Archive | Fevral 2016

XOCALI FACİƏSİ VƏ NƏTİCƏLƏR

xocalıBəşər tarixində elə faciələr olmuşdur ki, onları də­qiq bir şəkildə ifadə etmək, həmin faciələrin dəhşətini, vəhşətini olduğu kimi beyinlərə və hisslərə çatdırmaq mümkün deyildir. Kəlmələr həmin hadisələrin beyinləri durduracaq, ürəkləri ağızlara gətirəcək və insanın bütün vücudunu donduracaq qədər böyük təsirini tərənnüm etməkdən acizdir. Hətta qısametrajlı filmlər, videoçəkilişlər belə həmin faciələrin müəyyən hissəsini əks etdirir və onların tam əhatəli tərənnümünü verməsi, qorxunc səhnələri hər tərəfli olaraq beyinlərdə canlandırması mümkün deyildir. Oxumağa davam et

AVROPA BİZƏ NƏ VERDİ

avropaAvropalılar bütün pislikləri və öldürücü mikrobları ilə materializm dalğasının İslam aləmini bürüməsi üçün var gücləri ilə fəaliyyət göstərdikləri azmış kimi, müsəlmanların fənn və sənətlərdən, elm və texnikadan, yararlı qurum və sistemlərdən məhrum qalıb yararlanmaması üçün də əllərindən gələn hər şeyi etmişlər. Bu cəmiyyət müharibə planını çox yetkin bir şəkildə hazırlamış, siyasi zəkalardan və hərbi üstünlüklərindən yararlanaraq, müvəffəqiyyətlə tətbiq etmişlər. Bu dağıdıcı taktikaları belə ümumiləşdirə bilərik: Oxumağa davam et

QURANIN DƏYƏRİ[1]

QuranGünümüzdə müsəlman ümmətin Qurana qarşı davranışı bu şəkildədir: Quran-kərim olsa da olar, olmasa da. Ona əməl edilsə də olar, edilməsə də… Hər iki vəziyyətdə də dəyişən bir şey yoxdur. Halbuki Allah-Taala Quran-kərimi möhkəm bir kitab, əhatəli, ümumi bir nizam, dini və dünyəvi məsələləri tənzimləyən bir qanun olaraq nazil etmişdir. Quranın “Fussilət” surəsinin 42-ci ayəsində buyurulur: “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”. Oxumağa davam et