Archive | Aprel 2016

QURANDAN DUALAR (ixtisarla)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

kuran-tefsir-2Öz bəndələrinin dua etməsinə izin verən, imanı, tövbəni və ağlamağı Özünə yaxınlaşma vasitələrindən qərar verən Allaha həmd olsun!

Salam və salavat olsun nəbilərin sonuncusu Mühəmmədə, onun ailəsinə və təqvalı tabeçilərinə!

Şükür və tərif əzimüşşən Pərvərdigarın müqəddəs zatına layiqdir ki, böyüklüyün, ehtiyacsızlığın və izzətin kamalı ilə Özünün lütf, mərhəmət, mehribanlıq və ülfət qapılarını Öz bəndələrinin üzünə açdı, kiçiyə, böyüyə, saleh insana, islah olunmaz insana, itaətkara, üsyankara, möminə və kafirə ümumi izin və rüxsət verdi ki, gecə və gündüzün hər saat və hər dəqiqəsində vaxtlı-vaxtsız, gizli-aşkar Onu çağırsınlar, vasitəsiz olaraq Onun Özü ilə danışsınlar. Oxumağa davam et