EŞQBAZLIQ VƏ YA ÇİRKLƏNMİŞ DUYĞULAR

ushaq sevgisiMüasir ifadə ilə desək, nə vaxt İslamın hər hansı qaydasına “dinamit qoyulduğunu” düşünsəm, ağlıma “Siz mütləq sizdən əvvəlki insanların yollarını qarış-qarış, addım-addım gedəcəksiniz, hətta onlar kərtənkələ dəliyinə girsələr belə, siz də onlar kimi o dəliyə girəcəksiniz” (Əbu Səid (r.a), Buxari) hədisi gəlir.

Rəsuli-Əkrəm (s) Allahın izni və uzaqgörənliklə baş verə biləcək təhlükələri bir-bir göstərmişdir.

Zinanın bir növü olan eşqbazlıq və ya müaşiqə (sevişmə, flirt) də müasir dövrün anlayışlarından biridir.

Eşqbazlıq qadın və kişi arasında nikahsız şəxsi əlaqədir. Buna qız və oğlan dostluğu da deyə bilərik. Eşqbazlığı bəzən dostluq, bəzən görüşmək, bəzən də gəzmək adlandırsalar da, bu adlar zinaya verilən müasir adlardan başqa bir şey deyil.

İslama uyğun bir həyatı üstün tutmaq “mən müsəlmanam”, – deyən hər bir kəsin məcburi vəzifəsidir. Çünki Rəbbimiz bizi özbaşına buraxmadığını bəyan edir: “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!”, – deməklə onlardan əl çəkilib bir daha imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!” (“Ənkəbut”, 2, 3)

Və bu iman da imtahan olunur ki, səmimi və yalançı, mömin və münafiq dəqiq müəyyən olunsun. Zənginlik və fəqirlik, gənclik və qocalıq, sağlamlıq və xəstəlik… hamısı bir imtahan vəsiləsi olduğu kimi (əslində hər şey bir imtahan vasitəsidir), duyğular da bir imtahan vasitəsidir.

Əlbəttə ki, əks cinslərin bir-birinə olan meyilləri inkarolunmaz bir həqiqətdir. Lakin müsəlman bunun bir imtahan olduğunu əsla unutmamalıdır. Üzləşdiyimiz çətinliklərdə, dünyanın hər cür məsələsində Allahın hökmü ilə hərəkət edəcəyimizə söz verən biz müsəlmanların duyğularına gəlincə Allahın əmrlərinə zidd addımlar atmağa haqqımız yoxdur. İslam vəhy yolu ilə bildirilmiş əvəzsiz bir həyat nizamıdır. Həyatın hər bir sahəsində hökm edən bir dindir. Ümumiyyətlə, duyğuların da necə istiqamətləndirilməsi İslamda öz əksini tapır. Əlbəttə ki, İslamın tövsiyə etdiyi həyat tərzi batil Qərb cəmiyyətlərinin həyat tərzindən fərqlidir. Bir çox Qərb cəmiyyətlərində eşqbazlığa nəinki yaxşı baxılır, hətta bu, gəncin özünə güvənməsi üçün vacib şərt sayılır. Bəs bu hallar nəyə gətirib çıxardı?! Etdiklərinin cəzası olaraq özbaşına, ailə qayğısından uzaq, həyatları çirkli, duyğuları pərişan, nəslin yoxa çıxmaqda olduğu cəmiyyətlər halına gəldilər. Çünki insana təqdim olunan həyat sistemi onun fitrətinə uyğun deyildi. Bir sənəti ən yaxşı onun sənətkarı bilər və tanıyar. İnsan Allah sənətinin bir əsəridir. Əlbəttə ki, bənzərsiz sənətkar insanın xoşbəxtlik yolunun nə olduğunu ən yaxşı bilən tək varlıqdır. Buna görə də insanın xoşbəxtliyini təmin edəcək həyat tərzi əmr etmişdir.

Qərbləşmək yolunu tutaraq özünə yadlaşan cəmiyyətlər də eyni aqibətlə rastlaşmaqdan yaxa qurtara bilməmişlər.

Eşqbazlıq əsnasında heç bir tərəf bir-birilə dürüst olmur. Hər iki tərəf qarşı tərəfin istəyinə uyğunlaşır, ani zövqləri xoşbəxtlik sayır və sadəcə duyğularının kirlənməsinə deyil, həyatlarının puç olmasına səbəb olurlar… Axirətdəki nəticə isə dünyada heç nə ilə müqayisə edilməyəcək dərəcədə vahiməlidir.

Psixoloqların (məsələn, Frik Fram) araşdırmalarına görə, bu cür əlaqələrin nəticəsi ümidsizlik, bədbəxtlik, nifrət, xəcalət və intihar olur. Daha bir üzqaraldıcı reallıq isə zibil qutusuna, küçəyə atılan uşaqlardır…

Bu günün daha bir acınacaqlı faktı təmiz duyğu anlayışını itirmiş, eqoist, ani ehtiraslarının təminatına xidmət edən və nə qədər qızla (və ya oğlanla) gəzərsə, bununla daha çox fəxr edən gənclərin sayının xeyli artmasıdır. Bu vəziyyət fərdin fəzilətini, əxlaqi xüsusiyyətlərini, onun özünə hörmət duyğusunu və hər şeydən əhəmiyyətlisi – imanını ciddi bir şəkildə yaralamış, Allahın və axirət sorğu-sualının nəzərə alınmadığı bir həyata sahib olmasına səbəb olmuşdur.

Əməllərimizi yazan mələk həyat dəftərimizi tutduqda və bu dəftərin əlimizə verilib “Oxu kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!” (“İsra”, 14) – deyərkən Allahın hüzurunda eşqbazlıq mənzərələrini oxumaq fərdə nə qədər xəcalət yaşatsa da, sondakı (axirətə) peşmançılıq hissi fayda verməyəcəkdir…

İnsanı heyvandan ayıran bir çox xüsusiyyətlər var. İnsanın da, heyvanın da yemək, yatmaq və hissi sahədə qarşı tərəfə ehtiyac duymaq kimi tələbatları var. Amma insan heyvandan bu ehtiyac və tələbatlarını özünəməxsus üsullarla ödəməsi ilə fərqlənir. Rəbbimiz Quran-kərimdə “Nəfsini özünə ilah edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O, özü haqqı axtarıb tapmalı, ona qail olmalıdır!) Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşicək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə , ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar)” (“Furqan”, 43, 44) – buyuraraq istək və arzuların varlığını və onların insana yaraşan şəkildə yaşanmasının vacibliyini diqqətə çatdırır. Ayə hər sahədə əks cinslə münasibətləri də Allahın qoyduğu qaydalar çərçivəsində qurmağı tövsiyə edir. Yox, əgər belə olmazsa, Onun qatında düşəcəyimiz halı nəzərimizə çatdırır.

İslam sadəcə qadağa qoymur. Cəzalandırmaqdan əvvəl o günaha təşviq edən hər cür yolun bağlanmasını istəyir. Zina haramdır! Əlbəttə ki, niyə və nə üçün bu yasaqdır deyə soruşmağa heç kəsin həddi və haqqı yoxdur. Çünki göylərin və yerin hökmranlığı Allaha aiddir. Amma hikmətləri qeyd etməyə ehtiyac varsa, zinanın cəmiyyəti necə yıxdığı göz önündədir… Nəsli yox etməsi, xəstəliklərin yayılması bu səbəblərdən sadəcə olaraq bir neçəsidir. İslam bütün bu pis hallar üçün “qapı aralayan” xüsusiyyətləri də aydınlaşdırmış, davranış biçimimizi göstərmişdir. Məsələn:

1. Harama baxmaq yasaqdır. “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən yayındırsınlar, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdr. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır!”

Məgər istəməzsən ki, evləndiyin gənc ən gözəl sözlərini ilk dəfə sənə söyləsin, heç kəsə baxmamış bir həyat yoldaşın olsun? Yaxud övladlarınız üçün duyğuları təmiz qalmış valideyn olasınız? Vicdan əzabı çəkmədən ərinizin gözlərinə baxmağı istəməzsinizmi? Bunları istəsəniz də, istəməsəniz də Allahın qulu kimi borclarınız var. Etməli olduğunuz iş Allahı İlah qəbul etdikdən sonra bu etiqaddan doğan əməlləri yerinə yetirməkdir. Rəsuli-Əkrəmin təmsilçiləri olaraq ona inanmış bir gəncə yaraşan şəkildə bəndəlik vəzifələrini yerinə yetirmək bizim deyil, bəs kimin işidir?

Eşqbazlıq, ya da zinaya aparan digər əməllər bir baxışdan başlayır. Allahdan qorxan göz, şübhəsiz ki, bu xətanı etməz.

2. Əks cinsdən olan şəxslərin təklikdə qalmaları yasaqdır. Fərdə haram olan, evlənmələri icazəli olan hər hansı şəxslə təklikdə qalmağın doğuracağı pisliyə Peyğəmbər (ə) belə diqqət çəkmişdir: “… Çünki bu təqdirdə üçüncü Şeytandır (İbn Hənbəl, Müsnəd, 1, 227, 3, 339).

3. Xanımlara hicablanmaq əmr edilmişdir. Yuxarıdakı ayədə də bəyan edildiyi kimi cazibəli söz, yeriş, əda yasaq edilmiş və küçəyə çıxacaqları vaxt örtünmək əmr edilmişdir.

Heç kimin gözlərinə baxmamış, heç kimin əlindən tutmamış, duyğuları təmiz bir xanımla evlənməyi istəməzsənmi? O halda nə etməli olduğunu bilirsən, elə deyilmi?… Bu mövzuda Peyğəmbərimizdən zina etmək üçün icazə istəyən bir gəncə Peyğəmbərimiz: “Öz ananla, bacınla belə edilməyini istəyərsənmi?”, – deyə soruşmuş, gəncin ağlını başına toplamasına yardımçı olmuşdur.

“Mömin qadınlara de ki, baxışlarını azaltsınlar (yəni naməhrəmə şəhvətlə, heyranheyran baxmanlar), fərclərini (cinsi orqanlarını) baxışlardan qorusunlar. Zinətlərini izhar etməsinlər (yəni açmasınlar), lakin o zinətlərdən zahir olanı (üz, iki əl topuqlara qədər ayaqlar) istisnadır. Baş örtüklərini yaxalarının üstünə çəksinlər. Zinətlərini (yəni üzün dəstəmazda yuyulan miqdarı, qolbaq yerləri daxil olmaqla iki əl topuqlara qədər iki ayaq istisna olmaqla bütün bədəni) ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları qulam kənizlərdən, yaxud kişilik qüdrəti qalmamış kişi xidmətçilərdən, yaxud hələ qadınların qadınlıq xüsusiyyətlərini anlamayan (yəni yetkinlik yaşına çatmayan) uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!” (“Nur”, 31) ayəsi oxunduqda baş verə biləcək nə qədər pisliklərin qarşısının alındığı görüləcək.

Bu ayələr oxunduqda inanmayanlar üçün heç bir şey dəyişməsə də, inananların imanı, ixlası, əməli artacaqdır.

Sabiha Ateş Alpat

“FİTRƏT” jurnalı, № 3 (17) – 2008

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma