QURAN ALƏMİNDƏ AİLƏ TƏRBİYƏSİ

20461_317004330830_6840426_nQuran həyat Kitabıdır. Ən doğru yolu, metodu, tərbiyə üsullarını və düzgün tədrisi göstərən yeganə Kitabdır. Çünki o, aləmlərin xaliqi olan Allahın kəlamıdır.

Bəs belə olduğu bir halda hal-hazırda bu vəziyyətə düşməyimizi yaradan səbəblər nədən ibarətdir: şəxsiyyətimizin niyə bulanıq olması, ailə quruluşumuzun nə üçün gün keçdikcə qan itirməsi, Qurana inanan insanların çox, lakin Quranı lazımınca həyata keçirənlərin sayının az olmasıdır.

Yəni diaqnoz və dərman tam yerindədir (Quran): lakin xəstə dərmandan düzgün istifadə etmədiyi üçün xəstəliklər davam etməkdədir…

Lüğəvi baxımdan “ailə” sözü “eyni işi görən, eyni qayə üçün çalışanların hamısı” mənasını ifadə edir. Eyni işi görən, eyni hədəfə, eyni məqsədə doğru birlikdə yeriyən insanlar! Deməli, eyni amal üçün çalışan insanlar yoxdursa, o evdə olanlar həqiqi bir ailə deyil, bir neçə insanın bir yerdə olmasıdır. Buna görə “ümmət” də bir ailədir…

Ümmət olmaq məsuliyyətimiz: bunun yanında eyni zamanda inandığımız mübarizəni ləyaqətlə təmsil etmək məsuliyyəti də vardır. Özümüzü gözdən keçirmədən ailə olma məsuliyyətimizə, ailə quruluşumuza tərtib və səliqə vermək qətiyyətini tam olaraq göstərə biləcəyikmi? Bu məsələdə qətiyyətli olsaq da, ailə modelimizi Quranın istədiyi odadavamlı qabda əridə biləcəyikmi?…

Quran istər müsbət, istərsə də mənfi cəhətdə ailə modellərini nümunələr əsasında göstərmişdir. Quranda ailənin təməli yalnız Allaha qul olmaq əsasına görə qurulmuşdur. Yalnız Allaha qul olmaq prinsipinə görə qurulmamış ailələrin nə dünyada, nə də axirətdə xoşbəxt ola bilməyi mümkün deyil. Yalnız Allaha qul olmaq prinsipinin başa düşülə bilməsi üçün “qul olma” məfhumunun bilinməsi və o şüura çatmaq lazımdır.

“Qul (“əbd”) olmaq” “itaət etmək, boyun əymək, təvazökarlıq göstərmək”, daha açıq bir ifadə ilə desək, “insanın başqa bir şəxsə ona üsyan etmədən və ondan üz çevirmədən itaət etməsi” deməkdir. “Əbd” (“qul”) kəlməsinin məsdəri olan “übudiyyət” (yəni “qulluq”) insanın sifətidir.

Bu tərifə əsaslanaraq qulluğun yalnız Allaha aid olması üçün, heç sağa-sola vurnuxmadan yalnız Allaha itaəti əsas götürən ailələr olmasını başa düşürük. Heç bir şərtin və çətinliyin, qulluğun qarşısını almamaq düşüncəsində olan fərdlərin bir yerə yığışaraq yaratdıqları ən kiçik birlikdir islami ailə!…

Quran-kərim qulluğun yalnız Allaha olduğunu bildirmiş və yalnız Allaha qul olmaq istəyən ailələri düzgün tərbiyəyə örnək və ibrət olsun deyə misal göstərmişdir:

1. İlk ailə Hz. Adəm və Hz. Həvva anamızın qurduğu ailədir. Quran Həzrət Həvvanın Həzrət Adəmin həyat yoldaşı olduğunu bildirir:

Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini (həyat yoldaşını) yaradan onlardan da bir çox kişi qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə birbirinizdən cürbəcür şeylər istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!”[1]

Bu fikirlərdə istər müasir dövrdə, istərsə də əvvəllərdə qadın və kişilərlə bağlı yaranan bütün mübahisələrə cavab tapmaq olur. Qadın və kişinin iki zidd qütb, iki qarşı cəbhə olmadığı, əksinə bir-birini tamamlayan bütövün hissələri olduğu gözlər önünə gəlir.

Nə kişi müstəqil bir qurum, nə də feministcə bir yaxınlaşma! … Nizam üzərində qurulmuş bir qurum. Biri digərinin yarısı, biri olmadan digərinin heç bir işə yaramayacağı şüuru içində. Biri digərinin bir hissəsidir və hissələr olmadıqda bütöv də olmayacaq, heç kim bu mənada özünü digərindən üstün göstərə bilməyəcək, çünki biri digərinə mütləq möhtacdır! …

2. Quran Həzrət Nuhun ailəsi haqqında danışır.

Bütün cəhdlərinizə baxmayaraq, bəzi ailə üzvləriniz küfr yolunu seçə bilər. Buna görə siz cavabdeh deyilsiniz. Siz düzgün tərbiyə verməkdə, təbliğat işlərində səhlənkarlıq etməməkdə, sonra qərar verməyə cəhd göstərməkdə cavabdehsiniz. Hz. Nuhun yer üzündə suyun səviyyəsinin yüksəlməyə başlanmasını ata ürəyinin narahatlığı ilə övladına bildirməsi bunun açıq bir nümunəsidir. Lakin yenə də şüuru müasir olmayan və müasir bütpərəstliyə üstünlük vermişdir? Xeyr! Bu məqamda yenə ayə bizə nə etməyin doğru olduğunu bildirir.

Allah buyurdu: “O sənin ailəndən deyildir, çünki o, (küfr etməklə) pis bir görmüşdür. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm[2] 

1. Quran Həzrət İbrahimin ailəsi haqqında danışır! …

Əvvəl Həzrət İbrahim atası ilə bağlı imtahan olundu, lakin sonda təslimiyyət göstərdi. Sonra övladsızlıqla imtahan olundular, yenə də axırda təslimiyyət göstərdilər. … Allahın dini uğrunda əzab-əziyyətlə, atəşlə və Nəmrudla imtahan olundular. Yenə də Haqqa təslimiyyət göstərdilər. … Sonra övlad ilə imtahan olundular. Əvvəl çölün ortasına buraxılması istənildi ondan. “Bunu səndən kim istəyir?” – sualına aldığı cavab qarşısında: “O nə gözəl Vəkildir, O, bizə kifayət edər”, deyən bir qadın! … Yəni, ana …

Sonra övladının dərdi üçün ümidlə müasirlərinə üz tutan övlad cavabdehlik istəyir, uşaqların vəhyə susamışlığına ümidlə cəhd etmənin mesajını daşıyırdı. Ana olmaq! … Hacərin işi anaya örnək olmaq idi. …

Yaşlı vaxtlarında sahib olduqları övladlarını istəyirdi Allah-Taala …

Ən sevdiyinə üstünlük vermək məsələsində çox sevdiyi ailə imtahan olunmaq idi bu! Cavabları yenə təslimiyyət oldu. Yalnız Allaha həsr olunmuş bir həyat! …

2. Quran İmran ailəsi haqqında danışır! … Önə çıxan bir ananı, İmranın həyat yoldaşını bütün zamanlara nümunə göstərir Quran …

“(Ya Mühəmməd!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidən bilənsən!”, – dediyini xatırla!”[3]

Hürr olaraq, hürr bir şəxs kimi bətnimdəkini Allah üçün nəzir etdim. Heç kimin izninə ehtiyac hiss etmədən … övlad sahibi olmağın övladın kimin üçün olması lazım olduğunun cavabını verərkən, eyni zamanda nümunəvi bir ailə modeli içərisində sayaraq Quranın mühitində ailələri tərbiyə edir.

İndi ağıllı beşiklərdə böyüdülən uşaqların mübarizəyə sarılmalarını, qulluq yerişində yırğalanmamalarını necə gözləyəcəyik? … “Yox” – nədir sözünü bilməyən bir uşağa səbri necə öyrədəcəyik? … Təslimiyyəti olmayan valideynlərdən İbrahim sayağı bir övlad gözləməyə haqqımız vardırmı?… Yaqub kimi bir ata olmadan, köynəyini qarşıdan cırdırmayan bir nəsil necə yetişsin ki? …

İbrahim kimi bir ata, Hacər kimi bir ana olmadan boynunu bıçağa uzadan İsmayıllarımız ola bilərmi?

Fədakarlığın birlikdə edilə bilmədiyi bir ailədə, nəslimiz dözməyi və müqavimət göstərməyi necə öyrənəcək?

İnfaq (Allah yolunda xərcləmə) ruhunun ölü olduğu bir ailədə nəslimiz bölüşmənin nə olduğunu necə biləcək? …

Halbuki Quran ailəmizin necə olması lazım olduğunu modelləşdirmişdir:

Allah Adəmi, Nuhu, İbrahim övladını İmran ailəsini məxluqat üzərində seçilmiş etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidən biləndir!”[4]

Bu tərbiyəni alan əshabələr tarixi səhifəsi buna bənzər nümunələrlə doldurdu.

Ailə olmaq istəyiriksə, ailələrimizi Allaha həsr etməyi istəyiriksə, Allahın nümunə göstərib üstün saydığı ailə modellərinin üsul və metodlarını həyata tətbiq edib yaşamağımız lazımdır…

SABİHA ATEŞ ALPAT  

“FİTRƏT” jurnalı, № 1(26) – 2009

[1] “Nisa”, 1

[2] “Hud”, 46

[3] “Ali-İmran”, 35

[4] “Ali-İmran”, 33, 34

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma