ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ

QADININ ERINE XIDMETISUAL: Qadın nikah kəsilərkən həyatın (yəni ailənin) himayəsinin onun ixtiyarında olmasını şərt edə bilər? Əgər şərt kəsilərsə, kişi bu şərtə riayət etməsə, yaxud o şərti batil (keçərsiz) bilsə, izdivac (nikah) əqdi batildirmi?

CAVAB: Bu şərt iki şəkildə icra edilə bilər. Birincisi budur ki, ailənin himayə olunmasının arvadın əlində olacağını şərt edirlər. Bu şərt batildir, çünki Allah-Taala həyatın himayə olunmasını kişiyə tapşırmışdır. Həyatın himayə olunmasını arvadın ixtiyarına verməyi şərt etmək Quranın hökmünə müxalifdir. Quranın hökmünə müxalif olan hər bir şərt də batil və dəyərsizdir.

Bu qərardadın yerinə yetirilməsinin digər bir forması da budur ki, qadının əri tərəfindən talaq verməkdə vəkil olduğunu şərt edirlər. Yəni eynən hər bir başqa vəkilin qadının əri tərəfindən ona talaq verə bilməsi kimi. Əgər bu vəkalət (yəni qadının əri tərəfindən vəkil olması) bir şərtə bağlı olarsa, (Məsələn, qızın “İstədiyim vaxt öz talağımı verməkdə sənin tərəfindən vəkil olmağım şərti ilə filan qədər mehr müqabilində özümü sənə arvad etdim!” və oğlanın da “Qəbul etdim!” deməsi şərtə bağlı olan vəkalət mənasını verir) bu halda icra edilməsi lazım olan bir vəkalət olur. Belə ki, kişi onu bu vəkalətdən azad edə bilməz.

Əgər bu şərtdə güman edilən şərtlər həqiqət taparsa, qadın özü özünə talaq verə bilər. Əgər talaq, rici talaq (ərin xüsusi bir keyfiyyətlə, qadın iddə müddətində olduqda, yeni əqdə ehtiyac olmadan öz arvadına qayıda biləcəyi talaq növünə rici talaq deyilir) olarsa, kişi (iddə müddəti daxilində) arvadına qayıda bilər və onun (yəni kişinin) qayıdışından sonra qadının ikinci dəfə bu şərtdən istifadə etməyə haqqı yoxdur, çünki bu haqq bir dəfə istifadə edilməklə qüvvədən düşür. Lakin talağın xül talağı olması şərt qoyularsa, bu istisnadır.

(Xül talağı bir halda olur ki, qadın ərinə nifrət etdiyinə görə həyatı onunla yaşamaq fikrindən dönür. Belə olduqda əri ona talaq verməzsə, günahkardır. Bu vaxt qadın öz mehrini, yaxud mehrindən artıq miqdarı ərinə bağışlayır ki, əri ona talaq verməyə razı olsun).

SUAL: Quranda zikr olunan xəlvət saatları (övrət vaxtları) hansı vaxtlardır və bu vaxtlarda övladlar hansı qaydalara riayət etməlidirlər?

CAVAB: Quran-kərim ərəb-şərq mühitində kişilərin arvadları ilə xəlvətə çəkildikləri saatlar haqqında danışır. Ərəb məntəqələrində, xüsusilə isti torpaqlarda camaatın belə bir adəti vardır ki, yuxunun bir hissəsini zöhrdən (günortadan) sonraya salırlar. Bu hökmün də əsası budur ki, uşaqlar, ata-anaları xəlvətə çəkildikləri vaxt icazəsiz onların otaqlarına daxil olmasınlar. Əlbəttə, bu əmr bu vaxtlara məxsus deyil və o vaxtların müəyyən bir hökmü də yoxdur, bəlkə, bu ürfi-ictimai hökmlərdən hesab olunur.

EVLƏNMƏ ÜMİDİNİ İTİRMİŞ YAŞLI QADINLAR

SUAL: Quranın “Nur” surəsinin 60-cı ayəsində buyurulur: “Evlənmə ümidini itirmiş yaşlı qadınların bir zinətlə özlərini göstərməmək şərti ilə üst paltarlarını çıxarmalarında heç bir günah yoxdur. …” Bu ayənin mənası budur ki, yaşlı qadınların hicablanması vacib deyil?

CAVAB: Zahirən – əlbəttə ki, düzünü Allah bilir – üst paltarların çıxarılması deyildikdə bu başa düşülür ki, geyimdə cavan qadınlara vacib olan diqqət onlara vacib deyil. Zahir budur ki, belə qadınların adətən çox görünən tük və dirsək kimi üzvləri açmaları icazəlidir. Bu məna, ayənin və bu mövzuda nəql olunmuş rəvayətlərin dəlalətinin tələbi ilə başa düşülə bilər.

SUAL: Yaşlı qadınlara əl vermək (onlarla müsafihə etmək) icazəlidirmi?

CAVAB: Naməhrəm qadınlara əl vermək qətiyyən icazəli deyil, istər qoca olsunlar, istərsə də cavan. Bu barədə dəlillər və rəvayətlər vardır. İmamların birindən soruşuldu: “Kişi naməhrəm qadına əl verə bilərmi?” Cavab verdi: “Xeyr! Lakin əlini sıxmadan paltarın üstündən olar”.

QADIN ÜÇÜN ÇOXƏRLİLİK!!!…

SUAL: İslamı ittiham edirlər ki, çoxarvadlılıq mövzusunda kişilə qadın arasında bərabərlik prinsipinə riayət etməmişdir, çünki kişiyə belə bir haqq verdiyi halda, qadını bundan məhrum etmişdir. Bu haqda sizin fikriniz nədir?

CAVAB: Hər şeydən əvvəl hər bir qanunun faktlarını, amillərini və səbəblərini mülahizə etməliyik, çünki qanun açıq-açığına zövqə və münasibətə bağlı deyildir ki, istədiyi hər bir şeyi halal və haram edib, onu qanun kimi qərarlaşdırasan. Əksinə, qanunvericilikdə real vəziyyətə baxmaq lazımdır. Çoxarvadlılıq məsələsinə baxdıqda belə bir sual ortaya çıxır ki, nə üçün çoxarvadlılığa icazə verilib?

Əvvələn cavab budur ki, evlilik həyatının ən həyati – demirik yalnız – yönü olan cinsi yönü öyrəndikdə görürük ki, bəzən kişi cinsi baxımdan bir arvadla kifayətlənə bilmir. Bu işi kişilərin tarixi də isbat edir. Çox olub ki, bir arvadı olan kişilər, eyni halda çoxlu cinsi münasibətlərdə də olublar.

Buna görə də zina tarixdə evlilik əlaqələri ilə çiyin-çiyinə mövcud olub. Hətta bu gün təkarvadlılığı qanuniləşdirən qərb dünyası və onlara tabe olan müsəlmanlar və qeyri-müsəlmanlar bununla belə ailə mühiti xaricində qeyri-şəri əlaqələrin fürsətini qanuni və ya qeyri-qanuni formaya salırlar. Hətta bəzi qərb qanunları, qeyri-qanuni əlaqələrə qanuni bir yön vermiş və onu qanuni rabitələrlə eyni səviyyəyə qaldırmışdır. Baxmayaraq ki, bəzi mövzularda ona üstünlük vermirlər. Bunun mənası budur ki, cinsi əlaqələrdə müxtəliflik və çoxluq insan tarixinin şahidi olduğu bir məsələdir.

İkincisi odur ki, kişinin təhrik olunması (qızışması) qadından daha sürətlidir. Bir çox hallarda kişinin cinsi ehtiyacı qadından daha şiddətli olur, belə ki, bir qadın onun ehtiyacını təmin edə bilmir. Buna görə də bu boşluq – baxmayaraq ki, əksəriyyətə şamil deyil – ciddi şəkildə müalicə olunmalıdır, xüsusilə kişi çoxlu cinsi əlaqələrdə sakitliyə möhtac olduğu hallarda. Buna əsasən evlilik əlaqələrində çoxluq və müxtəliflik məsələsi bu cinsi məsələnin həll olunması üçün seçilmişdir.

Üçüncüsü odur ki, müharibələr qadınlardan daha çox kişiləri məhv edir. Bu bir tarixi həqiqətdir ki, kişilər bu müharibələrin atəşinin odunlarıdırlar. Baxmayaraq ki, bəzi yeni nizamlar özlərinin yeni ordularında qadınlara da müharibə meydanına daxil olmağa icazə verirlər, yenə də qadınların müharibələrdə iştirak etmələri azlıq təşkil edir. Bu iş qadınlarla kişilər arasındakı nisbətin uyğunluğuna təsir edir. Bəs nə etmək lazımdır? Faizi kişilərdən çox olan qadın cəmiyyətini cinsi əlaqələrdən məhrum edək? Yaxud onları sapqınlığa məcbur edək? Bu yol problemi həllə etməkdənsə, onun düyünlərini daha da artıracaq.

Buna əsasən deyə bilərik ki, mənfi təsirlərinə baxmayaraq ikinci və üçüncü evlilik bu baxımdan müsbətdir. Deyilmiş mövzular bir tərəfə qalsın, elə olur ki, kişi özünün sonsuz arvadını çox sevir və onu boşamaq istəmir, lakin eyni zamanda övlad sahibi də olmaq istəyir. İkinci evlilik bu kişi üçün münasib həll yoludur. Başqa məsələlər də vardır ki, burada onları ətraflı surətdə izah etməyə fürsət yoxdur.

Bəzən soruşurlar ki, çoxevlilik nə üçün yalnız kişilərə məxsusdur və qadınların belə bir hüququ yoxdur? Bu məsələni tarixi yöndən araşdırdıqda, günahkar (zinakar) qadınlardan başqa heç bir qadının belə bir istəkdə olduğunu görmürük. Belə günahkar qadınları da bu işə, cinsi ehtiyacdan daha çox şərait və iqtisadi ehtiyaclar vadar edir.

Buna əsasən təbii olaraq qadının tarixi, çoxəlaqəli yox, təkəlaqəli bir tarixdir. Bu barədə belə deyilir ki, qadının təbiəti tək əlaqəyə meyillidir, nəinki çoxtərəfli əlaqəyə. Qadın sevir ki, müəyyən bir cəhətdən bir kişiyə sahib olsun və bir kişi də ona. Qadın öz bədənini iki kişi arasında bölə bilmir. Qadın bədənini yalnız bir kişinin ixtiyarına vermək istəyir.

Bu vaxt, kişinin çoxarvadlılığına icazə verən daha əvvəl zikr etdiyimiz problemlər qadında yoxdur. Qadının cinsi təbiəti də kişinin cinsi təbiəti kimi çoxevliliyə meyilli deyil. Ümumiyyətlə, qadın cinsi təhrik və həyəcanda kişidən daha passivdir və çox halda xüsusi şərtlər istisna olmaqla bir kişi bir qadının cinsi ehtiyaclarını təmin etmək üçün kifayətdir. Çox hallarda ailəvi problemlər də qadının hərəkətsiz və passiv olması səbəbi ilə baş verir. Kişi cəmiyyətinin qadın cəmiyyətindən çox olmasının təsəvvürü də qeyri-real bir təsəvvürdür ki, müharibə və qırğınlar kimi xüsusi şəraitlər və vəziyyətlər və hətta təbii vəziyyətlər bu təsəvvürün qeyri-real olduğuna şahidlik edir.

Bu məqamda yada salınması məsləhət olan başqa bir nöqtə də vardır. O da budur ki, İslam ailə nizamının məsləhətini onun ata təmayüllü olmasında görür. Bu iş təbii yöndən əlavə ictimai yöndən də qəbul edilmişdir. Ailə onun himayəsini öz öhdəsinə götürən bir şəxsə möhtacdır və kişi ailənin məsuliyyətinə təhəmmül edə bilmək üçün daha çox gücə sahibdir.

Kişinin cismi və s. baxımdan güclü olması o qədər mühüm deyil. Məsələ budur ki, qadın hamiləlik, süd vermə və s. istedadları səbəbi ilə himayədarlıq məsuliyyətini yerinə yetirmək üçün bir o qədər iş azadlığına sahib deyil. Onun bu məsuliyyəti öz çiyninə götürməsi övladlarının zərər görməsi ilə nəticələnə bilər.

Ata təmayüllü olan ailə nizamı çoxərliliklə uyğun gəlmir, çünki bu halda övladların soyu məhv olur. Bütün dünya bu məsələni qəbul etmişdir, hətta qərbdə də hüquq və vəzifələrdə kişi ilə qadının bərabər olmasına baxmayaraq, etimadlı nizam ata təmayüllü nizamdır. Buna görədir ki, bəzi naçar və nadir hallar istisna olmaqla, qadın izdivacdan sonra ərinin soy adını qəbul edir və övlad atasının adı ilə çağrılır və onun soy adını götürür. Buna əsasən demək olar ki, dünyada qəbul edilmiş ailə nizamı, ata təmayüllü nizamdır. Patriarx nizam övladın ataya mənsubiyyətinə səbəbiyyət verir və bu arvadın çoxərliliyi ilə mümkün deyil. Hətta əgər təsəvvür olunsa ki, bir çox şərtlər və sərhədlər qoyulsun, əlbəttə bunlar da etimadlı deyil. Məsələn, qadın bir kişidən hamilə qalsa, digər ərləri ilə əlaqədən imtina etsə, əlbəttə ki, belə bir iş təbii deyil.

Qadının ailəni idarə etməsi kişinin idarə etməsindən fərqlənir, çünki kişinin şəxsiyyətində bir çox ünsürlərin varlığı, uşağın şəxsiyyətində zəiflik və bacarıqsızlıq hiss etməni uzaqlaşdırır. Buna görə də görürük ki, ananın yanında tərbiyə olunmuş və yaşamış kişilərlə, atanın himayəsində yaşamış kişilər arasında fərq vardır. İslamın iki yaşından sonra uşağın himayədarlığını kişiyə tapşırmasının biri də elə budur. Bu işdə mənfi nəticələr olmasına baxmayaraq, müsbət yönləri daha çoxdur. Bizim təsəvvürümüz belədir ki, kişinin şəxsiyyət və xilqətində bəzi xüsusiyyətlər vardır ki, ailənin idarə olunmasında onu qadından fərqləndirir. Bütün dünya, hətta mədəni dünya belə qəbul edir ki, qadının rəhbərliyi üçün fürsət olduğu hallarda belə, kişilərin rəhbərliyi onların rəhbərliyindən daha üstün və daha əsasdır.

Təsəvvür edin ki, bir ailədə bir qadın bir neçə kişinin həyat yoldaşıdır. Belə bir ailənin halı və vəziyyəti necə olacaq? Bu ailə heç vaxt sakitlik üzü görməyəcək, çünki kişinin şəxsiyyətindəki xüsusiyyətlər və onun qadınla əlaqə növü bu çoxluğu kişilər arasında müharibə və ixtilaf vəziyyətinə gətirəcəkdir. Bir halda ki, tarixi şərait və ya bir kişinin arvadlarının yaşadıqları şəxsiyyət ünsürləri evi hərb və ixtilaf meydanına çevirmir. Bəli, bəzən çoxarvadlılıqda da bir çox problemlər ortaya çıxır, lakin çoxərlilikdə həyati mühit müharibə meydanına çevriləcək və heç vaxt sakitlik üzü görməyəcək.

Bu ixtilafı bəzən bir neçə kişinin rəqabətlə bir qadına nisbətdə olan rəğbətində də görürük ki, təmas xəttində bəzən rəqiblər arasında hərb halı ilə nəticələnir.

Tarix patriarx nizamı adında pərakəndə halda tarixdə tapılmış bir şeylə tanışdır, lakin bu mərhələnin təfərrüatını və xüsusilə, bu mərhələdə kişi-qadın münasibətlərinin keyfiyyətini tam əldə edə bilməmişik. Belə ki, bu nizam müəyyən bir məntəqədə və tarixin bir mərhələsində olmuşdur. Tarix boyu cari olan nizam ata təmayüllü nizam olmuşdur.

“FİTRƏT” JURNALI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma