Archive | Aprel 2020

MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-2

(Elm və şəriətin ölçülərinə uyğun olaraq məğrib (şam) namazının vaxtı)

MÜASİR FƏQİHLƏRİN RƏYİ

Məğrib namazının vaxtının diskin üfüqdən aşağı düşməklə daxil olduğuna qail olan müasir fəqihlərlə həmfikir olan ən görkəmli fəqihlərdən biri Seyid Mühəmmədhüseyn Fəzlullahdır. Ustadı Seyid Xoyi[1], həmçinin Seyid Həkimin[2] söylədiyi fikrə istinad etmiş və şəri qürub (Günəşin şəri baxımdan batmış hesab olunması) haqqında ona verilən suala belə cavab vermişdir: “Bizim fikrimiz Seyid Xoyi, Seyid Həkim və bir çox alimlərin fikri kimidir. O fikir də bundan ibarətdir ki, qürub (Günəşin batması) şərq tərəfdəki qırmızılığın gözdən itməsi ilə yox, Günəşin diskinin üfüqdən aşağı düşməsi ilə həqiqət tapır”[3]. Oxumağa davam et

MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-1

(Elm və şəriətin ölçülərinə uyğun olaraq məğrib (şam) namazının vaxtı)

Həqiqətən, namaz vaxtlarının açıqlanmasında Günəşin hərəkəti əsas götürülür. Belə ki, Günəş bizim üçün ulduz şəklində işıq olaraq yox, disk şəklində görünür. Bunu belə ifadə edə bilərik ki, Günəş batdıqda onun üst tərəfinin tamamən üfüqün altında gizlənməsi, belə ki, onun büsbütün gözdən itməsi lazımdır. Günəş doğarkən də vəziyyət belədir. Diskin daha çox hissəsi üfüqün altında qalmasına baxmayaraq, onun yalnız üst tərəfinin üfüqdən çıxması kifayət edir. Oxumağa davam et

RAMAZAN DUASI

SƏHİFEYİ-SƏCCADİYYƏNİN 44-CÜ DUASI

RAMAZAN AYI DAXİL OLDUQDA OXUDUĞU DUA

Ehsanına şükür edənlərdən olub xeyirxahların mükafatı ilə mükafatlandırılaq deyə Özünə həmd etməyin yolunu bizə göstərən və bizi həmd əhlindən qərar verən Allaha həmd olsun!

Bizə Öz dinini hədiyyə edən, bizi Öz şəriəti ilə səciyyələndirən, neməti ilə ehsan yollarında Onun razılığına doğru yerimək üçün o yolları bizə tanıtdıran Allaha həmd olsun! Elə bir həmd ki onu bizdən qəbul etsin və onunla bizdən razı olsun.

Oruc ayı, İslam ayı, təmizlik ayı, günahların bağışlanması ayı, (gecələr ibadətə) qiyam (qalxış) ayı olan Öz ayı olan ramazanı bu yollardan biri kimi qərarlaşdıran Allaha həmd olsun! Oxumağa davam et

PEYĞƏMBƏRİN XÜTBƏSİ

Şeyx Səduq mötəbər bir sənədlə İmam Rzadan, onun atalarından və Həzrət Əlidən (ona və övladlarına salam olsun!) rəvayət edir: “Peyğəmbər (s) bir gün bizə xütbə söylədi və dedi: “Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə (bağışlanma) sizə tərəf gəlməkdədir. O, Allah yanında ayların ən fəzilətlisidir. Onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. O elə bir aydır ki, siz o ayda ilahi ziyafətə (qonaqlığa) dəvət olunmuş və ilahi kəramətdən faydalananların (övliyaların) zümrəsində qərar tutmusunuz. Oxumağa davam et

ЗАЯВЛЕНИЕ (1441-2020)

ШАРИАТСКИЙ СОСТАВ УЧРЕЖДЕНИЯ ПОКОЙНОГО

РЕЛИГИОЗНОГО ЛИДЕРА АЯТОЛЛЫ СЕЙЙИДА МУХАММАДА ХУСЕЙНА ФАДЛАЛЛЫ ЗАЯВИЛ: «ПЯТНИЦА 24 АПРЕЛЯ 2020 ГОДА (1441 ГОД ХИДЖРЫ) – ПЕРВЫЙ ДЕНЬ

СВЯЩЕННОГО МЕСЯЦА РАМАДАН!» 

Шариатский состав учреждения Аяталлы Сеййида Фадлаллы, опираясь на основные принципы фикха[1] покойного и точные астрономические подсчеты, объявил первым днем месяца Рамадан 1441 года 24 апреля 2020 года, соответствующий пятому дню недели. В заявлении говорится: «Новолуние месяца Рамадан 1441 года хиджры (2020 г. по христианскому летоисчислению) родится в четверг 23 апреля в 02:26 по Гринвичу, то есть в 05:26 по местному времени Бейрута (06:26 по бакинскому времени).

В ночь с четверга на пятницу молодой месяц можно будет увидеть в нижеследующем порядке: Oxumağa davam et

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT:

“24 APREL CÜMƏ GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət bəyanat vermiş və o bəyanatda cümə gününə təvafüq edən 2020-ci il aprel ayının 24-nü 1441-ci il mübarək ramazan ayının ilk günü elan etmişdir. Oxumağa davam et