Archive | İyul 2016

QURAN AYƏLƏRİ İŞIĞINDA ÜSULİ-DİN (davamı)

ƏQLİ BAXIMDAN ALLAHA VƏ AXİRƏT GÜNÜNƏ İMAN GƏTİRMƏK VƏ ONUN FAYDALARI

KuranGərək hər kəs başa düşsün ki, Allaha və axirət gününə iman gətirməyin dünya və axirət üçün çox faydaları vardır. Digər əsaslara iman gətirmək belə deyildir. Çünki bu ikisinə iman gətirmək bəşərin fəsada mübtəla olmasının qarşısını alır, onu zülmdən, sitəmdən və xəyanətdən çəkindirir, çünki Allaha iman gətirir. Hansı Allaha? Bilmək lazımdır ki, Allah İlahdan başqadır. İlah kəlməsi şüursuz və cansız bir büt olmasına baxmayaraq, hər bir məbuda deyilə bilər. Lakin Allah kəlməsi bütün kamalatı (kamillikləri) Özündə cəmləşdirən bir Zat üçün işlənir. Deməli, Allah elə bir varlıqdır ki, hər şeyi zatən bilir, O, hər şeyə qadirdir. Oxumağa davam et

QURAN AYƏLƏRİ İŞIĞINDA ÜSULİ-DİN

MÜQƏDDİMƏ

Bütün həmdlər bizi haqq dinə doğru hidayət edən Allaha məxsusdur!

Əgər Allah bizi hidayət etməsəydi, biz hidayət oluna bilməzdik!

quran-rehal-and-chandleri_1396430729Bilin ki, səhih (doğru) və məqul (ağlauyğun) din odur ki, onun üsulları və əsasları bürhan (dəlil, sübut) və mədrəkə (sənədə) əsaslanmış olsun və ona aydın dəlil göstərilsin, nəinki keçmişdə yaşayanların sözləri. Çox təəssüflər olsun ki, İslam alimləri üsulların (dinin əsaslarının) və əqidələrin araşdırılması və dəlillə ələ gətirilməsi lazım olduğuna inanmalarına və bu mövzuda təqlidi (fikri dəlilsiz qəbul etməyi) caiz bilməmələrinə, hətta fəqihlərin risalələrində bu mətləb qeyd olunmasına baxmayaraq, İslam iddiaçılarının hər birindən “Sizin üsuli-dininiz neçədir və sənədiniz nədir?” – deyə soruşsan, cavabında ya aciz qalırlar, yaxud da öz fikirlərilə dəlillər gətirir və öz əqllərilə sübut sayırlar. Onlardan soruşuruq: Oxumağa davam et

5 İYUL AZƏRBAYCANDA FİTR BAYRAMI GÜNÜDÜR!

shw37_1MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT BƏYANAT VERMİŞ VƏ O BƏYANATDA H. Q. TƏQVİMİLƏ 1437-Cİ İL (M. 2016) ŞƏVVAL AYININ ƏVVƏLİNİ MÜƏYYƏN ETMİŞDİR

BƏYANATDA DEYİLİR: “Astronomik hesablamalar göstərir ki, h. q. təqvimi ilə 1437-ci il (m. 2016) şəvval ayının hilalı 2016-cı il iyul ayının 4-ü bazar ertəsi günü Qrinviç saatı ilə 11:01-də, yəni Beyrut şəhəri yerli saatla 14:01-də (Bakı vaxtı ilə 15:01-də) doğacaq. Oxumağa davam et