2020-Cİ İLİN GÜNƏŞ VƏ AY TUTULMALARI

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını təqdim edir.

2020-ci ildə 6 tutulma hadisəsi müşahidə olunacaq. 6 tutulmanın 2-si Günəş, 4-ü isə Ay tutulması olacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş vermişdir.

2020-ci ildə baş verəcək 6 tutulma hadisəsindən Azərbaycanda yalnız 3-ü müşahidə olunacaq. Bunlardan 1-i Günəş, 2-si isə Ay tutulması olacaq.

2020-Cİ İLDƏ AZƏRBAYCANDA

MÜŞAHİDƏ OLUNACAQ GÜNƏŞ TUTULMASI

2020-ci ildə 2 Günəş tutulması müşahidə olunacaq və onun 1-i Azərbaycanda da müşahidə olunacaq. İlin ilk Günəş tutulması 21 iyun 2020-ci ildə baş verəcək və bu yay günəş duruşu gününə təsadüf edəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu 10:41-də olacaq. Tutulma hadisəsi 5 saat 48 dəqiqə davam edəcək. Tutulma hadisəsi Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Günəş tutulmasının həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər. Azərbaycan ərazisində isə qismən Günəş tutulması müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.

 

2020-Cİ İLDƏ AZƏRBAYCANDA

MÜŞAHİDƏ OLUNACAQ AY TUTULMALARI

2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq və onun 2-si Azərbaycanda da müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan tutulma hadisəsini adi gözlə görmək çətin olacaq.

1-ci Ay tutulması 2020-ci il yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək.

Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

2-ci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-sına keçən gecə baş verəcək.

Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidəsi mümkün olmayacaq, yalnız xüsusi cihazlar vasitəsi ilə prosesi müşahidə etmək olacaq. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

www.shao.az

(bir qədər dəyişikliklə)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma