ƏLLİ İSTƏK

hasan_el_benna_Bu istəklərin giriş hissəsində

aşağıdakı sözlər deyilmişdir:

“Bu istəklərin hər biri tədqiqatçıların bir yerdə aparacaqları incə və geniş araşdırmaları tələb edir. Bununla bərabər bu əlli istək, ümmətin inkişafının bütün şərtləri və ehtiyaclarını əhatə edir. Bu istəklərin yerinə yetirilməsi üçün insanların qarşısında cürbəcür məneələr vardır. Bunları həyata keçirməkdən ötrü böyük səbir və diqqət, qüvvətli və sabit iradə lazımdır. Bütün bunlarla bərabər səmimi olaraq bu işə qərar verilərsə, yol açılar; güclü iradəyə sahib olan bir cəmiyyətin arzu etdiyi hər şeyə qovuşması isə qaçılmaz bir həqiqətdir”.

Biz də “Müsəlman Qardaşlar Cəmiyyəti”nin məqsədlərinin ifadəsi kimi bu dəyərli məktubun sonunda yer alan istəkləri ədəbi bir şəkildə yazırıq.

1. Siyasət və məhkəmə sahəsində;

  1. Partiyaçılığa son vermək, ümmətin siyasi gücünü tək bir yönə istiqamətlən­dirmək və vahid bir səf ətrafında birləşdirmək.
  2. Ələlxüsus cinayət və cəzalarla əlaqədar olanlar başda olmaq şərti ilə bütün islami qanunlarda İslama uyğun lazımi düzəlişlər aparmaq.
  3. Ordunu gücləndirmək və gənclər qolunu artıraraq, onlarda Cihad hisslərini alovlandırmaq.
  4. İtirilmiş xilafətin vəziyyətini praktiki olaraq ciddi bir şəkildə ələ ala bilməsi üçün lazımi şərtləri hazırlamaqla bütün İslam torpaqları və ələlxüsus ərəb torpaqları arasındakı əlaqələri gücləndirmək.
  5. Bütün vətəndaşlar, İslam təlimlərini yerinə yetirməkdə cavabdeh olduqlarını yaxşıca başa düşə biləcək bir şəkildə hökumət dairələrində İslam ruhunun yaradılması.
  6. Məmurların şəxsi həyatının nəzarət altına alınması və şəxsi yönlə əməli yön arasında ayrıseçkilik etməmək.
  7. Dövlət dairələrində iş saatı yay-qış vacibatının icra olunmasını asanlaşdıracaq bir şəkildə nizamlanmalı və beləcə, gecə vaxtı işləməyin qarşısı alınmalıdır.
  8. Rüşvətə və iltimasa (xahişə) son vermək və yalnız ixtisasa və qanuni səlahiyyətlərə dayanmaq.
  9. Hökumətin bütün işləri İslamın hökm və təlimlərilə ölçülüb-biçilməlidir. Beləliklə, həbsxana və xəstəxanalardakı tərtibatlar İslam təlimlərinə zidd olmamalı, müxtəlif iş saatları – məcburiyyət olmadıqca – namaz vaxtları ilə uyğun gəlməli və rəsmi toplantılar da eyni şəkildə islami bir görünüşə sahib olmalıdır.

2. İctimai və elmi sahədə;

  1. Xalqın ictimai əxlaqa riayət etməsinə vərdiş etdirilməsi, bu cəhətdən qanunlara riayət edilməsini təmin etmək məqsədilə lazımi tərbiyənin verilməsi və əxlaqi günahlara verilən cəzaların ağırlaşdırılması.
  2. Qadın probleminin həm qadını ucaltmaq və həm də onu qorumaq əsasları nəzərə alınaraq, İslam təlimlərinə uyğun şəkildə həll olunması və qadının qorunması. Beləliklə, ən əhəmiyyətli ictimai bir mövzu olan bu məsələnin qərəzli qələmlərin və sapqın fikirlərin insafına buraxılmasının qarşısının alınması.
  3. İstər gizli olsun, istərsə də açıq, əxlaqsızlığın axırına çıxmaq və şərtləri nə olursa-olsun, zina edən şəxsə hədd vurmaq (evlidirsə daşqalaq etmək, subaydırsa 100 şallaq vurmaq) və zinanı böyük bir günah olaraq dəyərləndirmək.
  4. Müxtəlif oyunlar, lotoreya, yarış və ya başqa hansı növdə olursa-olsun, bütün formaları ilə qumara son qoymaq.
  5. Digər narkotik maddələrlə mübarizə aparıldığı kimi xəmr (içki) ilə də mübarizə aparmaq, içki içilməsini qadağan etmək və ümməti içkinin şərindən xilas etmək.
  6. Çılpaqlığa və açıq-saçıq geyinməyə qarşı çıxmaq, xanımları bu mövzuda lazımi həssaslıq göstərəcək bir şəkildə tərbiyə etmək, ələlxüsus qadın müəllimə və həkimlər, qız tələbələr və bunlara oxşar mövqedə olan digər xanımları da bu mövzuda lazımi şəkildə maarifləndirmək.
  7. Qızların təhsil proqramlarını təkrarən gözdən keçirmək və təhsilin yuxarı mərhələsində qız şagirdlərlə, oğlan şagirdləri bir-birindən ayırmaq.
  8. Oğlan və qız şagirdlərin bir-birinə qarışmasına mane olmaq və hər hansı bir kişi ilə hər hansı bir qadının xəlvətdə (tək başlarına) qalmalarını cəzalandırılması lazım olan günah kimi dəyərləndirmək.
  9. Bunu həyata keçirə biləcək hər bir vasitə ilə evlənməyə və övlad sahibi olmağa təşviq etmək, ailəni himayə edən, ailə qurmağa şövqləndirən və evlənmə problemini həll edə biləcək lazımi qanunlar çıxarmaq.
  10. Bar və pavilyonların bağlanması, rəqqasəliyin yasaq edilməsi və buna bənzər digər şeylərin qarşısının alınması.
  11. Teatrların və kinoların əməlli-başlı nəzarət altına alınması, ssenarilərə və filmlərə senzura tətbiq edilməsi.
  12. Mahnıların mənfi tərəflərinin aradan qaldırılması, seçilməsi və bu mövzuda tədbirlərin daha da ciddi bir şəkil alması.
  13. Ümmət arasında yayımlanacaq konfrans, himn və digər müxtəlif mövzuların yaxşıca seçilməsi və radio stansiyalarının fəzilətli əxlaqi tərbiyəni həyata keçirə biləcək bir vasitə olaraq istifadə edilməsi.
  14. Çaşqınlıq yaradan xəbərləri, şübhələr oyandıran və fəsad meydana gətirən kitabları, əxlaqsızlığı yayan və şəhvəti çox istismar edən qəzetlərə ciddi nəzarət etmək və senzuradan keçirmək.
  15. Yay tətillərində “hər şeyi icazəli bilməli” məqsədini və qarışıqlığı aradan qaldırmaq və yay tətillərinin keçirildiyi düşərgələrə düzgün bir tərtibat vermək.
  16. Ümumi çayxana və qəhvəxanaların açılma və bağlanma saatlarının məhdudlaşdırılması, orada işləyənlərin və oraya çox get-gəl edənlərin nəzarət altında saxlanması, onlar üçün yararlı olan şeylərə istiqamətləndirilməsi və bu cür yerlərin uzun müddət açıq qalmalarına icazə verilməməsi.
  17. Belə çayxana və qəhvəxanalardan oxumaq və yazmaq bilməyənlərə oxuma və yazma öyrətmək üçün istifadə edilməsi. Bu işdə icbari xidməti olan və işsiz-gücsüz oturan tərbiyəçi və tələbələr yardımçı ola bilərlər.
  18. İqtisadi, əxlaqi və ya başqa hər hansı bir baxımdan zərərli olan adətlərə qarşı çıxmaq və kütləni bu kimi adət və davranışlardan başqa yararlı vərdişlərə və adətlərə doğru istiqamətləndirmək və ya bunları məsləhətə uyğun bir hala gətirmək; sevinc, matəm, mövlud, müxtəlif mərasim və bayramlar kimi. Bütün bu mövzularda dövlətin özü, gözəl bir nümunə olaraq ortaya çıxmalıdır.
  19. Hisbə davalarının qəbul edilməsi, Ramazan ayında orucu yemək və ya bilərək qəsdən namazı tərk etmək və dinə küfr etmək vəziyyətində olduğu kimi, İslam təlimlərinə zidd hərəkət etdiyi və ya bunların həddini aşdığı təsbit edilən şəxslərin lazımi şəkildə cəzalandırılmaları.
  20. İcbari tədris yerlərinin kəndlərdə məscidlərin tərkibinə daxil edilməsi, təmizlik baxımından nizamlı vəziyyətə salınması və kiçiklərin namaza, böyüklərin də elmə vərdiş edəcək bir şəkildə lazımi diqqətin göstərilməsi.
  21. Təyinatı nə olursa-olsun məktəblərdə vəziyyətlərinə görə dini tədrisin ana bir xətt olaraq qəbul edilməsi və həmin vəziyyətin universitetdə də yaradılması.
  22. Ümumi insanların üzünə açıq olan və məhəllə məktəblərində Quranın əzbərlənməsinə təşviq edilməsi, dini və lüğəvi tədrislə bağlı olan elmi başlıqların əldə edilə bilməsi üçün də Quranın hifz edilməsinin şərt qoyulması, bununla bərabər bütün məktəblərdə Quranın bir hissəsinin əzbər öyrənilməsinin nəzərə alınması.
  23. Təhsil səviyyəsini yüksəldəcək, eyni məqsədə yönəldilmiş pillələrini birləşdirəcək, ümmətin müxtəlif təbəqələri arasındakı mədəniyyət fərqini bir-birinə yaxınlaşdıracaq, ibtidai təhsildə, ələlxüsus fəzilətli bir ruhi tərbiyəni nəzərə alacaq və tam doğru bir əxlaqi həyata hazırlayacaq və bütün bu məqsədləri həyata keçirə biləcək bir şəkildə dəyişməz təhsil və tədris siyasəti müəyyənləşdirmək.
  24. Bütün tədris pillələrində ərəb dilinə əhəmiyyət vermək və ibtidai tədrisdə yalnız ərəb dili təlimi üzərində dayanmaq, başqa heç bir dilə yer verməmək.
  25. İslam tarixinə, milli tariximizə və İslam mədəniyyəti tarixinə lazımi əhəmiyyət vermək.
  26. Pilləvari bir şəkildə ümmətin hamısına eyni paltarı geyindirməyin ən yaxşı yolunu araşdırmaq.
  27. Dil, adət, geyim, tərbiyəçi və süd anası kimi mövzularda əcnəbilərə bənzəmək ruhuna son vermək və ələlxüsus cəmiyyətin yuxarı səviyyəsində olanlardan bu işə başlamaq.
  28. Qəzetlərə gözəl bir şəkildə istiqamət vermək, müəllif və yazarları İslam və Qərb mövzularını mənimsəməyə təşviq etmək.
  29. Müxtəlif yollarla sağlam olmanın əhəmiyyətini başa salmaq, xəstəxana, həkim və səyyar tibb heyətlərini artırmaq yolu ilə ümumi səhiyyə məsələlərinə əhəmiyyət vermək və dərman əldə etmə yollarını asanlaşdırmaq.
  30. Nizam, təmizlik, suyun artırılması, mədəni yollarla rahatlığı təmin etmək və lazımi təhsili həyata keçirməklə kəndin işlərini qurmaq.

3. İqtisadi sahədə;

  1. Şəri təlimlərə uyğun olaraq gəlir və xərc baxımından zəkatı qaydasına salmaq və çarəsizlərin yuvaları, fəqirlərin və yetimlərin sığınacaq və pansionatları kimi varlıqları labüd olan, xeyirli təşəbbüslərdə və ordunun gücləndirilməsində ondan (zəkatdan) yararlanmaq.
  2. Faizin yasaq edilməsi və bu məqsədi həyata keçirə biləcək bir şəkildə bankların açılması, xüsusən hökumətin öz təşəbbüslərində faiz almadan geri çəkilməsi. Eynilə dövlətə aid banklarda faiz almaqdan vaz keçilməsi kimi.
  3. İqtisadi təşəbbüslərə təşviq etmək, bunların sayını artırmaq, işsiz vətəndaşları bu yerlərdə işlətmək, əcnəbilərin əlində olan iş sahələrini tamamilə milliləşdirmək.
  4. Xalqı şirkətlərin təzyiqindən xilas etmək, onları hədlərini aşmamağa məcbur etmək və ictimaiyyətin mənafeyinə xidmət edən hər cür faydalı işləri həyata keçirmək.
  5. Onların (xalqın) maaşlarını qaldırmaq, əlavə ödəmələrini və mükafatlarını tam şəkildə verməklə kiçik məmurların vəziyyətini yaxşılaşdırmaq və böyük məmurların maaşlarını azaltmaq.
  6. Vəzifələri məhdudlaşdırmaq, müəyyən bir səviyyədə dondurmaq və yalnız məcburi olanlarla kifayətlənmək, işi vəzifəlilər arasında ədalətlə paylaşdırmaq və bunu araşdırmaq.
  7. Aqrar və sənaye təhsilinin təşviq edilməsi və əkinçi ilə sənətkarın artıq istehsal həyata keçirə bilmək baxımından inkişaf etmələrinə əhəmiyyət vermək.
  8. Texniki və ictimai sahələrdə işləyənlərin vəziyyətlərinə lazımi diqqəti göstərmək və həyatın müxtəlif sahələrində yaşayış səviyyəsini yüksəltmək.
  9. Boş ərazilərdən və istifadə olunmayan bağlar kimi təbii gəlir mənbələrindən istifadə etmək və onlardan faydalanmaq.
  10. Proqramlaşdırma və praktika sahələrində zəruri olanları xəyali olanlardan önə gətirmək.

“Müsəlman Qardaşlar Cəmiyyəti”nin

Ümumi İrşad Bürosu (Qahirə)

“FİTRƏT” jurnalı, № 3 (17) – 2008

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma