QƏDR GECƏSİ (SON ON GECƏDƏ AXTARILMALIDIR)

 

ghadr-16Qədr gecəsi ilə əlaqədar olaraq Quran-kərimdə müstəqil bir surə vardır. Bu surədə Allah-Taala Quranı Qədr gecəsində endirdiyini və bu gecənin min aydan daha xeyirli olduğunu bildirmişdir. “Bəqərə” surəsinin 185-ci ayəsində də Quranın ramazan ayında endirildiyi bəyan edildiyi üçün Qədr gecəsinin ramazan ayının içində olduğu qəti bir şəkildə başa düşülür. Lakin bunun ramazan ayının 19-cu, 21-ci, 23-cü və 27-ci gecələri olduğuna dair qəti bir dəlil yoxdur. Qədr gecəsi ilə əlaqədar hədislərə baxıldıqda Hz. Peyğəmbərin möminlərə tövsiyəsi Qədr gecəsini ramazan ayının son on günündə və ələlxüsus, tək gecələrində axtarmaları şəklində olmuşdur[1]. Buna görə Qədr gecəsi ramazan ayının 21, 23, 25, 27 və 29-cu gecələrindən hər hansı biri ola bilər. Yəni Qədr gecəsi zamanımızda müsəlmanlar tərəfindən ehya edildiyi və hamı tərəfindən bilinən sabit bir gecə deyil, əksinə gizlənmişdir. Mövzu ilə əlaqədar səhih rəvayətlərdən başa düşüldüyünə görə Rəsulullah belə Qədr gecəsinin ramazan ayının neçənci gecəsi olduğunu bilmirdi[2].

Qədr gecəsinin dəyərləndirilməsi/ehyası ilə əlaqədar olaraq Hz. Peyğəmbərdən bir dua istisna olaraq hər hansı bir ibadət tövsiyə olunmamışdır. Lakin Aişənin – Allah ondan razı olsun! – bildirdiyinə görə Peyğəmbər ramazan ayında digər aylardan daha çox ibadət edərdi. Son on gündə isə ibadətlərini bir az daha artırar, gecələri ehya edər, ailəsini də gecə ehya etsinlər deyə oyandırardı[3].

Bir gün Hz. Aişə Peyğəmbərdən: “Ey Allahın Elçisi! Qədr gecəsinin hansı gecə olduğunu başa düşsəm, o gecə necə dua edim?” – deyə soruşmuş, o da “Bu duanı oxu”, – buyurmuşdur: “Allahım! Sən Əfuvsan (günahları bağışlayansan), Kərimsən (comərdsən). Əfv etməyi sevirsən. Məni əfv et, bağışla!”[4]

“Qəndil Gecələri” məqaləsindən

(Bir qədər dəyişikliklə)

D-R: YƏHYA ŞENOL

Mütərcim: Xəyyam Qurbanzadə 

[1] Buxari, “Fəzlu Ləylətil-Qədr”, 2, 3, “Etikaf”, 1, 9, 13, Müslim, “Siyam” 213 (1167)

[2] Əvvəlki qeyddə izah edilən hədislərdə Peyğəmbər Qədr gecəsinin ona unutdurulduğunu söyləmişdir.

[3] Buxari, “Fəzlu ləylətil-Qədr”, 5, Müslim, “Etikaf” 8 (1175), Əbudavud, “Səlat”, 318, Tirmizi, “Saum”, 73, Nəsai, “Qiyamul-Ləyl”, 17

[4] “Tirmizi”, “Dəavat”, 84

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma