Archive | Yanvar 2020

MÜSƏLMANIN MÜSƏLMAN ÜZƏRİNDƏKİ HAQLARI

İslam dininin ən gözəl və ən uca çağırışı rütbələri, mövqeləri, vəzifə və dərəcələri bir-birindən ayrı da olsa, bütün müsəlmanları qardaşlığa çağırmaqdır. Çox təəssüflər olsun ki, müsəlmanların da bu gün və bundan əvvəlki zamanlarda da ən çox əhəmiyyət vermədikləri məsələ bu İslam qardaşlığıdır.

Bu qardaşlıq İmam Cəfər Sadiqin “Özün üçün sevdiyin hər bir şeyi onun üçün də sevməli və istəməli, özün üçün bəyənmədiyin bir şeyi onun üçün də bəyənməməlisən” sözündə qısa bir şəkildə ifadə edilmişdir. Oxumağa davam et

2020-Cİ İLİN GÜNƏŞ VƏ AY TUTULMALARI

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını təqdim edir.

2020-ci ildə 6 tutulma hadisəsi müşahidə olunacaq. 6 tutulmanın 2-si Günəş, 4-ü isə Ay tutulması olacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş vermişdir.

2020-ci ildə baş verəcək 6 tutulma hadisəsindən Azərbaycanda yalnız 3-ü müşahidə olunacaq. Bunlardan 1-i Günəş, 2-si isə Ay tutulması olacaq. Oxumağa davam et