İSLAMI NİYƏ SEÇDİM (davamı)

imagesƏslində mən hələ 1954-cü ildə İslamı qəbul etməyə qərar vermişdim, lakin ailəm məni bu fikirdən döndərə bildi. Onlar məni xəbərdar edirdilər ki, amerikalıların həyatına gözəl şəkildə uyğunlaşan xristianlıq və yəhudilikdən fərqlənən İslamı seçdiyim üçün məni bir çox problem gözləyir. İslamın məni ailəmdən və cəmiyyətdən tədric olunmağıma səbəb olacağını deyirdilər. O zaman mənim imanım onların təzyiqlərinə qarşı dayanmağım üçün o qədər də güclü deyildi.

Güclü həyəcan və emosional gərginlik mənim ciddi şəkildə xəstələnməyimə və universitetdə təhsilimi bitirmədən dayandırmağıma gətirib çıxaran səbəblərdən biri oldu və gələcəkdə də mənə heç bir diplom almaq nəsib olmadı. Növbəti iki ili evdə özəl firmanın tibbi personalı nəzarəti altında yataqda keçirdim. Vəziyyətim getdikcə pisləşirdi.

1957-ci ildən 1959-cu ilədək valideynlərim çaşqınlıq içində məni müxtəlif özəl və dövlət xəstəxanalarına yatırırdılar. O zaman mən özümə söz verdim ki, nə vaxtsa sağalsam və məni evə buraxsalar, İslamı seçəcəyəm.

Evə qayıtmağıma izin verildikdə İslam haqqında mənə məlumat verə biləcək insanları tapmaq üçün Nyu-Yorkdakı bütün əlaqələrimdən istifadə etdim. Təsəvvür edəcəyim və düşünə diləcəyim ən gözəl qadın və kişilərlə tanış oldum. İslami jurnallara məqalələr yazmağa və müxtəlif ölkələrin dini rəhbərləri ilə geniş şəkildə məktublaşmağa başladım. Mən Əlcəzairin baş alimi mərhum Şeyx Abrahimi, əl-Əzhərdən doktor Mühəmməd əl-Bəhai, doktor Mahmud F. Hoballah – o zaman Vaşinqton şəhərinin İslam mərkəzinin direktoru, Parisdən doktor Həmidullah, Cenevrə İslam mərkəzinin direktoru doktor Səid Ramazan, Maulanə Seyid Əbil Əla Məududi cənabları ilə məktublaşırdım.

Hələ kəlmeyi-şəhadəti, Allahın varlığı və birliyinə dair şahidlik gətirmədən öncə müasir aləmdə İslam dininin paklığının təhlükədə olduğunu aşkar etdim. Bu təhlükəni dini təlimlərin daxilinə (qeyri-ilahi) insan əqlinin məhsulu olan fəlsəfə və islahatların qarışığını gətirmə məqsədini daşıyan modernist cərəyanlar yaradır. Mən əminəm ki, bu modernistlərə öz istəklərini həyata keçirmə fürsəti verilsəydi, onlar həqiqi İslamdan heç bir əsər-əlamət qoymayacaqdılar! Hələ uşaq ikən ailəmin misalında öz gözlərimlə liberalların Uca Allah tərəfindən göndərildiyi dinin nə hala gətirildiyini gördüm.

Mən bilirdim ki, “islahat olunmuş” yəhudilik nəinki yəhudilərin mədəni assimilyasiyanın qarşısını almamış, əksinə bu prosesin inkişafına səbəb olmuşdur. Nəticədə onlar yalnız ad olaraq yəhudilik adını daşıdılar. Uşaq ikən “islahat olunmuş” yəhudiliyin ikiüzlülüyünü və səthiliyini ap açıq görürdüm.

Mən hətta kiçik yaşlarımdan anlayırdım ki, dinin bu cür kompromisli versiyası (variantı) öz tərəfdarlarının, xüsusilə də onların uşaqlarının sadiqliyini gözləməməlidi. Bu təhlükəli problemi Peyğəmbərin (s) ümmətində aşkar etdiyimdə mən dəhşətə gəldim! Ümmətin bəzi alimlərinin və siyasi rəhbərlərinin işlətdiyi günahların yəhudilərin işlətdiyi və Müqəddəs Quran-kərimdə Uca Allahın şiddətlə pislədiyi günahlarla eyni olduğunu bildikdə mən əsl şok keçirdim! Hələ ki, gec deyil, bu daxili təhlükə ilə mübarizəyə bütün ədiblik məharətimi və bacarığımı yönəldəcəyimə dair söz verdim. Çünki əminəm ki, biz həqiqi tövbə etməsək və öz əməllərimizi düzəltməsək, Allah bizim üzərimizdən bəlaları uzaqlaşdırmaz və yəhudilərin  kədərli aqibətini bizə də yaşadar.

Tərcümə etdi: Jalə Feyzullah

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma