BƏYANAT: “15 İYUN CÜMƏ GÜNÜ AZƏRBAYCANDA MÜBARƏK FİTR BAYRAMI GÜNÜDÜR!”

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT:

“15 İYUN 2018-Cİ İL CÜMƏ GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanıb cümə gününə təvafüq edən 2018-ci il iyun ayının 15-ni 1439-cu il mübarək Fitr bayramı günlərinin ilk günü olaraq elan etmişdir. Beləliklə, 2018-ci il iyun ayının 14-ü cümə axşamı günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: “Yeni Ay 2018-ci il iyun ayının 13-ü çərşənbə günü Qrinviç saatı ilə 19:43-də, Beyrut şəhəri yerli saatla 22:43-də (Bakı vaxtı ilə 23:43-də) doğacaqdır.

Çərşənbə günü axşam (cümə axşamına keçən gecə) bu hilalı istər adi gözlə, istərsə də yaxınlaşdırıcı cihazlar vasitəsilə dünyanın heç bir regionunda görmək mümkün olmayacaq, çünki hilal Günəş batmamışdan əvvəl batacaq və batışdan sonra iqtiran (iki səma cisminin bir dərəcədə qərar tutması) hasil olacaqdır. Buna görə də növbəti gün (cümə axşamı günü) ramazan ayının 30-cu günü olacaq. Cümə axşamı günü axşam (cümə gününə keçən gecə) Cənubi və Şimali Amerikanın və Qərbi Afrikanın bir çox regionlarında (yaşıl rəngdə yerləşən ölkələrə baxın) yeni hilalın adi (çılpaq) gözlə asanlıqla görünməsi mümkün olacaq. Afrikada və Ərəbistan yarımadasının şərqində və cənubunda da bir çox regionlarda (çəhrayı rəngdə yerləşən ölkələrə baxın) hava açıq və buludsuz olarsa, aypara adi gözlə görünəcəkdir. Görünmənin mümkünlüyü şimala doğru uzanıb bir çox ərəb və Cənubi Asiya və Qərbi Avstraliya dövlətlərinə şamil ediləcək və həmin regionlarda hilalın yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsi mümkün olacaq. Necə ki Şimali Avropa, Asiyanın şimal və şərqi və Avstraliya kimi digər regionlarda da yaxınlaşdırıcı cihazlar vasitəsilə aypara görünəcəkdir (tünd göy rəngdə yerləşən ölkələrə baxın).

Deməli, şəvval ayının ilk günü bütün regionlarda 15. 06. 2018-ci il cümə günü olacaqdır. Bu hökm ramazan ayından 30 gün keçməsinə əlavə olaraq Seyid Fəzlullahın “gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın yaxınlaşdırıcı cihazlarla belə görünməsinin mümkünlüyü kifayət edir” fiqhi əsasına uyğun olaraq Yer kürəsinin bütün şərq və qərb məntəqələrinə şamil edilir.

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin! Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!”

İzah: Ölkəmizin paytaxtı Bakı şəhəri tünd göy rəngdə olan şəhərlər sırasına daxil olduğuna görə (Bakı şəhəri 40° şimal enliyi və 50° şərq uzunluğunda yerləşir) şəhərimizin üfüqündə ayparanın yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsi mümkün olacaq. Əlavə olaraq gecənin bir hissəsində olsa da, müştərək olduğumuz ölkələrin birində – yaşıl və çəhrayı rəngdə yerləşən ölkələrə baxın – ayparanın adi gözlə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli (Fitr bayramı günü) sübuta yetmiş olur.

“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI 

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma