İSTİAZƏ NƏDİR

Lüğətdə “sığınmaq” mənasını verən “istiazə” sözü İslam maarifində, ələlxüsus Quranda elə bir duadır ki, insan şəri özündən uzaqlaşdırmaq üçün onun vasitəsilə Allaha pənah aparır, Ona sığınaraq Ondan imdad diləyir. Quran və hədislərdə istiazə insanın bəlalar, təhlükələr, daxili və xarici düşmənlər qarşısında mübarizə aparması üçün aləmin Xaliqindən yardım istəməsidir. İstiazə bir duadır.

Sizə təqdim olunan bu istiazə Qurana və səhih hədislərə əsasən tərtib olunmuşdur. Sübh namazından sonra Günəş çıxmamışdan əvvəl, axşam Günəş batmamışdan əvvəl, həmçinin vacib namazlardan sonra oxunması tövsiyə olunur. Gün ərzində istənilən hər hansı bir vaxt da oxuna bilər.

 İSTİAZƏ

(ALLAHA SIĞINMA)

Allahım, cahillərdən olmaqdan[1], bilmədiyim bir şeyi istəməkdən[2], haqq-hesab gününə iman gətirməyən hər bir təkəbbür sahibindən[3], zinaya mürtəkib olmaqdan, şeytanların vəsvəsələrindən, onların mənim yanıma gəlmələrindən[4], məxluqatın şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, düyünlərə üfürən qadınların şərindən, paxıllıq etdiyi vaxt paxılın şərindən[5], cinlərdən də, insanlardan da olub insanların ürəklərinə vəsvəsə verən hiyləgər Şeytandan[6], narahatçılıqdan, kədərdən, acizlikdən, tənbəllikdən, xəsislikdən, qorxaqlıqdan, borc içində boğulmaqdan, şəxslər qarşısında məğlub olmaqdan, dul qadınların ərə getməyib evdə qalmasından, qəflətdən, səhv etməkdən və yanılmaqdan, rəhimsizlikdən, tələskənlikdən, biçarəlikdən, doymayan nəfsdən, hörmətlə boyun əyməyən qəlbdən, göz yaşı tökməyən gözdən, faydalı olmayan elmdən, qəbul olunmayan duadan və namazdan, qocalıq vaxtım gəlməmişdən qabaq məni qocaldan qadından, məni söydürən övladdan, mənim üçün əzab olan maldan, bir yaxşılıq görərsə, onu gizlədən və bir pislik görərsə, onu ifşa edən hiyləgər dostdan[7], ömrün ən alçaq günlərinə qaytarılmaqdan, dünyanın fitnəsindən, qəbr əzabından[8], dünya və axirətin şərindən, bütün dərdlərin şərindən[9], fəqirlikdən, möhtac olmaqdan, zillətdən, zülm etməkdən və zülmə məruz qalmaqdan[10], düşmənin qalib olmasından, düşmənlərin başıma gələnlərə sevinməsindən[11], səfərin çətinliyindən, ağır itkilərlə qayıdışın kədərindən, bolluqdan sonra qıtlıqdan, məzlumun qarğışından, qayıtdıqda əhli-əyalda, malda və övladlarda pis bir şey görməkdən[12], yerinə yetirdiyim və hələ yerinə yetirmədiyim işin şərindən[13], Sənin zənginliyin içində fəqir olmaqdan, yaxud hidayətdən sapmaqdan, yaxud Sənin hakimiyyətində zülm edilməkdən, yaxud əmr Sənə məxsus olduğu halda zəlil və xar olmaqdan[14], zahirimi insanların gözündə gözəlləşdirməyindən, batinimi isə Səndən gizlətməyə çalışdıqlarımla çirkinləşdirməyindən, Sənin də bildiyin şeyləri qoruyaraq zahirimin gözəl, Sənə gətirəcəyim əməllərimin isə çirkin olmasından, beləcə xalqa yaxın, Sənin razılığına uzaq düşməkdən[15] Sənə sığınıram! Allahım, facir bir şəxsi mənə hakim etmə və məni onun minnəti altına salma![16]

TƏRTİB ETDİ: XƏYYAM QURBANZADƏ

[1] “Bəqərə”, 67, Həzrət Musa peyğəmbərin istiazəsi

[2] “Hud”, 47, Həzrət Nuh peyğəmbərin istiazəsi

[3] “Mumin”, 27, Həzrət Musa peyğəmbərin istiazəsi

[4] “Muminun”, 97, 98

[5] “Fələq”, 2-5

[6] “Nas”, 4-6

[7] “Biharul-ənvar”, c. 85, s. 179

[8] “Mizanul-hikmə”, c. 7, s. 2922, h. 14620, “Sünəni-Nəsai”dən nəql olunub.

[9] “Mizanul-hikmə”, c. 7, s. 2923, h. 14629, “Kafi”dən nəql olunub.

[10] “Mizanul-hikmə”, c. 7, s. 2922, h. 14622, “Sünəni-Nəsai”dən nəql olunub.

[11] “Mizanul-hikmə”, c. 7, s. 2922, h. 14622, “Sünəni-Nəsai”dən nəql olunub.

[12] “Mizanul-hikmə”, c. 7, s. 2922, h. 14624, “Sünəni-Nəsai”dən nəql olunub.

[13] “Mizanul-hikmə”, c. 7, s. 2923, h. 14625, “Sünəni-Nəsai”dən nəql olunub.

[14] “Nəhcülbəlağə”, 215-ci xütbə

[15] “Nəhcülbəlağə”, 276-cı hikmət

[16] “Biharul-ənvar”, c. 85, s. 179

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma