Archive | Oktyabr 2014

PEYĞƏMBƏRİMİZİN KƏNİZİ – HƏZRƏT MARİYƏ

HƏZRƏT MARİYƏ

PEYĞƏMBƏRİMİZİN KƏNİZİ

10703935_749230965130998_1627343121549656079_nPeyğəmbərimizin indiyə qədər həyat və fəzilətləri barədə verdiyimiz məlumatlarda xanımları ilə yanaşı bir də Mariyə adlı kənizilə bağlı yazılar da var idi. İslamiyyətdə kəniz mövzusu ilə bağlı fikirləri “Xanımlara fitvalar” adlı əsərimizin 52-62-ci səhifələrində geniş şəkildə şərh etdiyimiz üçün burada ancaq Mariyə ilə bağlı qısa bir məlumat vermək istəyirik.

Peyğəmbərimiz hicrətin 7-ci ilində müxtəlif hökmdarları İslam dininə dəvət etmək üçün elçilər göndərmişdi. Hətib ibn Əbibəltaanı da Misir hökmdarı Müqəvqisə göndərmişdi. Müqəvqis Peyğəmbərimizin elçisini çox yaxşı qarşılamış, lakin səltənətinin əlindən çıxmasından qorxduğu üçün müsəlmanlığı qəbul etməmişdi. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT MƏYMUNƏ

HƏZRƏT  MƏYMUNƏ

PEYĞƏMBƏRİMİZİN SONUNCU HƏYAT YOLDAŞI

265058_127746327307376_897337_nHz. Məymunənin əsl adı Bərrə idi. Bacılarından Ümmülfəzl Peyğəmbərimizin əmisi Hz. Abbas ilə, digər bacısı Əsma isə Peyğəmbərimizin əmisi Əbutalibin oğlu Hz. Cəfər ilə evli idi. Rəsulullah bu üç bacıya “Möminə bacılar” ismini vermişdi.

Həzrət Məymunənin əri vəfat etdi və o, dul qaldı. Həzrət Abbas onun Peyğəmbərimizlə evlənməsini çox arzu edirdi. Buna görə də Rəsulullahı hər dəfə görəndə Məymunəni ona tərifləyər, onun yüksək əxlaq və fəzilətlərindən bəhs edərdi.

Peyğəmbərimiz ümrə üçün Məkkəyə gedirdi. Cuhfə mövqeyində istirahət üçün fasilə veriləndə Həzrət Abbas onun yanına gəldi və Peyğəmbərimizdən Həzrət Məymunə ilə evlənməsini istədi. O, belə dedi: “Ya Rəsuləllah, Məymunə bint Haris dul qaldı. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT SAFİYYƏ

HƏZRƏT SAFİYYƏ

ALLAH VƏ RƏSULUNU QÖVMÜNƏ TƏRCİH ETDİ

10417736_794374677252853_1989878147406505379_nXeybərin fəthində əsir alınanların arasında əsl adı Zeynəb olan Həzrət Safiyyə də var idi. Hz. Safiyyə yəhudi qəbilələrindən olan Bəni-Nadirin rəisi Hüyəy ibn Əhtəbin qızı idi. Hz. Harunun nəslindəndir. Xeybər yəhudilərinin rəislərindən olan Rəbi ibn Hukaykın oğlu Kinanə ilə evli idi. Əri Xeybər müharibəsində öldürülmüşdü.

Mücahidlər Mədinəyə qayıdarkən Peyğəmbərimiz Hz. Bilala Safiyyəni gətirməyi də tapşırdı. Bilal Peyğəmbərimizin istəyini yerinə yetirdi. Peyğəmbər (s) Safiyyə gələndən sonra İslamı ona başa saldı və belə bir təklif etdi: “Əgər müsəlman olsan, səninlə evlənəcəyəm. Yox, əgər dinində qalmağı seçsən, səni sərbəst buraxacağam. Beləcə, qövmünün yanına dönə biləcəksən”. Oxumağa davam et