SÜNİ MAYALANDIRMANIN İSLAMİ BAXIMDAN DƏYƏRLƏNDİRİLMƏSİ

g-hlt-080721-IVF-lousie-brown-11a.grid-6x2Dünyada hər gün milyonlarla uşaq doğulur. Bu vəziyyət heç kimin diqqətini özünə çəkmir, lakin 1978-ci il 25 iyunda dünyaya gələn Luiza Braun bütün diqqətləri özünə doğru çəkdi və kütləvi informasiya vasitələri günlərlə bu xəbərlərlə çalxalandı. … Nədir bu süni mayalandırma (yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması)? Belə bir hadisədən nə gözləmək olar? Tətbiq edildikdə insanlığın xeyiri üçün nə gətirəcək və ya ictimai həyata hansı yöndən təsir edəcəkdir? Zənn edildiyi kimi həmişə xeyirli nəticələr verəcək? Qeyri-qanuni təşkilatların əlində və qeyri-qanuni şəraitlərdə də istifadə edildikdə bu texnika cəmiyyətə hansı zərərləri vuracaq? … Bunlar bütün cəmiyyətlər üçün ağıla gələn suallardan sadəcə bir neçəsidir. Hər şeydən əvvəl, bu süni mayalandırma hadisəsinə yenidən bir nəzər salaq. Nə olub-olmadığını daha doğru məlumatlarla təkrarən gözdən keçirək. Sonra isə bu məsələ ilə əlaqədar verilən sualları Seyid Mühəmmədhüseyn Fəzlullahın necə cavablandırdığına diqqət yetirək.

Patrick_SteptoeBilindiyi kimi, süni mayalandırma nəticəsində dünyaya gələn ilk uşaq 1978-ci il təvəllüdlü Luiza Braun olmuşdur. Bu işə təşəbbüs göstərən Doktor Patrik Stento 10 noyabr 1977-ci ildə ana Lesli Braundan götürdüyü yumurta ilə əri Con Braundan götürdüyü sperma hüceyrələrini 12 noyabr 1977-ci ildə fizioloq Robert Edvardsın da yardımı ilə başqa bir şəraitdə mayalandırdıqdan sonra təkrarən ana Lesli Braunun rəhiminə yerləşdirmiş, bu süni mayalandırmadan sonra 25 iyun 1978-ci ildə dünyaya gələn və “sınaq şüşəsi uşağı” deyə adlandırılan Luiza Braun doğulmuşdu.

Mütəxəssislərin verdiyi məlumata görə orqanizmdən kənar mayalandırma hadisəsi əsasən dörd mərhələdə həyata keçirilir. Birinci mərhələdə qadının birdən çox yumurta istehsal etməsi təmin edilir (hormonal müalicə və ya stimulyasiya). Orqanizmdən kənar mayalandırma (İVF) tətbiq olunan qadına əvvəl mayalanma dərmanları verilir. Verilən dərmanlar nəticəsində qadının birdən beş-altı yumurta verməsi təmin edilir. İkinci mərhələdə qadının istehsal etdiyi yumurtalar təxminən 45 dəqiqə davam edən və laparoskopiya deyilən bir əməliyyatla döl yatağından götürülür. Üçüncü mərhələdə laboratoriyalarda istifadə olunan və petri kasası deyilən şüşə qabların içinə mayalanmanı asanlaşdıran maye, sperma və bir də yumurta qoyulur. Dördüncü mərhələdə xüsusi qabın içində döllənmiş yumurta iki gün içində böyüməyə və bölünməyə başlayır. Daha sonra ziqota (dişi və erkək hüceyrələrindən mayalanmış yumurta) xüsusi bir alətlə alınaraq analığa namizəd qadının rəhiminə yerləşdirilir. Rəhimə yerləşdirilən ziqota rəhimə yapışdıqda iş nəticəyə çatmış olur.

Burada deyilən tətbiqat normal olaraq yumurtası və sperması olan, lakin müxtəlif səbəblərə görə normal şəraitdə mayalanma hadisəsi baş verməyən və ümumiyyətlə, uşaq sahibi ola bilməyən evli cütlərdə müalicə metodu olaraq tətbiq olunan bir mayalandırmadır. Bundan başqa yumurtalığı olmayan və ya hər hansı bir hadisə nəticəsində yumurtalama xüsusiyyətini itirmiş qadınlar və sağlam spermaya sahib ola bilməyən kişilər üçün vəziyyət fərqlidir. Bu cür vəziyyətlərdə sperma və yumurta nəqli həyata keçirilir. Ərin spermaları sağlam yumurtası olan bir qadının rəhiminə qoyulur. Döllənmiş yumurta daha sonra “kirayə ana”nın döl yatağından götürülərək qısır qadının rəhiminə yerləşdirilir. Beləcə yumurtası olmayan qadın da öz rəhimində uşaq sahibi olma imkanını qazanır.

Hələ də tətbiq edilən süni mayalandırmanın başqa bir forması da sağlam spermaya sahib olmayan ərlə evli olan bir cütlüyün, sperma banklarına müraciət edib sperma transplantasiyası yolu ilə övlad sahibi olmaqdır.

Heç bir zəhmət çəkmədən övlad sahibi olmaq istəyən cütlüklərin İVF (“Orqanizmdən kənar mayalandırma”) tibb mərkəzlərinə müraciət etməklə övlad sahibi olmalarına gəlincə İVF tibb mərkəzi müraciət edən cütlüyün istəklərini dəyərləndirərək sperma, yumurta və rəhimini kirayəyə verən ana (daşıyıcı ana, surroqat (saxta ana)) təmin etməklə istəklərə müsbət cavab vermə yoluna gedir. Belə bir metodda lazım gələrsə, sperma verən kişi, yumurta verən qadın və surroqat ana bir-birini heç tanımayan şəxslər də ola bilərlər. Əsasən sperma sahibinin gizli saxlanması, bu texnikada əsasdır. Lakin istəyən şəxsə sperma verən şəxsin xüsusi fiziki xüsusiyyətləri haqqında məlumat verilə bilər. Bu texnikadan istifadə edərkən məqsəd pul müqabilində və zəhmətsiz olaraq övlad sahibi olmaqdan başqa bir şey deyildir.

Belə görünür ki, rəhim kanallarının tıxanıq olmasına görə qısır qaldığı zənn edilən Lesli Braunun müalicə olunması məqsədilə başlanıb inkişaf etdirilən “sınaq şüşəsi uşağı” texnikası, başlanğıcındakı məqsədində qalmayıb daha da inkişaf etdirilərək başqa məqsədlər üçün istifadə edilməkdədir. Bəlkə də, bununla da kifayətlənilməyəcək başqa məqsədlər üçün də istifadə ediləcək? Bu açıqlamadan başa düşülür ki, bir cütlüyün övlad sahibi ola bilməsi üçün şəri ölçülərə diqqət edilmədən elm və texnikanın bütün imkanlarından istifadə edilir.

Mövzuya İslam dini baxımından yanaşsaq, görərik ki, İslam dinində belə bir özbaşınalıq yoxdur, çünki İslam etiqadına görə uşaq sahibi olmaq və ya bundan məhrum qalmaq (qısırlıq), qız uşağının olması, oğlan uşağının heç olmaması, oğlan uşağının olub qız uşağının olmaması… Allahın istəməsinə bağlıdır. Allah “Şura” surəsinin 49-cu və 50-ci ayələrində “Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradar, istədiyinə ancaq qız, istədiyini də ancaq oğlan verər. Yaxud hər iksindən – həm oğlan, həm də qız verər, istədiyini də sonsuz edər. O Biləndir, Qadirdir!” – buyurmuş, övlad sahibi olub-olmamağı, qız uşağı, yaxud oğlan uşağı olmağı, yaxud bir bətndə əkizlərin meydana gəlməsinin Öz izni ilə olduğunu açıq şəkildə bəyan etmişdir.

İndi isə bu işin şəri hökmlərini öyrənmək üçün dini rəhbər Seyid Fəzlullahın fikirlərinə əsasən Hüseyn Ubeyd tərəfindən qələmə alınmış “SÜNİ MAYALANDIRMA: PROBLEMLƏR VƏ MANEƏLƏR” adlı məqaləsini sizə təqdim edirik. Ümüd edirik ki, həmin məqalənin oxunması bu işin şəri hökmlərinin ətraflı surətdə öyrənilməsində sizin üçün çox faydalı olacaqdır.

HAZIRLADI: XƏYYAM QURBANZADƏ

“Milli Görüş” jurnalı № 3 (4)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma