Archive | Dekabr 2015

NECƏ İNANIRIQ

hasan e bennaHər şeyin və hər işin Allahın əlində olduğuna, Hz. Mühəmməd (s)-in son və bütün insanlığa göndərilmiş Peyğəmbər olduğuna inanırıq. Xeyir və şər əməllərin axirətdə qarşılığı olduğuna, Quranın Allahın Kitabı olduğuna, İslamın dünya və axirəti əhatə edəcək şəkildə ümumi bir ilahi nizam və qanun olduğuna inanırıq.

İstiqamət, elm və fəzilətin İslamın təməllərindən olduğuna inanırıq. Müsəlmanın işləyib qazanmaqla mükəlləf olduğuna və qazandığı malda məhrumların və ehtiyac sahiblərinin müəyyən bir haqqı olduğuna inanırıq.

Müsəlmanın ailəsinə cavabdeh olduğuna, sağlamlığını və əxlaqını qorumasının vacib olduğuna inanırıq. Oxumağa davam et

İSRAFÇILIQ, YAXUD İSTEHLAK EDƏRƏK MƏHV OLMAQ

israf-1İnsan fitri baxımdan təmiz yaradılsa da, lakin bəzi, özünəməxsus xüsusiyyətlərlə doğulur və formalaşır. Yaxşılıq və pislik etmək qabiliyyətləri dünya imtahanı ilə bağlıdır. Bizə iradə azadlığı verən Allah onu hansı yöndə istifadə etməli olduğumuzu peyğəmbərlər vasitəsilə biz insanlara çatdırır. “Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılmışdır?!” (“Qiyamə”, 36) və “Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (“Təkasur”, 8) ayələri ilə insana bütün nemətlərə görə hesab verəcəyi və özbaşına buraxılmadığı bildirilir. Oxumağa davam et