YENİ İL ŞƏNLİYİ

YENİ İL ŞƏNLİYİNİN BİZİM DİNİMİZ VƏ

MƏDƏNİYYƏTİMİZ İLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR

скачанные файлыŞəriətin əzildiyi və yaşanmadığı bir ölkədə yaşayırıq. Əcnəbilər bizə aid olan bütün dəyərləri əlimizdən almış və buna qarşılıq ölkəmizə özlərinin əxlaqsız mədəniyyətini gətirmişlər. Bu arada bayramlarımız da onların təcavüzünə məruz qalmış, dini bayramlar unudulmuş, ya da qara bayramlar olaraq qeyd edilməyə başlamışdır. O qədər dəyişmişik ki, artıq onların bayramlarını onlardan daha təntənəli və şən keçiririk. Fitr və Qurban bayramlarının təqvimdə hansı günə təsadüf etdiyini bilmədiyimiz halda, Yeni il bayramına bir ay qabaqcadan çox gözəl şəkildə hazırlaşır, Yeni il gecəsi səhərə qədər yeyib-içir və bununla belə yenə də ağızdolusu İslamiyyətdən və müsəlmançılıqdan danışırıq. Artıq həyatımızda İslamdan heç bir əsər-əlamət görünmür. İslamdan uzaqlaşmaqla özündən uzaqlaşan, torpaqları kafirin işğalı altında qaldığı bir halda, kafirin bayramını sevə-sevə, təntənə ilə qeyd edən bir millətin qiyamətdə Həzrət Mühəmmədin (s) üzünə necə baxacağı, açığı bizi çox düşündürür. Buna görə də Yeni il bayramı haqqında zaman-zaman bizə verilən suala burada cavab tapmağa çalışacağıq:

SUAL: Yeni il şənliklərini necə dəyərləndirirsiniz? Bu şənliklərin bizim dəyərlərimizlə, mədəniyyətimiz etiqadımızla hər hansı bir əlaqəsi vardırmı?

CAVAB: Suallarımızın cavabına keçməzdən əvvəl Həzrət İsanın doğum günü deyə tanınan Noel bayramı haqqında ensiklopediyalardan bəzi məlumatları verməyin, məncə, böyük əhəmiyyəti vardır:

1. İsa əleyhissəlamın doğum günü haqqında konkret məlumat yoxdur. Onun nə vaxt doğulduğu məlum deyil. III əsr xristian xronoqrafları, dünyanın 25 mart günü yaradıldığını ehtimal etmiş və İsa (ə)-ın da həmin gündə doğulub, öldüyü fikrini irəli sürmüşlər. İsa əleyhissəlamın doğum günü ilk dəfə b.e. 336-cı ilində qeyd edilmişdir. Əsasən, qışın gəlişini qeyd etmə adətləri, müxtəlif Asiya və Avropa bütpərəst millətlərində vardı. Bizans imperatoru Konstantin 312-ci ildə xristian olmamışdan əvvəl bütpərəstlərdəki qışın gəlişinin qeyd edilməsini mənimsəmişdi. Xristian olduqdan sonra bu şənliyi xristianlığa keçirdi.

Kilsə kainatın nuru qəbul etdiyi İsanın doğum gününü dekabr ayının 25-nə təyin etməklə, bütpərəstlərdəki qışı qarşılama şənliyinə xristian məzmunu vermək, beləcə bütpərəst adətini xristianlığa çəkmək istəmişdir.

Doğum gününün qeyd edilməsi, əvvəl yalnız qərb kilsələrində yayıldı. Bunu ən son qəbul edən kilsə də Yepiskop Juvinalın (424-458) idarəsindəki Qüds kilsəsi olmuş, İsanın Tanrı və insan təbiətini əks etdirən bir hadisənin ortaya çıxması olaraq bu gün qeyd edilməyə başlamışdır.

Qərb xristianlığı İsanın doğum günü olaraq 25 dekabrı qeyd etdikləri halda, şərq xristianlığı 6 yanvarı seçmişdilər. Lakin Müqəddəs Lounis Krisostomos və Müqəddəs Qreqorisin təsiri ilə şərq xristianları da şənliyi 25 dekabra qeyd etdilər.

2. Noel baba: Dəmrəli Nikola, yaxud Santa Klaus adı ilə tanınan Müqəddəs Nikolanın şəxsiyyəti haqqında heç bir məlumat yoxdur. Cənub-qərbi Anadolu sahilində yerləşən Patarada doğulduğu, gənc yaşında Fələstinə, Misirə getdiyi, cənub-qərbi Anadoluya qayıdıb, Dəmrə yepiskopu olduğu, xristianların təzyiq və işgəncə altında tutulduğu İmperator Dioletian zamanında həbs edildiyi, xristian olan İmperator Konstantin zamanında sərbəst buraxılıb, İznik Konsilində iştirak etdiyi barədə rəvayətlər söylənilir.

Haqqında bir çox möcüzə uydurulub, əfsanələşdirilən bu şəxs ilk dəfə XVII əsrdə Almaniyada Noel şənliyinə qarışdırılmış və sonra dünya xristianlığına yayılmışdır.

Qarla örtülü, qırmızı başlıqlı paltosu və uzun ağ saqqalı ilə təmsil edilən – halbuki yaşadığı yerlərdə qar var, qırmızı papaq. Avropalılar onu öz mühitlərində yaşayan bir insan olaraq düşünmüşlər. Necə ki Həzrət İsanı da yaşılgözlü, sarıyanız bir avropalı olaraq düşünmüş şəklini çəkmişlər. – Noel babanın Yeni il gecəsi uşaqlara hədiyyələr gətirib, onların ocaq qarşısına düzülən ayaqqabılarının içinə qoyduğu uşaqlara təlqin edilir. Yaramazlıq edən uşaqlara da hədiyyə yerinə dostu olan Qırmancçı Babanın dəyənəklərini verəcəyi danışılır. Əslində hədiyyələri valideynlər alarlar. Uşaqlar səhər tezdən oyandıqda valideynlərinin onlar yatarkən ayaqqabılarına yerləşdirdikləri hədiyyələri görüb sevinərlər. Bunların haradan gəldiyini soruşarlar. Valideynlər bunları Noel babanın gətirdiyini deyərlər. Amma yaramazlıq edən uşaqlar Qırmancçı babanın dəyənəyini taparlar. Uşaqlar, doğrudan da, elə zənn edərlər ki, bu hədiyyələri Noel baba (Şaxta baba) gətirib. Beləcə uşaq körpə yaşında yalan bir etiqadla tərbiyə olunar.

Bu açıqlamadan sonra sualın cavabına gələk: Deyilənlərdən belə nəticə çıxır ki, biz siyasi mənada ictimai müəssisələri ilə bir İslam cəmiyyəti təsis etmək istəyiriksə, başqa mədəniyyətlərdən bizə keçən bir bayram gününü qeyd etməməliyik. İlk baxışda bunun çox böyük bir qorxusu olmadığı düşünülə bilər. Amma biz bunu qorxulu görməli keçmişin izlərinin, xatirələrinin, bayramlarının, etiqadlarının ənənələrinin İslam cəmiyyətini korlamasına icazə verməməliyik. Öz bayramlarımızı (Fitr (Ramazan) və Qurban bayramlarını) təntənə ilə keçirməliyik.

İslamda bayramın mənası, həqiqətən, fərqlidir. Diqqət etsəniz, istər Noel olsun, istərsə də başqa şənliklər olsun xristianlıqdakı və digər dinlərdəki bayramlar İslamdakı bayram anlayışlarına nisbətdə fərqlidir.

Xristianlarda Yeni il və Noel şənliklərində daha çox içə qapalı bir paylaşma vardır, yəni əyləncə ailə və yaxın dostlar arasında, dar anlamda keçirilir.

Buna qarşılıq İslamda bayram ibadətlə başlayır. Müsəlmanın bayram günü ilk gördüyü iş ibadətdir, yəni gedib camaatla Allah qarşısında namaz qılır. İbadətdən sonra: “Madam ki, biz bir Allahın quluyuq və Allahın qulluğunu yaşamaqla fikir, etiqad və davranış birliyi içində olan insanlarıq, o halda biz qohumuq, qardaşıq. Qardaş qardaşın ehtiyacına biganə qala bilməz. Elə isə nemətləri arxadaşlıq, dostluq və qohumluq münasibətləri içərisində yox, bu mənəvi qohumluq münasibətləri içində bölüşək”, – deyir. Və işə yoxsuldan başlayır, yəni insanların bir-biri ilə görüşməsi, danışması, qəlbini alması, dərdləri ilə məşğul olması və problemlərdən xəbərdar olması mənasında ziyarətlər başlayır. Bizdə bayram belə cərəyan etməlidir. Qərbdə və indi bizdə sözdə müsəlman olan müşriklər arasında da Yeni il və Noel şənliyində şənliyin səbəbi başqa, icrası isə fərqlidir. Şənliklər israf və səfalətlə başlayar, günahla davam edib, baş ağrısı ilə tamamlanar, çünki gecə sərxoş yatılmışdır. Bizdə isə sevinc və nəşə ümumi şəkildə davam edir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Yeni il və Noel şənliklərinin bizim mədəniyyətimiz, etiqadımız və ənənələrimizlə heç bir əlaqəsi yoxdur.

“FİTRƏT” jurnalı 1 (6) – 2006

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma