XIX əsrin ikinci yarısından etibarən Osmanlı Dövlətinin dünyada az rast gəlinən tolerant idarəçiliyində dinlərini, dillərini və mədəniyyətlərini heç bir təzyiqə məruz qalmadan saxlayan və çox rahat yaşayan, əksəriyyəti ticarət və sənətkarlıqla məşğul olaraq varlanan ermənilər artıq bununla kifayətlənmirdilər. Şərqi Anadolu və Cənubi Qafqazda geniş əraziləri əhatə edən müstəqil bir “Böyük Ermənistan” qurmaq üçün fəaliyyətə keçdilər. Bu işdə Rusiya, İngiltərə və Fransa kimi dövlətlər ermənilərdən Osmanlı Dövlətinin daxili işlərinə müdaxilə etmək üçün istifadə edərək onlara dəstək verirdilər. Oxumağa davam et
Archive | Mart 2015
QİNA (MAHNI) VƏ MUSİQİ HALAL İLƏ HARAM ARASINDA
SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR
QİNA (MAHNI) VƏ MUSİQİ HALAL İLƏ HARAM ARASINDA
Bu günlərdə müxtəlif növ musiqilər və ifalar çoxalmışdır. Bunları müxtəlif radio və televiziya kanalları vasitəsilə dinləyirik. Hətta bir çox reklamlar dinləyicilərə daha çox təsir etsin deyə musiqi və mahnı ilə verilməkdədir. Bu baxımdan da musiqi və mahnının şəri hökmü ətrafında daim suallar ortaya çıxır. O, halaldır, yoxsa haramdır? Musiqinin, o cümlədən klassik, ürfani və dini nəğmələrin hökmü nədir? Oxumağa davam et
BÜRCLƏRİN OXUNMASI … ŞƏRİ VƏ İCTİMAİ İZLƏR
SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR
BÜRCLƏRİN OXUNMASI … ŞƏRİ VƏ İCTİMAİ İZLƏR
Müxtəlif informasiya vasitələrində insanların oxuması üçün qısa şəkildə bürclər haqqında məlumatlar verilir. Həm də bu məlumatlar quru ota düşmüş alov kimi sürətlə yayılır. Evdar qadınlar, iş yerlərində olan məmurlar, bir sözlə, böyüklü-kiçikli hər kəs öz bürcünü oxuyur, gələcəyini bilmək istəyir. Beləcə hər kəs bürclər üzərində hekayələr yaradır, xəyallar qurur. Baş verən hadisələri gündəlik olaraq kütləvi informasiyalardan bürclərimiz haqqında eşitdiklərimizlə tutuşdurur və ondan məna çıxarmağa çalışırıq. Oxumağa davam et
BƏYANAT
2015-ci il martın 20-də dünyada son 16 ildə müşahidə olunmayan Günəş tutulması olacaq. Bu hadisəni Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq. Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatmaqla 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Oxumağa davam et
DƏNİZ MƏHSULLARI VƏ ŞƏRİ RƏY
SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR
DƏNİZ MƏHSULLARI VƏ ŞƏRİ RƏY
Çoxları bəzi balıqların, yaxud ümumən dəniz məhsullarının, yaxud onlardan çaylarda yaşayanların yeyilməsinin şəri hökmü haqqında soruşurlar. Bir çox fəqihlərdən bu məsələlər haqqında soruşulmuş və onların bu barədə xüsusi fikirləri olmuşdur. Nəzərə alsaq ki, mövzu insanların gündəlik məsələsidir, yəni yeməklə bağlıdır, bu zaman mövzunu işıqlandırmaq və şəri hökmlər haqqında tanışlıq əldə etmək daha zəruri hesab olunur. Oxumağa davam et
ÖVLADLIĞA GÖTÜRMƏYİN ŞƏRİ HÖKMÜ
SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR
ÖVLADLIĞA GÖTÜRMƏYİN ŞƏRİ HÖKMÜ
İslam dini nəsəb (nəsil, əcdad silsiləsi) mövzusu ilə geniş maraqlanmışdır, çünki onun miras, nəfəqələr (yaşamaq üçün lazım olan pul və ya şey), qohumluq və bunlardan başqa aid olan hərtərəfli müfəssəl məsələlər kimi şəri nəticələri vardır. Müasir dövrdə də övladı olmayan insanların övladlıq götürmələri barədə çox eşidirik. Bununla bağlı başqa məsələlər də vardır ki, bu barədə şəriətin rəyini bilmək maraqlı və vacibdir. Oxumağa davam et
8 MART HAQQINDA
8 MARTIN DİNİMİZLƏ VƏ MİLLİ MƏDƏNİYYƏTİMİZLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR
Hələ məktəb yaşlarından il boyu bir ənənə olaraq bir çox bayramları, o cümlədən 8 Martı sevinclə gözləyər, Qadınlar günü kimi qeyd edərdik. Uzaqda yaşayan, təbrik edə bilmədiyimiz qohum-əqrəbamızdakı qadınlara açıqça göndərərək təbrik etməyi özümüzə borc bilərdik. Bu bayramın mahiyyəti və tarixi bizi o qədər də maraqlandırmazdı. Hamı deyirsə, bayramdır, deməli, bayramdır. Təbrikləşmək, masa açmaq və sevinmək lazımdır. Oxumağa davam et