MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “25 İYUN BAZAR GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”
Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət bəyanat vermiş və o bəyanatda h. q. təqvimi ilə 1438-ci il (m. 2017) şəvval ayının başlanğıcını müəyyənləşdirmişdir. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimi ilə 1438-ci ilin şəvval ayının hilalı miladi təqvimi ilə 2017-ci il iyun ayının 24-ü şənbə günü Qrinviç saatı ilə sübh çağı 02:31-də, yəni Beyrut şəhəri yerli saatla səhər 05:31-də (Bakı vaxtı ilə 06:31-də) doğulacaqdır. Şənbə günü axşam (bazar gününün gecəsi) hilalın aşağıdakı şəkildə görünməsi mümkün olacaqdır:
- Cənubi Amerikanın şimal-qərb sahilində adi gözlə asanlıqla görünəcəkdir. Yaşıl rəngdə yerləşən ölkələrə baxın.
- Cənubi Amerikanın bir çox regionlarında və Şimali Amerikanın bəzi regionlarında ideal hava şəraitində adi gözlə görünməsi mümkün olacaqdır. Çəhrayı rəngdə yerləşən ölkələrə baxın.
- Afrikanın bir çox regionlarında yaxınlaşdırıcı cihazlar vasitəsilə görünəcəkdir. Tünd göy rəngdə yerləşən ölkələrə baxın.
Deməli, miladi 2017-ci il 25 iyun bazar günü mübarək Fitr bayramının ilk günüdür. Seyid Fəzlullahın “gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın yaxınlaşdırıcı cihazlarla belə görünməsi kifayət edir” fiqhi əsasına uyğun olaraq bu hökm Yer kürəsinin bütün şərq və qərb məntəqələrinə şamil edilir.
Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin! Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!”
İzah: Bəyanata və 2017-ci il şəvval ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 24 iyun axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da belə müştərək olduğumuz ölkələrin birində – yaşıl, çəhrayı və tünd göy rəngdə yerləşən ölkələrə baxın – ayparanın adi gözlə və teleskopdan istifadə etməklə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli (Fitr bayramı günü) sübuta yetmiş olur.
“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI
Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.
Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.
Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.