XOŞBƏXTLİYİN ÜNVANI

SABİHA ATEŞ ALPATAilə cəmiyyətin ən kiçik, lakin ən önəmli özəyidir. Belə ki, onun sağlam və xoşbəxt olması, cəmiyyətin də sağlam və xoşbəxt olması deməkdir, çünki xoşbəxt şəxslərdən təşkil olunmuş cəmiyyət “xoşbəxtlik cəmiyyəti” olacaq… Ona görə də bizi özümüzdən qoparmaq istəyənlər avropalaşma uğrunda ailə şüurunu aradan qaldırmaq üçün hər cür cəhd göstərmişlər və hazırkı dövrdə də əllərindən gələni etməkdədirlər… Çox təəssüflər olsun ki, bunun nəticəsində ailə şüurundan uzaq yetişən nəslin sayı sürətlə artır… Ələlxüsus gənclərin bu şüurdan uzaq yetişməsi, mənəviyyatdan məhrum olması düşündürücüdür… Ailə cəmiyyətin yalnız hüzuru təmin edən müəssisəsi deyil, həm də cəmiyyətin təminatıdır, hətta özbaşınalığın həll olunmasıdır desək, şişirtmiş olmarıq… İslamda evliliyə təşviq edilmiş və ailə quruluşunun sağlam olması üçün prinsiplər qoyulmuşdur. Allah-Taala həyat kitabımız Quran-kərimdə belə buyurur: “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli saleh kölə cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəməti) geniş olan və (hər şeyi) biləndir! Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah Öz lütfü ilə onlara dövlət verənə qədər, iffətlərini qorusunlar (yəni özlərini zinadan qoruyub saxlasınlar)”[1].

O halda ailədə xoşbəxtliyin yolu yoxdursa, olmayacaq. Bir məsələdir… Lakin xoşbəxtliyin tərifini düzgün vermək məcburiyyətindəyik… Xoşbəxtlik meyarımız nə olmalıdır? Xoşbəxtlik anlayışımız nəyi müəyyən edəcək? Məsələn, xoşbəxtlik anlayışımızı “kapitalizim”dən aldıq və xoşbəxtliyi maddi şeylərdə axtardıq! Maddi şeyləri əldə edə bilmədikdə, mütləq bədbəxtlik yaşanacaq… Halbuki, maddi şeyləri əldə edənlər də xoşbəxt deyillər… İqtisadi səviyyəsi yüksək olan ölkə xalqlarının psixoloji-mənəvi narazılıqları ortadadır. Yaxud da populyar bir xoşbəxtlik anlayışımız varsa, bu surətdə populyarlıq itirildikdə – ki, qaçılmazdır – bədbəxtlik gələcəkdir.

Xoşbəxtliyə dünya göstəricisi ilə baxıldıqda ala bilmədiyimiz bir mebel bədbəxtliyin bir səbəbi ola bilər. Modernləşmənin insana təqdim etdiyi bədbəxtliyi isə yazmağa belə ehtiyac yoxdur. Sayı artan intiharlar, boşanmalar və sağlam ağlın qəbul edə bilmədiyi dəqiqliklərin və çılğınlıqların acı nəticəsi hər gün min dəfələrlə yaşanmaqdadır. Xoşbəxtlik isə müvəqqəti zövqlərdən alınan ani kef və həyəcan deyil… Burada “Səadət əsri”ni yada salmaq məsələni başa düşməyə yardımcı olacaq. Heç bir vaxt yaşanmamış bir dövrün adına “Səadət əsri”, yəni “Xoşbəxtlik əsri” deyildi. O dövrdə yaşayan insanların elə günləri olub ki, aclıqdan qarınlarına daş bağlayıblar… Onlar  bəzən həyat yoldaşlarına belə həsrət qalırdılar, lakin bu insanlar “Xoşbəxtlik əsri”ni yaşamamış xoşbəxt insanlardı…

Bu halda “Xoşbəxtlik” anlayışımız nə olmalıdır? Möminlərin burada da fərqləri vardır və bu təbiidir… Tövhid demək həyat nizamını Allahdan almaq deməkdir. Bu da mədəniyyətdən sənətə, ədəbiyyatdan dünyagörüşə və baxış təpzində əxlaqdan ibadətə, ticarətdən siyasətə keçmək deməkdir. Qısa olaraq həyatın hər sahəsini vəhyə müraciət edərək yaşamağın adına “Tövhid” deyilir. Deməli, xoşbəxtliyə baxış tərzini müəyyənləşdirən yenə də Allahdır. Möminlər bütün məsələləri ilahi ölçülər çərçivəsində dəyərləndirməlidir, çünki mömin sayıla bilməyin şərti Allahın təlimatlarını həyat ölçüsü qəbul etməklə bərabər, bu qəbuletmənin şərti olan bu həyat ölçüsünü tətbiq etmədən keçir.

Bu çərçivədə ailə qurarkən xoşbəxtliyi əldə edə bilməyin yolu həyat yoldaşı seçməkdən başlayır… “Mömin qadınlar mömin kişilər üçündür” … Hər iki tərəf möminliyin sifətləri ilə şəxsiyyətlərini bütövləşdirməlidirlər. Ər-arvad nigahla bir-birinə halal olduqdan sonra, hər ikisi də gücləri nisbətində bir-birilərinə qarşı haqq və vəzifələrinə diqqət etməlidirlər. Haqqın rizası xaricində heç bir şey məqsəd deyildir. Əksinə, hər şeyin “Allah rizası” üçün vasitə olduğu fikirdən çıxarılmışdır. Evlənmək də bir məqsəd deyil, vasitədir. Qulluq yolunda bərabər yeriməyə qərara gəlmiş iki şəxsin çiyin-çiyinə yeriməsidir. İki mömin şəxsin əl-ələ verərək dünyadakı imtahana gəlməsidir. İmtahanın şəklini Allah müəyyənləşdirdiyinə görə, qarşılarına çətinliklərin çıxa biləcəyi ehtimalı ilə həqiqət edərək problemlərinin çarəsini yenə də Allahın kitabında axtaran ailələr xoşbəxtliyi əldə etmiş ailələrdir. Əsasən qulluq yolunda addımlayarkən çəkilən sıxıntılar insanın kamilləşməsinə, imanın inkişafına vəsilədir. Buna görə də, əshabə xanımlar və bəylər çətinliklər içərisində olmalarına baxmayaraq, “Səadət əsri”ni yaşamalı və tarixə xoşbəxtlik dövrünü yazmalıdırlar. Kişisi və qadını Allahın onlar üçün çəkdiyi xətt üzərində hərəkət etmiş, bərabərlik, yaxud da üstünlük mübarizəsi aparmadan xoşbəxtliyin zirvəsini yaşamışlar.

Ailədə xanımın üzərinə düşən analıq missiyası, həqiqətən, çox önəmli və şərəflidir. Dünyəvi nizamlar isə xanıma missiyasını unutdurub, istehlakın ləvazimatı, reklam vasitəsi olaraq, jurnal səhifələrində şəkil çəkmə, moda həvəskarı olmasının cəhdi içərisinə girmişdir… Lakin nə qadını, nə əri, nə də övladı xoşbəxt edə bilməmişdir… Əlbəttə ki, yalnız günahı qarşıya atmaq ucuzluqdur… Varlığın səbəbini unudan  bu bədbəxtliyə görə cavabdehdir…

Ailə üzvlərinin bir-birinə qarşı olan haqqı və vəzifələri aidiyyatı olan kitabdan ətraflı şəkildə yazıb evlənən şəxsin məqsədi “Allah rizası” olarsa, əlbəttə ki, həyatına kitabla yol tapacaq və bu yol onu iki dünyada da xoşbəxtliyə aparacaqdır. Yetər ki, yol və yolçu uyum içində olsunlar. Xoşbəxtliyin ünvanı Kitabdır. Həyata kitabla yol tapmaqdır, yol mübarəkdir, yetər ki, yolçu da mübarək ola bilsin! Hüzur İslamdadır. Ən səmimi duyğularla xoşbəxtliyin ünvanında oxuculara xoşbəxtlik diləyirəm!

SABİHA ATEŞ ALPAT

“FİTRƏT” jurnalı, № 8 (22) – 2008

[1] “Nur”, 32, 33

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma