Archive | Noyabr 2014

TANINMAYAN MƏZLUMLAR

Malala-YousafzaiMalala Yusifzay, 16 yaşlı Pakistan vətəndaşı, qadın haqları aktivisti, elm və təhsil hüququnun amansız müdafiəçisi və ən başlıcası – dünya və qərb mediasının sevimlisi, “islamçı terroristlərə mətanətlə sinə gərən qəhrəman müsəlman övladı”, hər kəsin tanıdığı və hər kəsə tanıtdırılan, qüdrətli medianın hər zaman diqqət mərkəzində olan bir qızdır. Və siyahını bir az da uzada bilərik: Pakistanın Milli Sülh mükafatı, Amnesty İnternational Beynəlxalq İnsan Haqları Təşkilatının mükafatı, “Britaniyanın Fəxri” mükafatı, Saxarov və Anna Politkovskaya mükafatları laureatıdır. Oxumağa davam et

AŞURA VƏ BİDƏTLƏR

bidatAllah-Taala bəşəriyyətə sonuncu Peyğəmbər Həzrət Mühəmməd (s)-i göndərmiş və Öz dininin qanunlarını onun vasitəsilə insanlara bəyan etmişdir. İslam dininin bütün qanunları bəşərin cəhalətdən çıxmasına və inkişaf edərək kamil bir cəmiyyətə çevrilməsinə xidmət edir. Allaha iman gətirib və müsəlman olduğunu iddia edən hər bir kəs bu dinin qanunlarına tabe olmalı və onun ziddinə olan hər hansı adət və ənənələrdən uzaq olmalıdır. Ona görə də hər bir müsəlman öz dininin vacib əməllərini tanımalı, hansı işlərin onun dindən çıxmasına səbəb olacağını öyrənib bilməlidir. Oxumağa davam et

İMAM HÜSEYNİN HƏYATINDA İLAHİ EŞQ VƏ ƏXLAQ

cennetTarixə qanla yazılmış “Aşura” hadisəsi bu hadisənin yaranmasında öz qəhrəmanlığı ilə tanınan Həzrət Hüseyn (ə)-ı bir mübariz insan kimi yaddaşlara həkk etdi. Hətta Həzrət Hüseyn (ə) insanların nəzərində o qədər mübariz və mücahid kimi tanındı ki, digər üstün xüsusiyyətlər və əxlaqi keyfiyyətlər yaddan çıxdı. Lakin İmamın digər əxlaqi xüsusiyyətləri, haqqı tanımaqda aydın düşüncəyə malik olan elm əhlinin yaddaşlarından silinib getmədi, əksinə bu xüsusiyyət və eşqin sahibinin bu şəkildə acınacaqlı ölüm və dəfni onların düşmənlərinə nifrət hissini daha da gücləndirdi.   Oxumağa davam et