MÜSƏLMANIN MÜSƏLMAN ÜZƏRİNDƏKİ HAQLARI

İslam dininin ən gözəl və ən uca çağırışı rütbələri, mövqeləri, vəzifə və dərəcələri bir-birindən ayrı da olsa, bütün müsəlmanları qardaşlığa çağırmaqdır. Çox təəssüflər olsun ki, müsəlmanların da bu gün və bundan əvvəlki zamanlarda da ən çox əhəmiyyət vermədikləri məsələ bu İslam qardaşlığıdır.

Bu qardaşlıq İmam Cəfər Sadiqin “Özün üçün sevdiyin hər bir şeyi onun üçün də sevməli və istəməli, özün üçün bəyənmədiyin bir şeyi onun üçün də bəyənməməlisən” sözündə qısa bir şəkildə ifadə edilmişdir.

Peyğəmbər (s) və hidayət imamlarının istədiyi bu bəsit görünən əxlaq çox təəssüflər olsun ki, bu gün müsəlmanlar üçün ən ağır təklif mahiyyətini almışdır, çünki müsəlmanlar bugünkü əxlaqı ilə İslam ruhundan uzaqlaşmışlar. Bu buyruğa diqqət edilərsə və bu sözün mənası üzərində təfəkkür edilərsə, müsəlmanlardan heç birinin başqa bir müsəlmana zülm etməsi, yalan söyləməsi, malını oğurlaması və onu alçaltması kimi işlər baş verməyəcəkdir.

Həzrət Əlinin (ə) Peyğəmbərdən nəql etdiyi məşhur bir hədisdə bu həqiqət bariz şəkildə göstərilmişdir. Peyğəmbər (s) buyurmuşdur: “Müsəlmanın müsəlman qardaşının üzərində otuz haqqı vardır ki, yalnız o haqqlara riayət etmək, yaxud müsəlman qardaşı tərəfindən əfv edilməklə o haqqlardan canını qurtara bilər. Və o haqlar bunlardan ibarətdir:

  1. Onun səhvini bağışlamalıdır.
  2. Onun göz yaşına rəhm etməlidir.
  3. Gizli eyiblərini örtməlidir.
  4. Onun günahını bağışlamalıdır.
  5. Üzrünü qəbul etməlidir.
  6. Onun qeybəti edildikdə onu müdafiə etməlidir (yəni mane olmalıdır).
  7. Davamlı olaraq ona nəsihət verməlidir.
  8. Onun dostluğunu qorumalıdır.
  9. Onda bir alacağı vardırsa, onun vəziyyətini nəzərə almalıdır.
  10. Xəstələndikdə ona baş çəkməlidir.
  11. Cənazəsində hazır olmalıdır.
  12. Dəvətini qəbul etməlidir.
  13. Hədiyyəsini qəbul etməlidir.
  14. Hədiyyəsinin qarşılığını verməlidir.
  15. Yaxşılığına təşəkkür etməlidir.
  16. Ona gözəl bir şəkildə yardım etməlidir.
  17. Onun həyat yoldaşını (namusunu) qorumalıdır.
  18. Onun ehtiyacını yerinə yetirməlidir.
  19. Vasitəçi olub onun istəyini həyata keçirməlidir.
  20. Asqırdıqda ona dua etməlidir. (“Yərhəmukəllah!” – deyərək ona dua etməlidir.)
  21. İtirdiyini tapmaqda ona rəhbərlik etməlidir.
  22. Salamını almalıdır.
  23. Onunla gözəl şəkildə danışmalıdır.
  24. Lütf və ehsanını rədd etməməlidir.
  25. Andlarını təsdiq etməlidir.
  26. Onun dostu ilə dost olub düşmənçilik etməməlidir.
  27. Zalım olduqda da, məzlum olduqda da ona kömək etməlidir. Zalım olduqda ona kömək etmək budur ki, onu zülmündən çəkindirməlidir. Məzlum olduqda ona kömək etmək budur ki, haqqını almaqda (haqqına çatmaqda) ona yardımçı olmalıdır.
  28. Onu düşməninə təslim etməməlidir.
  29. Onu köməksiz qoymamalıdır.
  30. Özü üçün sevdiyi daha xeyirli bir şeyi onun üçün də sevməli, özü üçün sevmədiyi şərri onun üçün də sevməməlidir”. Sonra Əli əleyhissəlam dedi: “Rəsulullahın (s) belə dediyini eşitdim: “Həqiqətən, sizdən biri öz qardaşının bir haqqını tərk edərsə, qiyamət günündə həmin haqqı ondan tələb edəcək və haqqı aradan gedənin lehinə, haqqa riayət etməyənin isə əleyhinə hökm olunacaqdır””[1].

Hidayət imamlarından nəql olunan hədislərdəki qardaşlığın onların məktəbinə mənsub olan şəxslərə məxsus bir qardaşlıq olduğu zənni oyana bilər, lakin digər rəvayətlərə müraciət etsək, bu zənn ortadan qalxacaqdır. Müaviyə ibn Vəhəbin rəvayət etdiyi aşağıdakı hədis bu xüsusda yetərlidir: “İmam Sadiqə dedim: “Bizim yanımıza gedib-gələn, lakin sizin tərəfdarınız olmayan digər müsəlmanlarla necə rəftar etməliyik?” İmam buyurdu: “Tabe olduğunuz imamlara baxın. Sizin əqidənizdə olmayan şəxslərlə onlar (imamlar) rəftar etdiyi kimi rəftar edin. And olsun Allaha ki, sizin imamlarınız onların xəstələrinə baş çəkir, cənazələrinin dəfn olunmasında iştirak edir, onların lehinə, yaxud əleyhinə şahidlik edir və əmanətlərini onlara qaytarırlar”[2].

 XƏYYAM QURBANZADƏ

[1] “Biharul-ənvar”, c. 71, “Kitabul-işrə”, b. 15, h. 36, s. 236

[2] “Üsuli-kafi”, “Kitabul-işrə”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma