İSLAMI NİYƏ SEÇDİM

MƏQALƏNİN MÜƏLLİFİ 1950-ci İLDƏ İSLAMI QƏBUL EDƏN

AMERİKALI YƏHUDİ MƏRYƏM CƏMİLƏDİR (ƏVVƏLKİ ADI MARQARET MARKUS)

tesetturlu-kadinİslam dininə marağım on yaşında “bazar günü məktəbi”ndə oxuyarkən yaranmışdır. O zaman məni ərəblər və yəhudilər arasında olan tarixi əlaqə heyrətləndirmişdi. Yəhudi dərsliklərində Həzrət İbrahimin (Avraam) həm ərəblərin, həm də yəhudilərin əcdadı olması bildirilirdi. Orta əsr Avropa xristianlarının yüzillər sonra yəhudilərə etdikləri əziyyətləri və onların həyatının dözülməz həddə çatdırılması haqqında oxuyurdum. İslamın yayıldığı ölkələrdən olan İspaniya isə onları çox gözəl qəbul edib qucaq açmışdır. Bu, yəhudi mədəniyyətinin ən yüksək həddinə çatmasına təkan verən ərəb-İslam sivilizasiyasının nəcibliyinin təzahürü idi.

Sionizmin həqiqi əhəmiyyətini (məğzini) bilmədən mən safcasına düşünürdüm ki, yəhudilər Filistinə ərəblərlə dini və mədəni əlaqələrini möhkəmləndirmək üçün qayıdırlar. Onların (yəhudilərlə ərəblərin) Yaxın Şərqdə Qızıl Əsrin başlaması naminə öz güclərini birləşdirmələri niyyətində olduqlarını düşünürdüm.

Yəhudilərin tarixi ilə yaxından maraqlandığıma baxmayaraq, mənim “bazar günü məktəbindən” heç xoşum gəlmirdi. O zaman mən özümü Avropada nasizm zülmü altnda fəlakət içində yaşayan yəhudi xalqının bir nümayəndəsi olaraq qəbul edirdim. Bu səbəbdən mənimlə bir sinifdə oxuyan şagirdlərin və onların valideynlərinin öz dinlərinə qarşı laqeyd olmaları məni qəzəbləndirirdi. Sinaqoqda (yəhudi məbədi) dini mərasimlərin keçirildiyi zaman uşaqlar, adətən, dua kitablarının arasında gizlədikləri komiksləri oxuyur, ayinləri lağa qoyurdular…

Ailəmizdə olan ab-hava heç də dini qanunlara riayət etməyimiz üçün imkan yaratmırdı. Mən də, böyük bacım da “bazar günü məktəbinə” nifrət edirdik. Valideynlərimiz bizim bu vəziyyətimizi gördükdə bizi bu məktəbdən xaric edib özləri “Etik mədəniyyət hərəkatı” adlanan aqnostik humanist cəmiyyətinə daxil oldular. Beləcə, 11 yaşından 15 yaşadək mən hər həftə bu cəmiyyətin dərslərində iştirak etdim, burada aşılanan bütün fikirləri mənimsədim və nəticədə bütün ənənəvi dinlərə nifrət bəslədim.

Yeniyetmə dövrümdə humanistik fəlsəfəyə meyilləndim və onun təsiri altına düşdüm. Bu etiqad da intellektual cəhətdən böyüməyimə və ateizmin artıq məni qane etmədiyini anladığım dövrə qədər davam etdi. Mən yenə axtarışa yönəldim. Bir müddət Nyu-Yorkda fəaliyyət göstərən “Şərq və qərb karvanı” adlanan bahaist qrupuna daxil oldum. 18 yaşımda Mizraçi Hatzair adı ilə məşhur olan yerli dini sionist gənclik hərəkatının üzvü oldum.

Lakin yəhudilərlə ərəblərin düşmənçiliyini barışmaz edən sionizmin əsl mahiyyəti mənim üçün üzə çıxdıqda ikrah hissi ilə hərəkatı tərk etdim.

20 yaşında Nyu-York universitetində oxuyarkən seçdiyim fənlərdən biri “İslamda yəhudilik” mövzusunda leksiya kursları idi. Bu kursları ravvin professor Avraham İshaq Kafş aparırdı. Onun əsl məqsədi tələbələrə yəhudiliyin İslamdan üstün olduğunu isbat etməkdən ibarət olsa da, mənim tamamilə əks qənaətə gəlməyimə səbəb oldu.

Professor öz təlimini davam etdiyi zaman mən öz aləmimdə Əhdi-Ətiq və Talmudda oxuduğumu Quran və hədislərdə öyrədilən həqiqətlərlə müqayisə edirdim. Yəhudilik mənə naqis göründü… və ürəyim məni İslama yönəltdi…

Tərcümə etdi: Jalə Feyzullah

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma