ÖLMƏ SƏNƏTİ

3-15Bəli, ölmə sənəti! Ölmək də sənətlərdən biridir. Bəzi insanlar bu sənəti çox yaxşı bacarır və şərəfli şəkildə necə öləcəyini bilirlər. Ölümü üçün şərəfli meydanı və münasib zamanı necə seçəcəyini bilir. Beləcə, qanının hər damlasını ən baha qiymətə sata bilir və insanların təsəvvür edə biləcəyindən daha böyük qazanc əldə edir. Dünya xoşbəxtliyini və axirət mükafatını qazanır. Ömründən də zərrə qədər belə əskilmir, həyatından bir gün də azalmır. Allahın təyin etdiyi əcəli də tezləşdirmir.

Bəzi insanlar da var ki, qorxaqdırlar, zillətlə yaşayırlar. Bu sənətin sirrini bilmir, fəzilət və məziyyətlərini tanımırlar. Ona görə də hər biri gündə min dəfə zillətlə ölür, bu ölümləri ilə bərabər yenə zillətlə öləcəyi böyük ölümü gəlincəyə qədər yaşayır. Böyük ölümü gəldikdə isə, hər cür izzət və şərəfdən məhrum, alçaq və bəsit bir varlıq olaraq ölür. Ömrü tükənmiş, həyatı keçmiş, lakin heç bir qarşılıq ala bilməmiş, qanını hədər etsə də, heç bir şərəf də qazanmamışdır.

Quran-kərim müsəlmanlara bu sənətin sirrini öyrətmiş, onlara bunun fəzilətlərini, qazanclarını və məziyyətlərini başa salmış, bir çox şəkildə bu sənətdə üstün hünər göstərmək istəmişdir. Məsələn, belə buyurur: “Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Allaha və Onun Rəsuluna iman gətirərsiniz. Allah yolunda malınız və canınızla cihad edərsiniz. Bilsəniz, bu sizə nə qədər xeyirlidir! (Əgər belə etsəniz). O, sizin günahlarınızı bağışlayar, sizi altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bu, ən böyük qurtuluş və uğurdur! Sevdiyiniz başqa bir şey də var: Allah dərgahından kömək və yaxın qələbə. (Ya Peyğəmbər!) Möminlərə müjdə ver!” (“Səff”, 10-13).

“Allah möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır, çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmişdir. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu ən böyük qurtuluş və uğurdur!” (“Tövbə”, 111). Bunu ifadə edən ayələr Quran-kərimdə çoxdur.

Rəsulullah, onun əshabı və bu ümmətin sələfləri (əcdadları) bunu bilmiş, təyin edilmiş qəza və qədəri aşa bilməyəcəklərini, yazılan və böyük sayılan mükafatdan məhrum ola bilməyəcəklərini, əcəlin xaricinə çıxa bilməyəcəklərini dərk etmiş, ona görə də ölmə sənətində fövqəladə hünər qazanmışlar. Peyğəmbər buyurmuşdur: “Ümmətim üçün çətin olacağını bilməsəydim, heç bir səriyyədən geri qalmazdım (Həzrət Peyğəmbərin şəxsən iştirak etmədiyi süvari dəstələr). Allah yolunda öldürülüb dirilməyi, təkrarən öldürülüb dirilməyi, təkrarən öldürülüb dirilməyi arzu edirəm”.

Böyük bir əshabə şəhid edildikdən sonra Böyük Allah ondan nəyin arzusunda olmaq istədiyini soruşduqda, belə cavab verir: “Təkrarən dünyaya gəlmək və Allah yolunda təkrarən öldürülmək!” Həzrət Əbu Bəkr Xalid ibn Vəlidə verdiyi böyük və misilsiz tövsiyəsində belə deyir: “Ey Xalid! Ölməyi çox istəsən, çox yaşayarsan”.

 Ondan sonra müsəlmanlardan nəsillər gəldilər. Dünyanı özlərinə hakim etdilər. Başları oyun və əyləncəyə qarışdı, güc qaynaqlarına qarşı səhlənkarlıq etdilər. Ölmə sənətini unutdular! Həyatı sevdilər. Yalançı bir ad, müvəqqəti bir məqam, yox olan bir mal və bayağı bir şöhrət üçün vuruşub yarışdılar. Məhv olsun para və pula qul olanlar! Qəhr olsun dünyaya ibadət edənlər! Məhv olsun məxmər və ipək üzərində ömür sürənlər!

Ona görə də zillətə düşdülər. Düşmənə məğlub oldular. Dünya xoşbəxtliyini əllərindən verdilər. Axirətdə isə çəkəcəkləri daha  böyük olacaq. Peyğəmbərin bu buyuruğuna muxatab oldular: “Müsəlmanlar başına millətlər yığışar, Allah düşmənlərinin qəlbindən qorxunu aparar və müsəlmanların qəlbinə rahatlıq verər. Bu rahatlıq da, şübhəsiz, dünyaya qulluq və ölümə nifrətdir”.

Bu alçaq xasiyyət müsəlmanların hiss və zehinlərini zəbt etmiş və qəlblərini hər tərəfli bürümüşdür. Lakin Quran əhlinin dayandığı və sığındığı ilahi rəhmət onları bu vəziyyətdə buraxmadı. Nəhayət, Fələstin məsələsi ortaya çıxdı.

Beləcə, saf  mərəz haqdan ayrıldı. Möminin nəfsi parıldayan və cihad edən həqiqi paltarı ilə ortaya çıxdı. İncinin üzərindən pas getdi. Qorxunc basqı və şiddət alovu altında xalis olan bir-bir seçildi.

Müsəlmanların qəhrəmanlarından və sələf ordusundan yenidən bir qrup insan ölmə sənətini tətbiq etməyə başladı. Bu axım Müqəddəs Hərəm-Qüdsün ətrafında az olan mücahid qrupun ruhundan böyük bir müsəlman gəncliyə sirayət etdi. Ürəklərin döyündüyü bu şüurla kəndlər, küçələr, meydanlar, evlər və məktəblər canlandı. Abbasilərin paytaxtı Bağdadda, Əməvilərin paytaxtı Şamda, Misirin paytaxtı və Səlahəddin Əl-Əyyubinin qərargahı, xaçlı əsgərləri acı məğlubiyyətə uğradan, daha sonra dənizə tökən və Məscidi-Əqsadan məğlub halda geri qaytaran Qahirədə hər yer bu coşqu ilə daşdı.

Şübhə yoxdur ki, Fələstin birinci müdafiə xəttidir. İlk vuruş mərifətin yarısıdır. Fələstin məsələsi bir şərq məsələsi, yaxud sadəcə ərəblərin məsələsi deyildir. Əksinə, İslamın və bütün müsəlmanların məsələsidir. Həqiqətən, Allah Ona (yəni Onun dininə) yardım edənlərə yardım edər. O, çox fəzilətli, çox güclüdür.

HƏSƏN ƏL-BƏNNA

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma