MÜSƏLMANLARIN NƏZƏRİNƏ!

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! 

MÜSƏLMANLARIN NƏZƏRİNƏ!

(ÖLKƏ MÜSƏLMANLARI 80 DƏQİQƏ ARTIQ ORUC TUTMAĞA MƏCBUR EDİLİR!)

Hicri-qəməri təqvimilə 1438-ci il ramazan ayı (m. 2017, may-iyun) ilə əlaqədar “Qafqaz Müsəlmanları İdarəsi” tərəfindən hazırlanan ramazan təqvimində sübh namazının vaxtı Quranda və Sünnədə bəyan olunan şəri ölçüyə uyğun təyin olunmamışdır. Quranda fəcri-sadiq üçün göstərilən ölçü zamana çevrildikdə ciddi xətaya yol verilmişdir. Bu təqvimə əsasən ramazan ayının ilk günü üçün sübh namazının vaxtı qurani ölçüyə uyğun olan sübh namazının vaxtından 49 dəqiqə əvvəl müəyyənləşdirilmişdir. Bu vaxt oruca başlamaq (imsak) çətinlik yaratmaq istisna olmaqla heç bir problem yaratmır, lakin sübh namazı öz vaxtından 49 dəqiqə əvvəl qılınır ki, bu da onun batil olması ilə nəticələnir.

Qurana görə fəcrin ağ sapı qara sapından fərqləndiyi vaxt (“Bəqərə”, 187) – Buna fəcri-sadiq deyilir və müşahidələrə görə bu vaxt Günəş 9 dərəcə üfüqün altında olur – orucun, həmçinin sübh namazının başlandığı vaxtdır ki, el arasında buna “dan yerinin ağarması” deyilir. Bu vaxt üfüqdə işartı olduğuna görə hava alaqaranlıq (yarıişıq) olur.

İdarə tərəfindən hazırlanan təqvimdə üstəlik imsak (orucu pozan işlərdən əl götürmə) vaxtının sübh azanından 15 dəqiqə əvvəl olduğu qeyd olunmuşdur. Deməli, oruc tutan şəxs həmin təqvimdə göstərilmiş sübh namazından 15 dəqiqə əvvəl orucu batil edən işlərdən əl götürməli və həmin təqvimə əsasən 15 dəqiqə də gec iftar açmalıdır, çünki, məsələn ramazan ayının ilk günü iftar vaxtı 20:02-də olduğu bir halda İdarə tərəfindən hazırlanan təqvimdə iftar vaxtının (məğrib azanının) 20:17-də olduğu qeyd olunmuşdur. Bu o deməkdir ki, oruc tutan şəxs bu uzun yaz günlərində 80 dəqiqə artıq oruc tutmalıdır. Bu oruc tutanların səhhətində ciddi problemlər yaratmaqla yanaşı, eyni zamanda dində çətinlikdir də. Halbuki ayələr və hədislər dinin asanlığından və çətin olmamasından xəbər vermişdir. Allah-Taala Quranda buyurur: “Allah dində üzərinizə heç bir çətinlik qoymadı. …” (“Həcc”, 78)

“Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər. …” (“Bəqərə”, 185)

Peyğəmbər (s) buyurmuşdur: “Sizə asan və çətin olmayan bir şəriət gətirmişəm”. (“Vəsailuş-Şiə”, c. 8, s. 116)

Dediklərimizin daha yaxşı başa düşülməsi üçün prof. d-r Əbdüləziz Bayındır tərəfindən qələmə alınmış “Sübh namazının və orucun başlanması haqqında” (http://sabiqun.az/news/subh2.html) adlı məqaləni oxumağı sizə tövsiyə edirik. İnanırıq ki, həmin məqalə bu məsələ ilə əlaqədar yaranmış bütün şübhələri aradan qaldırıb doğru addım atmağınıza səbəb olacaq. Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə əlaqədar ilk araşdırmanı prof. d-r Əbdüləziz Bayındır başlamış və o, öz araşdırmalarının həqiqət olduğunu dini şəxsiyyətlərə və məqamlara dəlillərlə sübuta yetirmişdir. Lakin buna baxmayaraq, müəyyən səbəblərə görə bütün bunlar təqvimlərdə öz əksini tapmamışdır.

“Milli Görüş-Sabiqun” Hərəkatı

www.sabiqun.az  

www.muselmanqadin.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma