SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

QADININ BƏZƏNMƏSİ

Qadinin bezenmesiSUAL: Qadının başqalarının nəzərini cəlb etməyən qolbaq üzük taxması icazəlidirmi?

CAVAB: “Mömin qadınlara de ki, … zinətlərini izhar etməsinlər (yəni açmasınlar), lakin o zinətlərdən zahir olanı istisnadır. …” (“Nur”, 31) ayəsindən belə başa düşürük ki, bədənin zahiri üzvlərinə (üzə və əllərə – X.Q.) zinət geyinmək icazəlidir. Yəni üzük taxmaq və s. zinətlərdən istifadə etmək icazəlidir. Bir şərtlə ki, bu zinətlər şəhvani hissləri hərəkətə gətirməsin.

SUAL: İslami hicabın həddi nədir?

CAVAB: Hicabın həddi iki xətt üzərindədir: bədənin örtülməsi və açıq-saçıq olub bəzənməmək. Quranda buyurulur: “… İlkin Cahiliyyə dövründəki kimi açıqsaçıq olmayın. …” (“Əhzab”, 33) Bədənin örtülməsi ilə zinətin (bəzəyin) izhar edilməməsini birləşdirmək vacibdir. Bir sözlə, qadın cəmiyyət içinə bir qadın kimi yox, bir insan kimi çıxmalıdır.

SUAL: Qadının evindən çıxarkən üzünə sürmə pomada kimi kosmetik sürtkülər sürtməsi icazəlidirmi? Ərinin onu bundan çəkindirmək üçün ona təzyiq göstərməsi icazəlidir?

CAVAB: Bu işdə qadın əri ilə müxalifət edərsə, ona təzyiq göstərmək icazəlidir, çünki qadının evdən çıxarkən kamil şəkildə makiyajlanması haramdır. Zinətlərini izhar etməsinlər. …” (“Nur”, 31). Əri onu bundan çəkindirməlidir, lakin hikmət və gözəl nəsihətlə.

SUAL: Qadının çölə çıxarkən sürmə çəkməsi icazəlidirmi? Əgər bu onun üçün icazəli olarsa, ərin onu bu işdən çəkindirməyə haqqı vardırmı?

CAVAB: Allah buyurur: “… Zinətlərini izhar etməsinlər. …” Həqiqətən, şəhvani hissləri hərəkətə gətirə biləcək hər bir zinət icazəli deyil və əgər bu onun üçün icazəli olsa, ərinin onu bu işdən çəkindirməyə haqqı yoxdur.

Mütərcim: Xəyyam Qurbanzadə 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma