SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ

imanSUAL: Qadın nikah kəsilərkən həyatın (yəni ailənin) himayəsinin onun ixtiyarında olmasını şərt edə bilər? Əgər şərt kəsilərsə, kişi bu şərtə riayət etməsə, yaxud o şərti batil (keçərsiz) bilsə, izdivac (nikah) əqdi batildirmi?

CAVAB: Bu şərt iki şəkildə icra edilə bilər. Birinci­si budur ki, ailənin himayə olunmasının arvadın əlində olacağını şərt edirlər. Bu şərt batildir, çünki Allah-Taala həyatın himayə olunmasını kişiyə tapşırmışdır. Həyatın himayə olunmasını arvadın ixtiyarına verməyi şərt etmək Quranın hökmünə müxalifdir. Quranın hökmünə müxalif olan hər bir şərt də batil və dəyərsizdir.

Bu qərardadın yerinə yetirilməsinin digər bir forması da budur ki, qadının əri tərəfindən talaq verməkdə vəkil olduğunu şərt edirlər. Yəni eynən hər bir başqa vəkilin qadının əri tərəfindən ona talaq verə bilməsi kimi. Əgər bu vəkalət (yəni qadının əri tərəfindən vəkil olması) bir şərtə bağlı olarsa, (Məsələn, qızın “İstədiyim vaxt öz talağımı verməkdə sənin tərəfindən vəkil olmağım şərti ilə filan qədər mehr müqabilində özümü sənə arvad etdim!” və oğlanın da “Qəbul etdim!” deməsi şərtə bağlı olan vəkalət mənasını verir) bu halda icra edilməsi lazım olan bir vəkalət olur. Belə ki, kişi onu bu vəkalətdən azad edə bilməz.

Əgər bu şərtdə güman edilən şərtlər həqiqət taparsa, qadın özü özünə talaq verə bilər. Əgər talaq, rici talaq (ərin xüsusi bir keyfiyyətlə, qadın iddə müddətində olduqda, yeni əqdə ehtiyac olmadan öz arvadına qayıda biləcəyi talaq növünə rici talaq deyilir) olarsa, kişi (iddə müddəti daxilində) arvadına qayıda bilər və onun (yəni kişinin) qayıdışından sonra qadının ikinci dəfə bu şərtdən istifadə etməyə haqqı yoxdur, çünki bu haqq bir dəfə istifadə edilməklə qüvvədən düşür. Lakin talağın xül talağı olması şərt qoyularsa, bu istisnadır.

(Xül talağı bir halda olur ki, qadın ərinə nifrət etdiyinə görə həyatı onunla yaşamaq fikrindən dönür. Belə olduqda əri ona talaq verməzsə, günahkardır. Bu vaxt qadın öz məhrini, yaxud məhrindən artıq miqdarı ərinə bağışlayır ki, əri ona talaq verməyə razı olsun).

SUAL: Quranda zikr olunan xəlvət saatları (övrət vaxtları) hansı vaxtlardır və bu vaxtlarda övladlar hansı qaydalara riayət etməlidirlər?

CAVAB: Quran-kərim ərəb-şərq mühitində kişilərin ar­vad­ları ilə xəlvətə çəkildikləri saatlar haqqında danı­şır. Ərəb məntəqələrində, xüsusilə isti torpaqlarda camaatın belə bir adəti vardır ki, yuxunun bir hissəsini zöhrdən (günortadan) sonraya salırlar. Bu hökmün də əsası budur ki, uşaqlar, ata-anaları xəlvətə çəkildikləri vaxt icazəsiz onların otaqlarına daxil olmasınlar. Əlbəttə, bu əmr bu vaxtlara məxsus deyil və o vaxtların müəyyən bir hökmü də yoxdur, bəlkə, bu ürfi-ictimai hökmlərdən hesab olunur.

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma