Archive | May 2018

MÜSƏLMANLARIN NƏZƏRİNƏ! (ÖLKƏ MÜSƏLMANLARI 76 DƏQİQƏ ARTIQ ORUC TUTMAĞA MƏCBUR EDİLİR!)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

 MÜSƏLMANLARIN NƏZƏRİNƏ!

(ÖLKƏ MÜSƏLMANLARI 76 DƏQİQƏ ARTIQ ORUC TUTMAĞA MƏCBUR EDİLİR!)

Hicri-qəməri təqvimilə 1439-cu il ramazan ayı (m. 2018, may-iyun) ilə əlaqədar “Qafqaz Müsəlmanları İdarəsi” tərəfindən hazırlanan ramazan təqvimində sübh namazının vaxtı Quranda və Sünnədə bəyan olunan şəri ölçüyə uyğun təyin olunmamışdır. Quranda fəcri-sadiq üçün göstərilən ölçü zamana çevrildikdə ciddi xətaya yol verilmişdir. Oxumağa davam et

BÖHTAN ATMAQ

Böyük günah olması qiyasi-əvləviyyəti-qətiyyə (qəti münasiblik – qiyasın məqbul olan bir növü) yolu ilə sübuta yetən böyük günahlardan biri də böhtandır. Böhtan başqa bir şəxsə onda olmayan bir şeyi, yaxud eybi nisbət vermək mənasını verir. Qeybət etmək, yəni insanda olan gizli bir eybi yad etmək böyük günah olduğu üçün insanda olmayan bir eybin zikr edilməsi mənasını verən böhtan əvləviyyət yolu ilə və əqlin qəti hökmünə əsasən böyük günah olacaqdır. Bəlkə, böhtan iki böyük günaha şamildir ki: qeybət və yalan. Oxumağa davam et