BİDƏT ÇIXARMAQ

Mütəvatir rəvayətlərdə əzab vədəsi verilmiş böyük günahlardan biri də “bidət çıxarmaq”dır. Bidət nədir? Hz. Peyğəmbər və kəramətli əshabələrin dövrlərində görünməyib həyata keçirilməyən, hətta bir bənzəri olmayan və İslam dinində olmadığı bir halda sonradan ortaya çıxan (ələlxüsus, tövqifi ibadətlər barəsində) və ibadət qəbul edilən fikir və əməllərə, Sünnəyə zidd olan davranışlara bidət deyilir.

Dində sonradan ortaya çıxan və haqqında hər hansı bir dəlil olmayan bu kimi vəziyyətlər haqqında Rəsulullah belə buyurmuşdur:

“… İşlərin ən pisi (şərrul-ümur) yeniliklərdir (yeni ortaya çıxarılmış işlərdir). Hər bir bidət zəlalətdir! …”[1]

“… Sonradan meydana çıxarılan (icad edilən) hər bir şey bidətdir! … ”[2]

“Hər bir bidət zəlalətdir, hər zəlalət də atəşdədir”[3].

Həzrət Əli (ə) buyurmuşdur: “Sünnə Rəsulullahın getdiyi yoldur, bidət isə ondan sonra meydana çıxan işlərdir!”[4]

Bu barədə Peyğəmbər və hidayət imamlarından nəql olunan hədislər:

İmam Əli (ə) buyurmuşdur: “Dini bidət kimi heç nə dağıtmamışdır!”[5]

İmam başqa bir hədisində buyurmuşdur: “Bir bidətin yaranması, bir Sünnənin tərk olunmasıdır. Bidətlərdən qorunun və açıq-aydın yola tabe olun! İşlərin vacibləri və yaxşıları (əvazimi) onların ən fəzilətlisi, onların yeni ortaya çıxanları isə (yəni bidətlər) onların ən şəridir”[6].

İmam başqa bir hədisində buyurmuşdur: “Sayları çox olsa da bidət əhli Allahın əmrinə, Onun Kitabına və Onun Rəsuluna müxalif olan, öz rəylərinə və həvavü həvəslərinə əsaslanaraq əməl edən şəxslərdir”[7].

Peyğəmbər buyurmuşdur: “Bidət çıxardan şəxsi gördükdə ona üzünüzü turşudun!”[8]

Başqa bir hədisində buyurmuşdur: “Kim bidətkarın üzünə təbəssüm edərsə, öz dininin dağılmasına yardımçı olmuşdur!”[9]

Başqa bir hədisində buyurmuşdur: “Kim bidətkarın yanına gedib ona hörmət göstərərsə, İslamın dağılmasına səy etmişdir!”[10]

Peyğəmbər buyurmuşdur: “Allah-Taala bidətkarın orucunu, namazını, verdiyi sədəqəsini, həccini, ümrəsini, cihadını, tövbəsini və fidyəsini qəbul etməz!”[11]

Başqa bir hədisində buyurmuşdur: “Ümmətimin içində bidətlər meydana gəldikdə alim öz elmini üzə çıxarmalıdır. Kim bunu etməzsə, Allahın lənəti onun üzərinə olsun!”[12]

[1] “Müslim”, “Cümə”, 43

[2] “Nəsai”, “Kitabu Səlatil-Eydeyn”, 22, İbn Macə, Müqəddimə, 7

[3] Müslim, “Cümə”, 43, Əbudavud”, “Sünnə”, 6

[4] “Biharul-Ənvar”, c. 2, s. 266, h. 23

[5] “Mizanul-Hikmə”, c. 1, s. 318, h. 1626, “Bihar”dan nəql olunmuşdur.

[6] Həmin mənbə, h. 1623, İbn Əbilhədidin “Nəhcülbəlağənin şərhi” kitabından nəql olunmuşdur.

[7] Həmin mənbə c. 319, h. 1632, “Kənzul-Ümmal”dan nəql olunmuşdur.

[8] Həmin mənbə, s. 319, h. 1634, “Kənzul-Ümmal”dan nəql olunmuşdur.

[9] Həmin mənbə, s. 319, h. 1635, “Bihar”dan nəql olunmuşdur.

[10] Həmin mənbə, s. 319, h. 1639, “Bihar”dan nəql olunmuşdur.

[11] Həmin mənbə, s. 320, h. 1645, “Kənzül-Ümmal”dan nqəl olunmuşdur.

[12] Həmin mənbə, s. 321, h. 1649, “Kafi”dən nəql olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma