TƏRBİYƏ OLUNMAQ VƏ TƏRBİYƏ ETMƏKDƏ PRİNSİPLƏR

hasan el-bennaUca Allahı tanımaq fərdi və cəmiyyəti bir vəziyyətdən başqa bir vəziyyətə ötürən dəyişikliyin ən güclü silahıdır. Yalnız Allaha  arxalanmaq həqiqi iman əlamətlərinin ən açıq təzahürüdür. Allahla olan bağlılığınızı ruhlarınızda və əməllərinizdə həqiqətə çevirin. Yalnız ona arxalanın. Allahdan başqa heç kəsdən çəkinməyin və qorxmayın. Səbəblərə sarının. Bundan sonra hasil olacaq nəticələrə nə olursa-olsun, sinə gərin, İslamdan uzaq və həqiqi olmayan vasitəçilərə daraşmaq, məqam və nüfuz sahiblərinin qapılarında gözləmək, gözəl məqsədlərə çirkin milyonlarla çatmağa çalışmaq kimi insanların uzun zamanlar mübah saydıqları şeylərə girişməyin və bunları özünüzə haram edin. Çünki belə  şeylər möminlərin imanını öldürür, izzət sahibi olan dəyərli insanların şərəflərini zədələyir. Peyğəmbərin bu buyruğunu unutmayın: Ehtiyacları izzətinəfs çərçivəsində təmin etməyə çalışın, çünki bütün işlər qədərlə meydana gəlir”.

Ağlın hakimiyyəti və bəsirəti ilə hiss və duyğuların zəifləməsinin qarşısını alın.

Duyğuların alovu ilə ağılların işıqlarını yandırın. Xəyalın reallıqdan və həqiqətdən ayrılmasına imkan verməyin.

Xəyalın parlaq və aydınlıq işıqları altında həqiqətləri ortaya çıxarın. Bir tərəfə meyil edərək, digər tərəfə qarşı səhlənkarlıq etməyin.

Həyatın qanunlarına zidd getməyin, çünki bunları inkar etmək mümkün deyil. Onlarla yaşayın, onlardan istifadə edin, axarını dəyişdirin,  bəzilərindən yararlanın, zəfər anını gözləyin. O an sizdən çox uzaq deyil.

Əqidənizin qəbul olunmayacağı yerlərə getməyin. Dəstəkləmədiyiniz nəşrləri oxumayın. Əqidənizə hörmət etməyənlərlə münasibətdə olmayın. Sizə etimad göstərməyənləri və sizi çaşdırmaq istəyənləri  dost seçməyin. Uca Allahın Quranda nazil etdiyi bu buyruğunu unutmayın: Allahın ayələrinin inkar edildiyini onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər, onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin kafirlərin hamısını Cəhənnəmdə bir yerə toplayacaqdır!”[1]

Əmrun bil-məruf və nəhyun ənil-münkər edin. Öyüd verməkdən çəkinməyin və tərəddüd etməyin. Hamıya öyüd verin. Uca Allah ümmətləri bu ölçü ilə ölçmüş, bu vəzifəni yerinə yetirənləri ucaltmış, tərk edənləri isə alçaltmışdır. Nəhyun ənil-münkər etməyən haqqında Quranda buyurulur: İsrail oğullarından kafir olanlara həm Davudun, həm Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə həddi aşmalarına görə idi. Onlar birbirini etdikləri pis əməldən çəkindirmirdilər. Onların gördükləri necə pis idi!”[2]

Əmrun bil-məruf edən haqqında isə buyurulur: “(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. Əmrun bilməruf nəhyun ənilmünkər edir Allaha inanırsınız[3].

Əvvəl özünüzdən başlayın. Nəfsinizə qarşı müzəffər olsanız, başqalarına qarşı daha rahat müzəffər olarsınız. Nəfsinizə qarşı cihadda müvəffəq olmasanız, başqalarına qarşı da çox uğursuz olacaqsınız. Mübarizəni əvvəl nəfsinizdə sınaqdan keçirin. Unutmayın ki, dünya, kamil təmizlik və üstün, güclü əxlaqla seçilmiş gəncin yolunda tələ qurmuş görkəmindədir. Rəsulullahın bu buyruğunu gözlərinizin önündən heç vaxt ayırmayın: Öz tərəfinizdən altı şeyə zamin olsanız, sizin üçün Cənnətə zəmanət verərəm; danışdıqda doğru danışın, vədə verdikdə xilaf çıxmayın, sizə etibar edildikdə xəyanət etməyin (əmanətə riayət edin), fərcinizi qoruyun (yəni zina etməyin), gözlərinizi naməhrəmə şəhvətlə baxmaqdan, əllərinizi isə haramdan çəkindirin!”[4]

HƏSƏN ƏL-BƏNNA  

“FİTRƏT” jurnalı, 2 (27) – 2009

[1] “Nisa”, 140

[2] “Maidə”, 78, 79

[3] “Ali-İmran”, 110

[4] Nəhcülfəsahə”, 321

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma