Archive | Dekabr 2017

ƏN BÖYÜK GÜNAH – ZƏKAT VERMƏMƏK

Bilindiyi kimi zəkat, həmçinin xüms İslamın əsasını təşkil edən sütunlardan (rüknlərdən) hesab olunur. Zəkat namazdan sonra ikinci önəmli ibadətdir, füruüddinin ikinci bəndidir. Onun vacib olması dinin zərurətlərindəndir. Allah Quran-kərimin bir çox ayələrində (27 ayədə) onu namazla birlikdə zikr etmiş və zəkat verməyən ümmətləri şiddətli cəzaya mübtəla etmişdir. Hədisi-şərifdə bildirilmişdir ki, zəkat verməyən şəxsin namazı qəbul olunmaz və onun bir qiratını verməyən şəxs istəyərsə yəhudi, istəyərsə xristian ölər. Oxumağa davam et

HƏSƏD

Mötəbər nəsslərdə haqqında əzab vədəsi verilmiş günahlardan biri də həsəddir. Həsəd bir şəxsə bir nemət, həm də ona layiq olan bir nemət verildikdə ondan məmnun olmamaq, onu istəməmək və o nemətin onun əlindən çıxmasını istəməkdir[1]. Bu isə qəti dəlillərlə haramdır. Allah-Taalanın təqdirini və hökmünü bəyənməmək deməkdir. Qəlbin çirkinliyidir, xəbislikdir. Oxumağa davam et

BİDƏT ÇIXARMAQ

Mütəvatir rəvayətlərdə əzab vədəsi verilmiş böyük günahlardan biri də “bidət çıxarmaq”dır. Bidət nədir? Hz. Peyğəmbər və kəramətli əshabələrin dövrlərində görünməyib həyata keçirilməyən, hətta bir bənzəri olmayan və İslam dinində olmadığı bir halda sonradan ortaya çıxan (ələlxüsus, tövqifi ibadətlər barəsində) və ibadət qəbul edilən fikir və əməllərə, Sünnəyə zidd olan davranışlara bidət deyilir.

Dində sonradan ortaya çıxan və haqqında hər hansı bir dəlil olmayan bu kimi vəziyyətlər haqqında Rəsulullah belə buyurmuşdur: Oxumağa davam et