Archive | İyun 2015

ÜZGÜÇÜLÜK, BAŞI BÜTÜNLÜKLƏ SUYA BATIRMAQ … VƏ ORUC

üzgüçülükYay fəslində insanlar üzgüçülüyə meyil edir və bir çox su idmanları ilə məşğul olurlar. Üzgüçülük, dalğıclıq və s. bu idman növlərindəndir. Bəzi insanlar isə mübarək ramazan ayında üzgüçülükdən dərs deyirlər. …

Üzgüçülük mövsümü bu müqəddəs aya təvafüq etdiyi üçün üzgüçülüklə oruc tutmağın hökmü haqqında soruşurlar; bu, orucun batil olması ilə nəticələnir? Oxumağa davam et

HAMİLƏ QADIN VƏ ORUC TUTMAĞIN HÖKMÜ

hamileHamilə qadınlar mübarək ramazan ayında oruc tutmaları barədə soruşurlar. Ramazan ayında orucu yemələrinə icazə verilirmi? Bu barədə şəri hökmlər nədir?

Mövzunu işıqlandırmaq üçün bir çox alimlərin bu həssas məsələ ilə bağlı rəylərinə müraciət edəcəyik. Bu həssas məsələ mübarək ramazan ayında hamilə qadınların qarşılaşdığı bir məsələdir. Oxumağa davam et

İNSULİN VURMAQ VƏ ORUC

insulinİndi şəkər xəstəliyi barədə az-çox məlumatı olmayan və bu xəstəlik haqqında eşitməyən yoxdur. Belə ki, bu xəstəlik həm böyüklərə, həm də kiçik yaşlı uşaqlara, hər kəsə sirayət etmişdir. Çox geniş yayılmışdır. Xəstələr içərisində insulin qəbul edənlər də vardır. Bu, onların orucunu pozurmu?

Bəziləri soruşur ki, həkim yeməkdən yarım saat əvvəl insulin qəbul etməyi göstəriş verdiyi üçün iftardan yarım saat əvvəl insulin qəbul etmək olar? Oxumağa davam et

BURUN DAMCISI VƏ ORUCUN HÖKMÜ

burun damcısıBir çox insanlar allergik xəstəliklərdən əziyyət çəkirlər. Burun allergiyası deyilən bir xəstəlik də bunlardan biridir. Bu cür xəstələr burun damcısından istifadə edirlər. Bəzilərinin bu xəstəliyi həssaslıq xarakteri daşıyır, burun damcısından istifadə etmədikləri təqdirdə şiddətli zökəm, (burnun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma şəklində təzahür edən xəstəlik) və başağrısından əziyyət çəkirlər. Lakin damcıdan istifadə etdikdə də ağızda müəyyən qədər tam hiss edirlər. … Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ORUCU HAMININ YANINDA YEMƏK VƏ

İSLAMIN MÜQƏDDƏSLİYİNƏ ZƏRƏR VERMƏK

orucu yemekBütün müsəlmanlar belə bir fikirlə həmrəydir ki, Allaha, Onun elçisinə və axirət gününə iman gətirmiş bir müsəlman ramazan ayında gündüz vaxtı üzrlü səbəb olmadan insanların gözü qarşısında qida qəbul etməməlidir. Bunu edən şəxs düşüncəsizdir və müsəlmanların dini ayinlərini ələ salmaqdadır. …

Bəzi alimlər belə hesab edirlər ki, ramazan ayında insanların gözü qarşısında qida qəbul edən şəxslərlə mübarizə vasitəsi onlara hikmətlə nəsihət vermək və gözəl öyüddür. Ramazan ayında gündüz vaxtı insanların gözü qarşısında qida qəbul etmək asilikdir, haramdır. Cəmiyyətə açıq hörmətsizlikdir, insanların müqəddəs ayinlərinə qarşı saymazlıqdır, müsəlman ölkələrində ədəbdən kənardır. … Oxumağa davam et

PEYĞƏMBƏRİN XÜTBƏSİ

ramazan 2Şeyx Səduq mötəbər bir sənədlə İmam Rzadan, onun atalarından və Həzrət Əlidən (ona və övladlarına salam olsun!) rəvayət edir: “Peyğəmbər bir gün bizə xütbə söylədi və dedi: “Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə (bağışlanma) sizə tərəf gəlməkdədir. O, Allah yanında ayların ən fəzilətlisidir. Onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. Oxumağa davam et

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “18 İYUN CÜMƏ AXŞAMI GÜNÜ YER KÜRƏSİNİN ŞƏRQ VƏ QƏRB HİSSƏLƏRİNDƏ

MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

BƏYANAT2015(1)

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanıb cümə axşamı gününə təvafüq edən 2015-ci il iyun ayının 18-nin 1436-cı il mübarək ramazan ayının ilk günü olduğunu elan etmişdir. Bəyanatda deyilir: Oxumağa davam et