AVROPA BİZƏ NƏ VERDİ

avropaAvropalılar bütün pislikləri və öldürücü mikrobları ilə materializm dalğasının İslam aləmini bürüməsi üçün var gücləri ilə fəaliyyət göstərdikləri azmış kimi, müsəlmanların fənn və sənətlərdən, elm və texnikadan, yararlı qurum və sistemlərdən məhrum qalıb yararlanmaması üçün də əllərindən gələn hər şeyi etmişlər. Bu cəmiyyət müharibə planını çox yetkin bir şəkildə hazırlamış, siyasi zəkalardan və hərbi üstünlüklərindən yararlanaraq, müvəffəqiyyətlə tətbiq etmişlər. Bu dağıdıcı taktikaları belə ümumiləşdirə bilərik:

1. Müsəlmanların başında duran dövlət adamlarını, onlardan borc almağa və tövsiyələrini tətbiq etməyə təşviq etmişlər. Beləcə İslam dünyasına iqtisadi müdaxilə haqqını qazanmış, sərmayələri, bankları və şirkətləri ilə İslam aləmini istila etmişlər. Nəhayət, iqtisadi işlərin çarxını tamamilə əllərinə keçirmişlər.

2. İslam ölkələrində idarəçilik, mühakimə və təlim-tərbiyə əsaslarını dəyişdirmiş, siyasi, mədəni və məhkəmə sisteminə öz təsirlərini etmişlər.

3.İçki, qadın, əxlaqa zidd teatr, dağıdıcı və zəhərləyici kino, çılpaqlıq və haram münasibətləri İslam aləminə daxil etmiş və yayılmasına çalışmışlar.

4. Əqidəsizliyi və materializmi yayan, müsəlman uşaqlara vətən və millətlərini necə alçaldacaqlarını, əqidə və dəyərlərindən necə təcrid ediləcəklərini, bunun yerinə qərbə aid olan hər şeyi necə müqəddəsləşdirəcəklərini və sadəcə Avropadan gələn şeyləri ideal nümunə qəbul edəcəklərini öyrədən məktəblər açdılar və bu məktəblərdə nəsillər yetişdirdilər.

Bu məktəblərdə sadəcə elit təbəqənin uşaqları oxudu və onların oxuma haqqı tanındı. Bildiyimiz kimi, bunlar da idarəçi, zəngin, dövlət adamı və ölkənin cilovunu əlində tutan şəxslərdir. Şübhə yoxdur ki, mədəni və sosial müharibələr hərbi və siyasi müharibələrdən çox qorxuludur.

Qərb əldə etdiyi texnika, sivilizasiya və maddi sahədəki üstünlüklə bütün dünyanın himayəçisi vəziyyətinə gəldiyini, xalqlara hakim olma, işlərini əlində tutma, ideal və arzularını həqiqətə çevirmək üçün bütün bunlardan yararlanma haqqına sahib olduğunu iddia etməkdədir. Alimlərinin kainatın bəzi qüvvələrini kəşf etməsi və bu qüvvələrdən yararlanaraq, dünyada başqalarının sahib olmadığı imkanlara sahib olub həyatın hər cür nemətindən yararlanması Qərbə bu cür iddialar irəli sürməyə imkan yaratmışdır.

Doğrusu, Qərbin bu sistemlərinə aldandıq və onlara təslim olduq. Onları bağrımıza basdıq və özümüzü qərb mədəniyyətinin qucağına atdıq. Hər bir bölgəmiz Avropanın bir parçası olmaq üçün işləməyi ən böyük cihad hesab etdi. Avropasayağı həyat tərzindən bir şey əldə etdiyindən başqa bölgələrin insanlarından üstün olduğu iddiasına düşdü və onlara qarşı öyünməyə başladı. Bunu irəliləyişinin və inkişafının ölçüsü kimi qəbul etdi. Bu məsələdə o qədər ifrata vardıq ki, Avropanın bütün ürf və adətləri, lüks və aldadıcı xarici görünüşü, əxlaqsızlıq və xəstəlikləri ağıllarımızı, zehinlərimizi, evlərimizi, əxlaq və hissimizi, ruh və beynimizi istila etdi. Bu fikri və ictimai işğalın yanında başqa bir təhəkküm İslam aləmini qucaqladı, sahib olduğumuz bütün dəyər, fəzilət və fərqləndirici xüsusiyyətlərimizi yıxmağa çalışdı. Həm də bu, mədəni müharibənin şiddətlənməsinə və əhatəli olmasına çalışdı. Bizi yox olma ilə Avropanın köləsi və surəti olma arasında seçim etməyə məcbur etdi.

Bu gözqamaşdıran aldadıcı mənzərələrin arxasında maddi və mənəvi varlığımız üçün gizlənmiş böyük təhlükəni görə bilmədik. Bunlara aldanıb izzətimizi, şərəfimizi, missiyamızı və vəzifəmizi unutduq. Toxunulmazlıqlarımızı özümüz alçaltdıq. Qərbin bizdən istədiklərini istəyərək və ya qorxaraq qəbul etdik və bütün tələblərini yerinə yetirdik. Nəticədə isə bu gün altını çəkdiyimiz fəlakət və müsibətlər doğdu.

Bir də baxdıq ki, Avropa mədəniyyətinin özü sarsılmağa və təməli çökməyə başlamışdır. Şəxsən sahiblərinin uçan binanın qarşısını almağa, çökməyə doğru üz tutan qala divarlarını, bütün cəhdlərinə baxmayaraq, çökməkdən qorumağa gücləri çatmamaq üzrədir.

Bir tərəfdən mədəni çalxalanmalar və üsyanlar, bir tərəfdən maliyyə böhranları və siyasi böhranlar, acısını şiddətlə çəkdikləri ruhi boşluqlar və yoxsulluq, digər tərəfdən Avropa cəmiyyətini sıxıb qovuran əxlaqi pozğunluqlar və kütlələri bataqlığa sürükləyən ictimai xəstəliklər. Bütün bunlar qərb sivilizasiyasının iflas işarələri, qərbin maddi və heyvani zövq üzərində qurduğu materialist mədəniyyət divarının yıxılma əlamətləridir. Xalqların həyatında ən güclü təsir və insan kimi yaşamanın ən üstün tərəfi olan ruhi və əxlaqi yönə qarşı səhlənkarlıq edərək, qərbin sırf ləzzət və şəhvət təməlləri üzərində qurduğu materialist mədəniyyətin çatlayan sütunlarının səsləridir bunlar.

Pərdələr qalxdı və qərblilər vəziyyəti dəyişdirmək üçün hərəkətə gəldilər. Amma bizim gözümüzdəki pərdələr qalxdımı? Yoxsa qış yuxumuz davammı edir? Qərb xəbərdaredici səslərə qulaq asaraq, mədəniyyətində islahatlar aparır. Əcəba, bizim də özümüzə gəlməyimiz və qafillikdən ayılmağımızın vaxtı deyilmi?

Ey müsəlman, kəskin baxışlarla bax! Gözünü dörd açaraq həqiqətləri araşdır! Bu gözqamaşdıran yalan görüntülər və bəzəklər səni aldatmasın. Dünyaya hakim olduğumuz gün bütün bəşəriyyət həqiqi hürriyyət, insaflı ədalət və əsl səadət neməti yaşayırdı. Çünki müsəlman bir yeri fəth etdiyi, yaxud bir ölkəyə girdiyi zaman, bunu yalnız insanlar arasında ədaləti bərqərar edən və bütün insanları bərabər tutan, fərdlərin və irqlərin deyil, haqqın və ədalətin üstünlüyünün əsas prinsip kimi hakim olması zərurətinə əmin olduğu üçün etmişdir. İnsanları və ölkələri istismar etmək, yaxud boyunduruğu altına alıb, qeyri-insani münasibət göstərmək üçün deyil, qula qulluqdan çıxarmaq və hamısının eyni zamanda Rəbbi olan tək Allaha qulluq etmələri lazım olduğuna bütün qəlbi ilə inandığı üçün bunu etmişdir.

Dövr dəyişdi və lider olan güclü İslam ümməti çökdü. Dünən şagirdi və təqlidçisi olan şəxslər artıq ona hakim kəsildi. Sahib olduqları müxtəlif qüvvələrlə onu boğmağa çalışdı. Bunun nəticəsi olaraq vəzifəmizi və missiyamızı unutduğumuzdan Avropanı kor-koranə təqlid düşüncəsi yarandı və yoluxucu bir xəstəlik kimi müsəlmanlar arasında yayıldı. Biz öz mənliyimizi və üstünlüyümüzü itirdiyimiz kimi, insanlıq da İslamın aydınlıq günəşindən faydalanmaqdan məhrum oldu. Bu cəhətdən  düşmənin bizə etməyəcəyi pisliklər etdik və zərərlər verdik. İnsanlıq həqiqəti tapmağa, haqq və ədaləti gerçəkləşdirməyə çalışdığı vaxt, biz özümüz özümüzü inkar etdik və sahib olduğumuz bütün bu dəyərlərdən əlimizi çəkdik.

QƏRBSAYAĞI HƏYATIN TƏZAHÜRLƏRİ

Avropasayağı həyat bu şəkillərdə təzahür etmiş və özünü göstərmişdir:

1. Materializm: Allahın varlığı, birliyi və hökmranlığı haqqında şübhələr yaratma və ətrafa yayma, mənəviyyatın və ruhun inkarı, aləmin sadəcə hisslərlə idrak edilə bilən maddi tərəfini qəbul etmə və orada qalma.

2. Şəhvani istəklərin təmin edilməsi üçün hər şeydə sərbəstlik, ləzzət üzərində toplanmaq, əyləncə və zövqlərə dalmaq, bütün heyvani hissləri nəzarətsiz və ölçüsüz buraxmaq, mədə və cinsi şəhvəti təmin etmək. Qadını bütün cazibə və «təhrik silahları» ilə təchiz edərək küçələrə salmaq, şeytanın ordusu olaraq vəzifələndirmək. Ağılları və vücudları xarab edəcək və insandan çox heyvanlara yaraşan səviyyəyə düşürəcək qədər haramlara və pisliklərə dalmaq, ailə nizamını yıxacaq və evlərin səadətini öldürəcək tərzdə fahişəlik və əxlaqsızlığa şərait yaratmaq.

3. Şəxslərdə eqoistlik və praqmatizm (yəni mənfəətpərəstlik): Hər bir kəs sadəcə öz çıxarını və yararını düşünməkdədir. Siniflər bir-birilə boğuşmaqda və hər biri digərindən üstün olduğunu iddia etməkdədir. Xalqlar da bir-birini qəbul etməməkdə və üstünlük ardınca qaçmaqdadırlar. Hamısı da bir-birini alçaltmaqda və özündən aşağı saymaqdadır.

4. Faiz (sələm) və onun qanuniliyini müdafiə etmək, iqtisadi və ictimai əlaqələrin əsası saymaq, bütün növlərində və şəkillərində hünər qazanmaq, iqtisadiyyatın faizsiz işləməyəcəyinə inandırmaq və müdafiə etmək.

Modern mədəniyyət insan toplumunu gerçəkləşdirməkdə, dünyada hüzur və sülhü təmin etməkdə aciz olduğunu, insanlara xoşbəxtlik gətirmədiyini isbat etmişdir. İnsanların qarşısında açdığı elm və mərifət üfüqlərinə, təmin etdiyi maddi imkan və boşluqlara baxmayaraq, belə bir cəmiyyəti yarada bilməmiş və yarada bilməkdə aciz olduğu aşkar olunmuşdur. Çünki materialist olaraq qurulmuş və ruhsuz başlamışdır. Öz-özünü yeyib qurtarmaqdadır. Döyüş təyyarələri göydələnləri partladır, elm ruhları biçir, minlərlə, hətta milyonlarla insanı məhv edir. Bombalar həyatı Cəhənnəmə çevirir.

HƏSƏN ƏL-BƏNNA

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma