MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “27 MAY ŞƏNBƏ GÜNÜ HİCRİ-QƏMƏRİ TƏQVİMİ İLƏ 1438-Cİ İL (M. 2017) MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”
Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq şənbə gününə təvafüq edən 2017-ci il may ayının 27-ni 1438-ci il mübarək ramazan ayının ilk günü elan etmişdir. Beləliklə, 2017-ci il may ayının 27-si şənbə günü mübarək ramazan ayının ilk günüdür. May ayının 26-sı axşam niyyət axşamıdır. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimi ilə 1438-ci ilin (m. 2017) ramazan ayının hilalı may ayının 25-i cümə axşamı günü Qrinviç saatı ilə axşam 19:44-də, yəni Beyrut şəhəri yerli saatla gecə 22:44-də (Bakı vaxtı ilə 23:44-də) doğacaq və hilalı dünyanın heç bir məntəqəsində nə adi gözlə, nə də yaxınlaşdırıcı cihazlarla görmək mümkün olacaqdır. Buna görə də cümə günü şəban ayının 30-cu günü hesab olunur. Beləliklə, may ayının 27-si şənbə günü ramazan ayının ilk günüdür. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa görə bu hökm Yer kürəsinin hər iki hissəsinə – Şərq və Qərb hissələrinə şamil edilir.
Şənbə gecəsi (cümə günü axşam) Şimali və Cənubi Amerikada və Afrika qitəsinin bir çox bölgələrində hilalın adi gözlə və asanlıqla görünməsi mümkün olacaqdır (sxemə diqqət edilsin). Həmçinin hava açıq və buludsuz olarsa, bizim ərəb və İslam bölgələrində də hilalın adi gözlə və həmin bölgələrin bəzilərində isə yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsi mümkün olacaqdır.
Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.
Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”
Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış ayı olsun! AMİN!
“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI
Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.
Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.
Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.