SƏFƏRDƏ ORUC TUTMAĞIN HÖKMÜ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Sual: Səfərdə oruc tutmaq icazəlidirmi?

Cavab: Çətinlik, yaxud zərər olmadan imkan surətində müsafirin də başqa şəxslər kimi oruc tutması vacibdir. Orucun tərk olunması üçün istisna mövzu hesab olunan xəstəlik kimi, səfər də yalnız çətinlik, yaxud zərər olaraq orucun yeyilməsinə səbəb ola bilər, vəssəlam. Səfər o cəhətdən xəstəliklə eyni kateqoriyaya daxil edilir ki, keçmişdə oruc halında edilən səfərlər xəstəliyin yaranmasına səbəb olurdu, yoxsa hər bir səfəri xəstəlik kateqoriyasına aid edə bilmərik. Hal-hazırkı müasir səfərlərdə çox vaxt insan öz evindən də rahat olur. Bu hökmün əsası “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər. …”[1] şərafətli ayəsidir ki, bu ayəyə görə vətəndə çətinlik orucun tutulmasına maneədir və hər bir səfərdə onun asan olması orucun tutulmasının səbəbidir (yəni səfərdə oruc tutmaq asan olarsa, mütləq tutulmalıdır).

Ümumiyyətlə, oruc üçün üzr olaraq müəyyənləşdirilmiş xəstəlik və səfər bu iki vəziyyətdə qarşıya çıxan zərər, yaxud xəstəliyə görədir.  Bu prinsipə əsasən yalnız bu iki vəziyyətdə (zərər, yaxud çətinlik) oruc vacib deyildir. Əlbəttə, bir surətdə ki, zərər, yaxud çətinlik qeyri-ixtiyari olsun, yaxud məcburi olduğu surətdə onu (yəni çətinliyi, yaxud zərəri) aradan qaldırmaq mümkün olmasın.

Müsafirlərin namaz və orucu haqqında Quran fəqihi Ayətullah Mühəmməd Sadiqi Tehrani Kitab və qəti Sünnəyə əsasən yeni bir araşdırma aparmış və öz araşdırmasını farsca əsəri olan “Müsafirlərin namaz və orucuna yeni baxış” adlı əsərində cəmiyyətə təqdim etmişdir. İnşallah əsərin azəri türkcəsinə tərcüməsi gələcək günlərdə haqq axtarışında olan oxuculara təqdim olunacaqdır.

[1] “Bəqərə”, 185

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma