini sionist imperizlimindən götürən bu mənfur kapitalizm ideologiyası, dinindən, mənəviyyatından, keçmişindən ayrılan bütün ölkələrdə uğur qazandı, geniş şəkildə kök atdı. Əbədi və əzəli düşməni olan İslam dininin hökm sürdüyü heç bir ölkədə kapitalizm ideyaları heç yaxın da gələ bilməz, qərar tutmaz, çünki təməl prinsipi ədalət olan, haqqı nahaqqa verməyən İslam iqtisadiyyatında faizə, renta münasibətlərinə  yer  yoxdur. İşləməyən, həqiqətən də, dişləmir. Bütün bu cür müqayisələr imperialist qüvvələrin nəyə görə İslamdan bu qədər qorxduqlarını anlamağa kömək edir, onların “zaman puldur” çağırışına qarşı “ədalət mülkün təməlidir” prinsipini qoyan bu dinə qarşı hücumlarının səbəbini açıqlayır.

Evlərində saxladıqları itlərin və ya pişiklərin həftəlik yeminə güclə çatacaq qədər minimum əmək haqqı müəyyənləşdirən, başları məişət dərdindən açılmasın deyə insanları bir parça çörək dərdinə məhkum edən belə idarəçilərin axirətə imanı olsaydı, ilahi ədalətin miqyasını mütləq təsəvvür edərdilər. Lakin qəlbləri Quran nurundan məhrum olan bu şəxslərin həyat prinsipi maddi qazanc, bu yolda müəyyənləşdirdikləri metod isə yaltaqlıq və dələduzluqdur. Səcdə etdikləri Avropadan dəqiq və işlək qanunları, sosial müdafiə və sağlam rəqabət prinsiplərini deyil, hərislik, tamah, harınlıq, təkəbbür, insan deyil heyvansevərlik öyrənən “müasir insanlarımız” pul uğrunda qəlblərini belə Şeytana satmağa hazır olan varlıqlar halına gətirilmişdir. Elə bu səbəbdən də “qadın azadlığı” dedikdə çılpaqlaşmağı, cinsi xidmət göstərməyi başa düşən qadınları iqtisadiyyatın bütün sahələrində, xüsusilə reklamlarda istifadə edən, maşın ehtiyat hissələrini belə lüt qadın bədənləri ilə təqdim və reklam edən bu “iş adamları” alın tərinə qiymət verməyi ağıllarından da keçirmirlər. Halbuki İslam tarixinə qısa bir nəzər salsaq, bunun tam əksi olan və tamamilə insanların rifah halının yaxşılaşmasına xidmət edən necə əvəzsiz bir sistemi əldən verdiyimizi anlayarıq. Peyğəmbərimizin (s) zamanında o dövrün zəngin iş adamlarından biri onun yanına gələrək soruşur: “İşçilərimin maaşını necə hesablayım verim ki, miqdarından Allah da razı qalsın, işçilərim də?” Peyğəmbər cavabında deyir: “Özünü o işçilərin yerinə qoy, sənə yetəcəyini düşündüyün qədər də onların əmək haqqını ver”. “Bəs ödənişi nə zaman edim ki, Allah da razı qalsın, işçilərim də?” – sualına Peyğəmbər: “Alınlarının təri qurumadan maaşlarını ödə”, – deyə cavab verir. Bu, İslam iqtisadiyyatının prinsipləri, Allah qanunlarının hökmləridir. Sionizmdən qaynaqlanan kapitalizm sisteminin dəyərlərini, hökmlərini izah etməyə isə ehtiyac yoxdur, küçəyə çıxmaq, insanların davranışını, iş fəaliyyətlərini, insani münasibətlərini azacıq müşahidə etmək, bütün bunları başa düşmək üçün tamamilə kifayət edər.

Zəhra Süleyman-Kıstı  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma