NECƏ İNANIRIQ

hasan e bennaHər şeyin və hər işin Allahın əlində olduğuna, Hz. Mühəmməd (s)-in son və bütün insanlığa göndərilmiş Peyğəmbər olduğuna inanırıq. Xeyir və şər əməllərin axirətdə qarşılığı olduğuna, Quranın Allahın Kitabı olduğuna, İslamın dünya və axirəti əhatə edəcək şəkildə ümumi bir ilahi nizam və qanun olduğuna inanırıq.

İstiqamət, elm və fəzilətin İslamın təməllərindən olduğuna inanırıq. Müsəlmanın işləyib qazanmaqla mükəlləf olduğuna və qazandığı malda məhrumların və ehtiyac sahiblərinin müəyyən bir haqqı olduğuna inanırıq.

Müsəlmanın ailəsinə cavabdeh olduğuna, sağlamlığını və əxlaqını qorumasının vacib olduğuna inanırıq.

Yenə də inanırıq ki, müsəlman İslama izzət və üstünlüyünü təkrarən qazandırmaq və hakimiyyətini yenidən təmin etməklə mükəlləfdir. Və inanırıq ki, İslam bayrağı bütün dünyada hakim olaraq dalğalanmalıdır. Eyni zamanda insanlığı İslamın prinsip və qanunlarına görə tərbiyə etməyin müsəlmanın vəzifəsi olduğuna inanırıq.

Bütün müsəlmanların vahid bir ümmət olduğuna, onları bir-birinə İslam əqidəsinin bağladığına, İslamın müsəlmanların bütün insanlarla gözəl davranmasını əmr etdiyinə inanırıq.

Müsəlmanların geri qalmalarının səbəbinin İslamdan uzaqlaşmaları olduğuna, islahat aparmağın (reformanın) da İslamın təlim və hökmlərinə qayıtmaq olduğuna və bunun da müsəlmanların fəaliyyət göstərməsi ilə mümkün olduğuna inanırıq.

İnsana iman qədər təsir edə biləcək bir şey olmadığı kimi, əqidə və din mədrəsələrində saç ağartmış Şərq millətləri başda olmaqla, bütün millətlərin əxlaqını əqidə qədər islah edə biləcək bir güc yoxdur. Şoran və quraq ruhlara enərək yaşıllaşdıran və məhsuldar edən ilahi əqidənin və səmavi şəraitin yerini ictimai elmlər, bəşəri fəlsəfələr, yaxud bəşəri qanunların tutması və həmin işləri görməsi mümkün deyil.

İnsan ağlı var olduğu andan etibarən cəbri (iradəsiz olma əqidəsi) pusqulara düşmüşdür. Bu pusqular onu işıqdan və nurdan məhrum etmiş, ortaya çıxıb idrak etmə imkanını verməmişdir. Bu pusquların başında da keçmişdən miras aldığı pozğun əqidələr və köhnəlmiş xürafələr gəlir. Bunlar həqiqətləri doğru bir şəkildə dərk etməyə və sahiblərini qəbul etməyə maneçilik törətmişdir.

Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri inkar edirik!”, – dedilər. Onlar: “Bizim mal-dövlətimiz övladımız daha çoxdur bizə əzab da verilməyəcəkdir”, – dedilər” (“Səba”, 34, 35).

“(Ya Mühəmməd!) Biz səndən əvvəl hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan başçıları sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük biz onların yolu ilə gedəcəyik!”, – dedilər. (Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri inkar edirik!”, – deyə cavab verdilər. Buna görə Biz onlardan intiqam aldıq. Bir gör axırı necə oldu!” (“Zuxruf”, 23-25).

Bu pusqulardan biri də köhnəlmiş cəmiyyət, sapqın dəyərlər, şeytan dostlarımız və Şeytanın pıçıltılarıdır. Bunlar insan ağlını hidayəti tapmaqdan və qəbul etməkdən çəkindirmiş, adətlərin qulu və vərdişlərin köləsi etmişdir. Hamısını da dünyada həlak olmağa və axirətdə əzablara düşüb rəzil olmağa doğru aparmışdır.

Bundan daha təəccüblü və komik pusqular da vardır ki, insanlar öz iradələri ilə o pusqulara düşüb həbs olunurlar! Qırılmaz qandallarını əllərinə, ayaqlarına və boyunlarına keçirirlər. Bunda da dünya və axirətlərinin xoşbəxtliyini görürlər. Allahın endirmədiyi və qəbul etməyəcəyini bildirdiyi sapqın əqidələrlə, insanların ağıllarına hakim olan pozğun və uydurma din təmsilçiləri şəxsi mənfəətlər üçün ağılların qarşısında ruhi pusqular qurmaqdan başqa nə edirlər ki?! İnsanların bu dinlərə (pusqulara) istəyərək daxil olmaları və öz iradələri ilə özlərini onların içində həbs etmələrinə təəccüblənməmək mümkün deyil.

Digər tərəfdə də kütlələrdə etimad, itaət, dəyər vermək və ucaltmaq məfhumlarından istifadə edən, lakin xalqın fikir bildirməsinə və fikirlərini deməsinə imkan verməyən, nəsihət və məşvərətlərinə yanaşmayan rəhbərlər. Bunlar düşüncələrini açıqlamaq və ya fikir bildirmək istəyən, yaxud nəsihətlə məşvərəti tövsiyə edən şəxsləri rəhbərliyə qarşı çıxmış və nizamı pozmuş şəxslər kimi görür və onların ağlına və zehninə qandal vurmaq üçün hər vasitəyə əl atırlar. Bunlar ağıllara pusqu quran və onu həbs edən şəxslərdir. Divarlarını cəhalət və sapqınlığın hördüyü, sapdırma, aldatma ilə istismarın dəstəklədiyi vahimə və xürafat zindanlarında vətəndaşlarını həbs etmişlər.

Ey insanlar! Quran-kərimin insanları bu qaranlıqlardan və pusqulardan xilas etmək üçün gəldiyini, bu qandalları və buxovları qırmaq üçün göndərildiyini unutmayın! Rəbbani və ilahi mərifətin kölgəsində insanların fikri və ruhi hürriyyət havasından yararlanmalarını təmin etmək və ağıllarını azadlığa qovuşdurmaq üçün gəldiyini yadınızdan çıxarmayın! Bu qandalları və pusquları dağıtmasına siz də elm və əməllə yardımçı olun! İnsanların ağıl və düşüncələrinə qantarğa vurmuş zalım və diktatorların batil qapılarını qırın. Bunları qırıb hürriyyətə qovuşa bilsəniz, o vaxt müzəffər olacaqsınız!

HƏSƏN ƏL-BƏNNA  

“FİTRƏT” jurnalı, № 2 (16) – 2008

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma